bölmədə 2697 material var

Tarix: 28/11/13 “Bakutel-2013” sərgisinin ziyarətçiləri “Elektron hökumət” portalından qeydiyyatdan keçməklə “e-imza” kartına pulsuz sahib olacaqlar

Bu il bir çox yenilikləri ilə diqqət çəkəcək 19-cu “Bakutel” sərgisinin ziyarətçiləri üçün daha bir sürpriz nəzərdə tutulur. Belə ki, “Bakutel-2013” sərgisində  ziyarətçilər “Elektron hökumət”  portalı stendində qeydiyyatdan keçməklə “e-imza” kartına pulsuz sahib olma imkanı əldə edəcəklər.

Tarix: 27/11/13 BTRİB internet istifadəçilərinə müraciət etdi: “Şəbəkəyə qoşulu vəziyyətdə qalan modemlər təhlükəlidir”

“İnternet istifadəçilərinin modemi günlərlə işlək vəziyyətdə saxlaması insanların həyatı üçün təhlükəlidir”.

Tarix: 27/11/13 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Usability”nin tətbiqi istiqamətində müvafiq işlərin görülməsinə başlayacaq

Bir həftədən sonra Rusiyada interaktiv sistemlərin insana yönəldilmiş planlaşdırması üzərində qurulan “Usability” ilə bağlı dövlət standartının tətbiqinə başlanılacaq.

Tarix: 27/11/13 İspaniya ilə yeni əməkdaşlıq imkanları müzakirə edilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədilə ölkəmizdə rəsmi səfərdə olan İspaniya Krallığının sabiq xarici işlər naziri Miqel Anxel Moratinosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Tarix: 26/11/13 “Elektron hökumət” portalında mətnin səsləndirilməsi funksiyası işə salınıb

“Elektron hökumət” portalına yeni funksiya əlavə edilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, mətnin səsləndirilməsi sistemi portala inteqrasiya edilib.

Tarix: 26/11/13 Yeni istifadəyə verilən rəqəmli TV vericilərin əhatə dairəsinin ölçülməsi məqsədilə monitorinq keçirilir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən bölgələrdə radiomonitorinq işləri aparılır.
 

Tarix: 26/11/13 Ölkələr qlobal kibertəhlükəsizlik mövzusunu “Bakutel-2013”-də müzakirə edəcəklər

19-cu Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı “Bakutel-2013” çərçivəsində bir sıra nüfuzlu tədbirlərin təşkili nəzərdə tutulur. Bu tədbirlərdən biri də 2-3 dekabr tarixlərində “Fourseasons” otelində keçiriləcək “Kibertəhlükəsizlik üzrə konfrans”dır (Global Cyber Security Cooperation: Challenges and Visions).

Tarix: 25/11/13 “Bakutel-2013” çərçivəsində “TASİM” layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanacaq

Bu il dekabrın 2-5 tarixlərində Azərbaycan paytaxtında keçiriləcək “Bakutel-2013” Telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində “Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanacaq.

Tarix: 25/11/13 “Bakutel-2013”-də jurnalistlər üçün yenilik: müsahibələr üçün görüşü öncədən təyin edə bilərsiniz

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, Rabitə sahəsində Regional Əməkdaşlıq Təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun rəsmi dəstək verdiyi “Bakutel-2013” sərgi-konfransında mətbuat üçün yenilik nəzərdə tutulub.

Tarix: 22/11/13 Cəbhə bölgələrində NGN texnologiyası əsasında rabitə sistemi qurulur

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom”İB-nin dəstəyi ilə Ağdam rayonunun işğaldan azad olan ərazilərində NGN texnologiyalı Elektron ATS-lər qurulur. Bu, torpaqlarımızın işğaldan azad olunmasından sonrakı Qarabağ rabitəsinin inkişafının tərkib hissəsidir.

Tarix: 22/11/13 “Bakutel-2013” sərgisində “Teleradio” İB-nin stendi yeni texnologiyaların nümayişi ilə təmsil olunacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi  “Bakutel-2013” 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində yeni texnologiyaları nümayiş etdirəcək.

Tarix: 21/11/13 “Bakutel 2013” sərgisinə dəvətnamələr artıq hazırdır

“Bakutel 2013” sərgisinə dəvətnamələr artıq hazırdır. Təşkilat Komitəsindən verilən məlumata görə, 2-3 dekabr tarixlərində sərgiyə bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər.

Tarix: 21/11/13 “Yerin kosmosdan müşahidəsi və onun üstünlükləri”

“Azərkosmos” ASC-nin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında elektron idarəetmə geoməkan məlumatlarının istifadəsi”

Tarix: 20/11/13 Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzində alınan nəticələr “BakuTel-2013” sərgisində nümayiş etdiriləcək

Bu il dekabrın 2-5 tarixlərində Azərbaycan paytaxtında keçiriləcək “BakuTel-2013” Telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında 

Tarix: 19/11/13 İKT ilində müasir telekommunikasiya xidmətlərinin həcminin artırılması ilə bağlı kampaniyaya başlanılıb

“İnformasiya-kommunikasiya texnologiyaları” ilində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhərində vətəndaşlara göstərilən müasir telekommunikasiya xidmətlərinin həcmini artırmaq məqsədilə, eləcə də 6 dekabr “Rabitəçilərin peşə bayramı” və 31 dekabr “Dünya Azərbaycanlıların Həmrəylik” günü ilə əlaqədar kampaniya keçirir.
 








19 Mart 2024

18 03 2024