bölmədə 2697 material var

Tarix: 29/03/13 "Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür

"Elektron imza"nın alınması ilə bağlı müraciətlər artıq “Azərpoçt” MMC-nin şöbələrində də qəbul olunur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzindən (MHM) qeyd edilib ki, elektron imzaların verilməsi, həmçinin ərizənin alıcılar tərəfindən təqdim edilməsi və imzanın dəyərinin ödənişindən sonra poçt rabitəsinin şöbələri tərəfindən həyata keçirilir

Tarix: 28/03/13 Elektron imzanı neçəyə almaq olar?

Müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün elektron imza effektiv həll hesab edilir və bir çox üstünlükləri ilə seçilir. İlk növbədə, elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər.

Tarix: 28/03/13 Məcburi köçkünlər üçün salınan qəsəbədə yeni elektron ATS tikilib

Mingəçevir şəhərində qaçqın və məcburi köçkünlər üçün tikilən və bu günlərdə istifadəyə verilməsi planlaşdırılan yeni qəsəbədə müasir 512 nömrə tutumlu elektron ATS qurulub. Mingəçevir TKQ-nin rəisi Mustafa Muradovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə

Tarix: 28/03/13 “Dilmanc” mətnin səsləndirilməsi sisteminin yeni versiyasını istifadəyə verib

“Dilmanc” layihəsi çərçivəsində mətnin səsləndirilməsi sisteminin yeni versiyası istifadəyə verilib. Layihənin icra qrupundan verilən məlumata əsasən, bu versiyada intonasiya ilə bağlı bəzi problemlər həll olunmuş, sual və nəqli cümlələrin intonasiyası və səs tonu təkmilləşdirilmiş, durğu işarələri və pauza kimi problemlər qismən həll olunub.

Tarix: 27/03/13 DRİ-nin nümayəndəsi radiomonitorinq şəbəkəsinin test sınaqlarının keçirilməsində iştirak edir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin nümayəndəsi radiomonitorinq şəbəkəsinin qurulması ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatında istehsalçı zavodda avadanlığın test sınaqlarının keçirilməsində iştirak edir.

Tarix: 19/03/13 MHM informasiya təhlükəsizliyi üzrə beynəlxalq sertifikat almağa hazırlaşır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “ISO 27001” informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə sertifikat almaq üçün hazırlıq işlərini başa çatdırır. MHM-in direktoru Nail Mərdanovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda mərkəzdə beynəlxalq təhlükəsizlik standartına uyğunluq üzrə daxili audit keçirilir.

Tarix: 19/03/13 Bayram günlərində də əhali İKT sektoru üzrə təklif edilən bütün xidmətlərdən yararlanacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Novruz Bayramı günlərində əhalinin telekommunikasiya və informasiya texnologiyaları, o cümlədən mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

Tarix: 18/03/13 Məlumat Hesablama Mərkəzi növbəti dəfə “ISO 9001:2008” beynəlxalq uyğunluq sertifikatını əldə edib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) keyfiyyət menecment sistemi üzrə “ISO 9001:2008” beynəlxalq standartın tələblərinə uyğun növbəti resertifikasiya auditindən uğurla keçib.

Tarix: 18/03/13 Şəkinin telekommunikasiya şəbəkəsi ən son texnologiyalar əsasında qurulacaq

Bu il Şəkidə informasiya və kommunikasiya texnologiyaları sahəsində genişhəcmli layihə həyata keçiriləcək. Bu barədə Şəki Telekommunikasiya Qovşağının rəisi Məhəmməd Əhmədov məlumat verib.

Tarix: 18/03/13 Bu gün Tərtərdə yeni elektron ATS istifadəyə veriləcək

“Aztelekom” İB bu gün regionlarda yeni elektron ATS-lər istifadəyə verəcək. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə birliyin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib.

Tarix: 16/03/13 Gücləndirilmiş elektron imza vəsiqələrinin sayı 10 000 ədədi keçdi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən təqdim olunmuş gücləndirilmiş elektron imza vəsiqələrinin sayı 10 000 ədədi keçdi.

Tarix: 16/03/13 MNP sisteminin istismara verilməsi mobil rabitə xidmətləri bazarında kəskin rəqabəti stimullaşdıracaq

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın zamanda mobil rabitə şəbəkələrində nömrələrin daşınması (MNP) sistemini istismara vermək niyyətindədir.

Tarix: 16/03/13 “Aztelekom” informasiya-kommunikasiya texnologiyaları ili ilə bağlı planlarını açıqlayıb

2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamında göstərilən istiqamətlər və tapşırıqlara uyğun olaraq, “Aztelekom” İB-də də geniş proqram hazırlanıb, həyata keçirilməsinə başlanılıb.

Tarix: 15/03/13 Yeni zona kodlarının tətbiqi prosesi istifadəçilərə nömrə yığımında rahatlıq yaradacaq

Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün yeni zona kodlarının tətbiqi ilk növbədə nömrə resurslarından səmərəli istifadəyə imkan verir

Tarix: 15/03/13 Güclü külək Ağdam və Tərtər rayonlarının rabitə sisteminə ziyan vurub

Güclü külək Ağdam və Tərtər rayonlarının yaşayış məntəqələrində bütün sahələrlə yanaşı, rabitə sahəsinə də ziyan vurub. Tərtər Telekommunikasiya Qovşağının rəisi Rüfət Qurbanovun verdiyi məlumata görə, qısa zamanda baş verən güclü külək rayonda elektrik şəbəkəsi ilə yanaşı, rabitə sisteminin xətt təsərrüfatına ciddi zərbə vurub.








29 Aprel 2024

28 04 2024