bölmədə 2697 material var

Tarix: 15/03/13 “İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı Tədbirlər Planı yaxın günlərdə təsdiqlənəcək

2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planı yaxın günlərdə təsdiqlənəcək. Sözügedən layihə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar hazırlanıb.

Tarix: 15/03/13 Radio və televiziya yayımı üçün yeni proqram təminatı təqdim olunub

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iştirakı ilə “Teleradio” İstehsalat Birliyində “İnfoSpace” MMC tərəfindən hazırlanmış

Tarix: 13/03/13 Koreya şirkəti Azərbaycanın bütün ərazisinin optikləşməsi üzrə aparılan işlərdə iştirak etmək istəyir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Cənubi Koreyanın «LS Cable & System» şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə RİTN-in şöbə müdirləri, «Aztelekom», «Baktelekom» İstehsalat birliklərinin nümayəndələri iştirak edib.

Tarix: 13/03/13 Regionlarda rəqəmli televiziya yayım şəbəkəsi genişləndirilir

Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayım şəbəkəsinin genişləndirilməsi məqsədilə görülən işlər uğurla davam etdirilir. “ICTnews” elektron xəbər xidmətinin “Teleradio” İB-yə istinadən verdiyi məlumata görə, birliyə məxsus Qonaqkənd RTS-də 300 Vt-lıq, Hacılar RTS-də 600 Vt-lıq, Tovuz rayonunun Böyük Qışlaq kəndində isə 300 Vt-lıq müasir tipli TV vericilər qurularaq istismara verilib.

Tarix: 12/03/13 Bakı şəhəri və Abşeron yarımadası ərazisində radiomonitorinq işləri aparılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri tərəfindən TV və FM proqramlarının yaratdığı elektromaqnit sahə gərginliyinin ölçülməsi işləri davam etdirilir.

Tarix: 12/03/13 “TASİM” dünyanın 14 qlobal layihəsindən biri seçildi

Azərbaycan hökumətinin təşəbbüsü ilə reallaşması nəzərdə tutulan “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi növbəti dəfə dünya miqyaslı uğura imza atmışdır.

Tarix: 12/03/13 Azərbaycan radiotezlik çeşidinin və peyk orbitlərinin tənzimlənməsi üzrə toplantıda təmsil olunacaq

Mart ayının 12-dən 14-dək Belarusun paytaxtı Minsk şəhərində Regional Rabitə Birliyinin (RRB) Radiotezlik çeşidinin və peyk orbitlərinin idarə edilməsi üzrə işçi qrupunun 2-ci toplantısı keçiriləcək.

Tarix: 11/03/13 Azərbaycanda 34 qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən cari ilin yanvar-fevral ayları ərzində iş planına, idarəyə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 112 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

Tarix: 11/03/13 “Baktelekom” yeni kampaniyaya start verib

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Novruz Bayramı və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təqdim etdiyi bir sıra xidmətlər üzrə kampaniyaya başlayıb.

Tarix: 11/03/13 MHM tərəfindən 9000 elektron imza vəsiqəsi verilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza vəsiqələri barədə son statistik məlumatı təqdim edib. Mərkəzin məlumatına görə, MHM tərəfindən 01.03.2013 tarixinə 9000 elektron imza vəsiqəsi verilib. Belə ki, həmin tarixə dövlət qurumlarına verilmiş sertifikatların sayı 6079, hüquqi şəxslərə verilmiş sertifikatların sayı 221, vətəndaşlara verilmiş sertifikatların sayı isə 2967 olub.

Tarix: 09/03/13 Bu il Naxçıvanda “Elektron hökumət” sisteminə keçid başa çatdırılacaq

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına geniş nüfuz etmişdir. Ölkəmizdə də müasir informasiya-kommunikasiya infra­strukturunun yaradılması, rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi prioritet məsələdir.

Tarix: 07/03/13 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “Milli genişzolaqlı internetin inkişafı” layihəsinə həsr olunmuş tədbir keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun iştirakı ilə “Milli genişzolaqlı internetin inkişafı” layihəsinə həsr olunmuş tədbir keçirilib.

Tarix: 06/03/13 Elektron Təhlükəsizlik Mərkəzinə rəhbər təyin edildi

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmrinə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Elektron Təhlükəsizlik Mərkəzinə rəhbər təyin edilib.

Tarix: 05/03/13 Mərkəzləşmiş Avtomatik Radiomonitorinq şəbəkəsi üçün müvafiq infrastruktur tikilib

Mərkəzləşmiş Avtomatik Radiomonitorinq şəbəkəsinin yaradılması üçün işlər davam etdirilir. Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev bildirib ki, Bakı şəhəri və Abşeron yarımadasında ilkin olaraq 3 stasionar və 1 mobil radiomonitorinq məntəqələri təşkil ediləcək.

Tarix: 04/03/13 Sumqayıtın yeni yaşayış məntəqələri telefonlaşdırılır

Yeni salınan yaşayış məntəqələrinin tam telefonlaşdırılması istiqamətində işlərə başlanılıb. “Aztelekom” İB-dən verilən məlumata görə, bu istiqamətdə Sumqayıtda St.Sumqayıt, 76-cı məhəllə, Boru yayma zavodu, Xəzri qəsəbəsi istiqamətində müvafiq tədbirlər görülür.








19 Mart 2024

18 03 2024