bölmədə 2697 material var

Tarix: 15/04/13 “Aztelekom” İstehsalat Birliyində növbəti qanvermə aksiyası keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyində (İB) növbəti qanvermə aksiyası keçirilib. Aprelin 15-də təşkil edilən budəfəki aksiya ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə “Qan ver ki, başqası da yaşasın!” devizi altında baş tutub.

Tarix: 15/04/13 Azərbaycanın ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının birinci mərhələsi başa çatıb

Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin təşkilatçılığı ilə Qafqaz Universitetində 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə respublika olimpiadası”nın birinci mərhələsi keçirilib.

Tarix: 12/04/13 Elmir Vəlizadə: “Texnoparkın rezidentlərinə müəyyən şəraitin yaradılmasına nail olmaq niyyətindəyik”

“Yüksək Texnologiyalar Parkı”nın yaradılması istiqamətində işlərə artıq başlanılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Nazir müavininin sözlərinə görə, texnoparkın fəaliyyətinin təmin edilməsi üçün Bakının yaxınlığında müvafiq ərazi də ayrılıb.

Tarix: 12/04/13 MTRŞ Rəqəmli TV yayımı ilə bağlı iclas keçirdi

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda rəqəmli yayımla bağlı növbəti iclasını keçirib. Şuradan "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, iclasda ölkədə DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə əlaqədar olaraq qarşıda duran vəzifələr müzakirə edilib.

Tarix: 10/04/13 Tezliklə Badamdarda yeni ATS istifadəyə veriləcək

Badamdar sakinlərinin telefon tələbatını ödəmək üçün inşa edilən stansiyada aparılan işlər vaxtından əvvəl başa çatacaq. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin İnformasiya texnologiyaları laboratoriyasının rəisi Faiq Hüseynov məlumat verib.

Tarix: 10/04/13 NGN texnologiyası Bakının ətraf kəndlərini əhatə edəcək

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakının ətraf kənd və qəsəbələrində yaşayan sakinlərin telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə yeni stansiyalar tikilməsinə start verib.

Tarix: 09/04/13 Aprel ayına qədər təqdim olunmuş elektron imza vəsiqələrinin sayı 10924-ə çatıb

01.04.2013 tarixinə qədər Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən təqdim olunmuş elektron imza vəsiqələrinin sayı 10924-ə çatıb. Belə ki, həmin tarixə dövlət qurumlarına verilmiş sertifikatların sayı 7895, hüquqi şəxslərə verilmiş sertifikatların sayı 221, vətəndaşlara verilmiş sertifikatların sayı isə 2808 olub.

Tarix: 09/04/13 Oğuzun kəndlərində genişzolaqlı internet xidmətlərindən istifadə edənlərin sayı artır

Oğuz rayonunda vətəndaşların informasiya texnologiyaları ilə tam təmin edilməsi istiqamətində yeni layihələrə başlanılıb. Bu barədə rayon telekommunikasiya qovşağının rəisi Tahir Musayev məlumat verib.

Tarix: 08/04/13 Smartfon vә digər tablet tipli mobil qurğulardan “Elektron hökumәt” portalına giriş üçün mobil İD sertifikatlarının verilməsinə başlanılıb

Smartfon vә digər tablet tipli mobil qurğulardan “Elektron hökumәt” portalına təhlükəsiz girişlərin təmin edilməsi üçün Sertifikat Xidmәtlәri Mәrkәzi tərəfindən vətəndaşlara mobil İD sertifikatları artıq verilir.

Tarix: 08/04/13 “Elektron hökumət” eyni məlumatların müxtəlif mənbələrdə formalaşdırılması hallarını aradan qaldıracaq

Ölkəmizdə müasir tələblərə cavab verən idarəetmənin təşkil edilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığının təmin edilməsi və bürokratiyanın aradan qaldırılması üçün “Elektron hökumət”in inkişafı, təkmilləşdirilməsi və elektron xidmətlərin göstərilməsi istiqamətində tədbirlərin davam etdirilməsi zəruridir.

Tarix: 08/04/13 Azərbaycanın bir neçə regionunda TV və FM proqramlarının yayım vəziyyəti araşdırılır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ölkədə TV və FM proqramlarının yayım vəziyyətinin araşdırılması məqsədilə mütəmadi olaraq radiomonitorinqlər təşkil edir.

Tarix: 08/04/13 BTRİB yeni telefon çəkilişi və telefonların addan-ada keçirilməsi qiymətlərinə endirim edib

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar mayın 31-dək güzəştli əsaslarla bir sıra xidmətlər göstərir.

Tarix: 06/04/13 RİTN geniş tərkibdə iməclik keçirdi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar olaraq, aprelin 6-da paytaxt Bakının Səbayel rayonu ərazisində yerləşən “Şıx” massivində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin idarə və müəssisələri geniş tərkibdə iməclik keçirib.

Tarix: 06/04/13 BTRİB prezident seçkilərinin texniki məsələlərin həll olunması üçün tədbirlərə başlayıb

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi bu il ölkədə keçiriləcək prezident seçkilərinin bütün texniki məsələlərin yüksək səviyyədə həll olunması üçün tədbirlərə başlayıb.

Tarix: 05/04/13 İnternet üzərindən sifariş edilən elektron imza sertifikatının qiyməti endirildi

Elektron imza vəsiqələrinə artan tələbat nəzərə alınaraq, internet üzərindən sifariş edilən elektron imza sertifikatının qiymətinə 5 AZN güzəşt tətbiq edilməklə, 25 AZN-ə endirilib.








19 Mart 2024

18 03 2024