bölmədə 2697 material var

Tarix: 24/06/11 “Aztelekom”İB ən yeni texnologiyanın tətbiqinə başlayıb

«Aztelekom»İB regionlarda ən yeni texnologiyaları tətbiq etməyə hazırlaşır. Bu barədə İCTnews-a məlumat verən birliyin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev bildirib ki, yeni texnologiyalar müştərilərin sürətli internet şəbəkəsinə, İPTV, İP telefoniya və s. xidmətlərə yüksək sürətlə qoşulmalarına zəmanət verir.

Tarix: 24/06/11 "Azərmarka" Qarabağ gülləri haqqında ikinci marka seriyasını təqdim edib

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Qarabağ gülləri haqqında marka seriyasının davamını təqdim edib. İki markadan ibarət yeni seriyada Azərbaycanın Qarabağ regionunda bitən güllər əks olunub.

Tarix: 23/06/11 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ikinci "Qaynar Xətt" istifadəyə verib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin daha da artırılması məqsədilə ikinci «Qaynar xətt»i istifadəyə verib. Bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.

Tarix: 23/06/11 İKT xidmətləri üzrə milli təsnifat dövlət qeydiyyatına alınıb

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə yaradılan işçi qrupu tərəfindən İnformasiya və Kommunikasiya Texnologiyaları Xidmətlərinin Statistik Təsnifatı hazırlanıb.

Tarix: 23/06/11 “Rabitə Bakı” Dünya çempionatında!!!

Son illər yerli və Avropa arenada qazandığı möhtəşəm uğurları sayəsində nəinki Avropanın, həm də bütün dünyanın diqqətini cəlb edən “Rabitə Bakı” komandası Beynəlxalq Voleybol Federasiyası tərəfindən daha bir xoş xəbərlə müjdələndirildi. Avropa Çempionlar liqasında iştirakı təsdiqlənən komandamızın bu dəfə səsi daha böyük turnirdən gələcək. Belə ki FİVB-dən gələn xüsusi dəvətə əsasən, son illərin dəyişməz çempionu möhtəşəm Dünya çempionatında iştirak edərək Azərbaycan xalqını sevindirməyə çalışacaq.

Tarix: 21/06/11 Gəncədə İP TV xidmətinin tətbiqində heç bir problem yoxdur

“Gəncə Telekommunikasiya İdarəsi müasir NGN texnologiyanın tətbiqi ilə yeni xidmətlərin göstərilıməsinə başlayıb” deyən idarənin rəisi Əli Hüseynov birinci olaraq analoq ATS-lərin ləğv edilməsi genişzolaqlı internet istifadəçilərinin sayının artmasına şərait yaratdığını bildirdi. Onun sözlərinə görə, şəhər rabitəsinin ümumi tutumu 67076 nömrədir ki

Tarix: 21/06/11 Azərbaycan İKT sektoru üzrə qiymətləri sürətlə azaldan ölkələr siyahısında 53-cü yerdədir

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən yayımlanan mətbuat açıqlamasında “İKT Qiymət Səbəti” (ICT Price Basket) göstəricisi üzrə 2008-2010-cu illəri əhatə edən qiymət dəyişiklikləri barədə məlumat verilib. Açıqlamada Azərbaycanın rabitə qiymətlərinin sürətlə azalan ölkələr siyahısına düşdüyü qeyd olunub.

Tarix: 21/06/11 BTRİB yeni baza stansiyaları qurur

RİTN Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Bakı şəhərinin ətraf ərazilərində CDMA xidmətinin keyfiyyətinin artırılması məqsədilə yeni baza stansiyaları qurmağa başlayıb. Bu barədə İCTNews-ə açıqlama verən birliyin CDMA xidməti şöbəsinin rəisi Murad Cəbrayılov

Tarix: 21/06/11 Rabitəçilərin “Nabran” istirahət zonası yenidən qurulub

RİTN Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (RİMHİRK) “Nabran” istirahət bazası tamamilə yenidən qurularaq rabitəçilərin ixtiyarına verilib. Bu barədə ICTnews-ə açıqlama verən RİMHİRK-nin sədri Seymur Orucovun verdiyi məlumata görə, ən müasir şəraitlə təmin olunmuş 2 mərtəbəli 9 korpusdan ibarət düşərgədə mövsüm

Tarix: 20/06/11 Azərbaycanda elektron pul kisəsi sistemi tətbiq olunacaq

İnternet vasitəsi ilə alışların ödənilməsi elektron pul kisəsi sayəsində daha səmərəli olur, çünki bu zaman alıcı növbəti alış zamanı öz ünvanı və kredit kartı haqqında informasiyanı daxil etmək zərurəti ilə üzləşmir.

Tarix: 20/06/11 Rabitədə şəhər - kənd fərqi tamamilə aradan qalxacaq

”Aztelekom”İB bütün kənd sakinlərinin internet xidmətlərindən yüksək keyfiyyətlə istifadə etməsi üçün yeni layihəyə imza atır”. Bu barədə bizə məlumat verən “Aztelekom”İB-nin baş direktoru Məhəmməd Məmmədov bildirdi ki,

Tarix: 20/06/11 Cəbhə bölgəsində yeni telestansiya tikilir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cəbhə bölgələrində rabitə və informasiya, o cümlədən televiziya yayımının yüksək keyfiyyətlə təmin olunması istiqamətində növbəti yeniliyə hazırlaşır.

Tarix: 20/06/11 Elektron xidmətlər göstərilməsinin təşkili ilə bağlı RİTN-də kollegiya iclası keçirilmişdir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrasının təmin edilməsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir.

Tarix: 18/06/11 RİTN-in futbol komandası diploma layiq görüldü

Milli Məclisin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Parlament Kuboku-2011” futbol turniri başa çatıb. Yarışmada dövlət qurumlarının aparat işçilərindən təşkil edilmiş komandalar iştirak edib. İlkin mərhələdə güclü bir qrupda - Prezident Administrasiyası və Ali Məhkəmənin komandaları ilə yanaşı

Tarix: 17/06/11 Rəqəmli TV üçün yeni teleqüllə tikilir

Respublikamızın şimal bölgəsində rəqəmli televiziyanı yüksək keyfiyyətlə təmin etmək üçün Quba rayonunda 73 metr hündürlüyündə yeni televiziya qülləsi tikilir. Bu barədə İCTnews-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio”








29 Aprel 2024

28 04 2024