bölmədə 2697 material var

Tarix: 02/10/13 Cari ilin ilk 9 ayında 5005 ədəd radioelektron vasitəsi qeydiyyata alınıb

2013-cü ilin ilk 9 ayı ərzində  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində (DRİ) 381 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır.  
 

Tarix: 02/10/13 Azərbaycanda 9 ay ərzində 500-dən artıq qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ)  bu ilin 9 ayı ərzində 543 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlayıb.

Tarix: 02/10/13 Daha bir bölgədə yeni DVB-T verici istismara verilib

Respublika ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqinin genişləndirilməsi istiqamətində davamlı olaraq tədbirlər görülür.

Tarix: 30/09/13 Sabahdan yeni standart tətbiq olunacaq

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS İSO/İEC 2382-18-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 18 – Verilənlərin paylanmış emalı” və AZS İSO/İEC 2382-20-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 20 – Sistemin işlənməsi” dövlət standartlarını təsdiq edib.
 

Tarix: 30/09/13 Abşeronda müasir rabitə xidmətləri göstərən yeni stansiya qurulur

Abşeron sakinlərinin daha keyfiyyətli rabitə xidməti ilə təmin edilməsi məqsədilə  “Aztelekom” İB tərəfindən rayonda yeni avadanlıqlar quraşdırılır.

Tarix: 30/09/13 Məcburi köçkünlərin məskunlaşdığı qəsəbəni telefonlaşdırılır

Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün salınan yeni qəsəbədə 512 nömrəlik ATS quraşdırılaraq müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilib. Hazırda qəsəbədə daxili xətt təsərrüfatının tikintisi aparılır.

Tarix: 27/09/13 “Elektron hökumət” portalına 300 mindən çox müraciət olub

Azərbaycanın bütün icra hakimiyyəti orqanları “Elektron hökumət” portalına qoşulub. Sözügedən portala qoşulma və ondan istifadə aktivliyi sürətlə artmaqdadır.
 

Tarix: 27/09/13 Nazir MSK-da yaradılan Veb-kameralara texniki nəzarət mərkəzinin fəaliyyəti ilə tanış olub

Bu gün Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Mərkəzi Seçki Komissiyasının ( MSK) sədri Məzahir Pənahov MSK-da yaradılan Veb-kameralara texniki nəzarət mərkəzinin fəaliyyəti ilə tanış olublar. Onlara nəzarət mərkəzi haqqında ətraflı məlumat verilib.

Tarix: 26/09/13 Çoxproqramlı rəqəmli televiziya proqramlarının kommersiya yayımı uğurla davam edir

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  “Teleradio” İstehsalat Birliyi ölkə ərazisində ilk dəfə Gəncə şəhərində çoxproqramlı rəqəmli televiziya proqramlarının kommersiya yayımına başlayıb.

Tarix: 26/09/13 RİTN-in əməkdaşları “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisini ziyarət ediblər

“Bakı Expo” Sərgi Mərkəzində Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlara həsr olunmuş “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi fəaliyyətini davam etdirir.

Tarix: 26/09/13 İsmayıllıda yeni DVB-T verici istismara verilib

Ölkə ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi genişləndirilir.

Tarix: 26/09/13 Azərbaycanın İKT təşkilatları və şirkətləri BTİ-nin elan etdiyi müsabiqədə iştirak edə bilərlər

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ)   İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti  (World Summit on the Information Society –WSIS) çərçivəsində “Layihə Prizləri-2014” müsabiqəsinin başlandığını elan edib.

Tarix: 25/09/13 Lənkəranda genişzolaqlı internet şəbəkəsi genişləndirilir

Lənkəranda genişzolaqlı internet xidmətinin əhali və təşkilatlar üzrə  geniş təbliği və  reklamı  sayəsində  internetdən istifadə edən  ümumi  abonentlərin sayı səkkiz min nəfərə çatıb.

Tarix: 24/09/13 Qubada istifadəyə verilən yeni obyektlər informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilib

Qubada istifadəyə verilən yeni obyektlər informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilib. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Quba TKQ-nin rəisi Nazim Əliyev məlumat verib.

Tarix: 24/09/13 Qax rayonunun 42 kəndində genişzolaqlı internet xidmətlərinin göstərilməsinə başlanılıb

Qax rayonunun 42 kəndində genişzolaqlı internet xidmətlərinin göstərilməsinə başlanılıb.








24 Noyabr 2024

23 11 2024