bölmədə 2697 material var

Tarix: 29/04/13 “Azərkosmos”un nümayəndəsi kosmik sahə üzrə beynəlxalq tədbirdə ölkəmizi təmsil edib

“Azərkosmos” ASC Vyana şəhərində keçirilmiş BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi nəzdindəki (COPUOS) Hüquq Alt Komitəsinin 52-ci iclasında iştirak edib.

Tarix: 27/04/13 Azərbaycan TV kanallarının milli peyk üzərindən yayımının təşkili başa çatmaq üzrədir

Azərbaycanda bu il ərzində ölkənin ilk milli peykinin resurslarından daxili məqsədlərdə istifadə tənzimlənəcək. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, yaxın günlərdə yerli dövlət və özəl televiziya kanallarının milli telekommunikasiya peykinin üzərindən yayımının təşkili başa çatacaq.

Tarix: 26/04/13 Nazir “İKT ili” ilə bağlı Tədbirlər Planını təsdiq etdi

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın

Tarix: 26/04/13 Regional Rabitə Birliyinin rabitə iqtisadiyyatı üzrə komissiyasının 31-ci iclası öz işinə başlayıb

Aprelin 26-da Naxçıvan Muxtar Respublikasında Regional Rabitə Birliyinin (RRB) rabitə iqtisadiyyatı üzrə komissiyasının 31-ci iclası öz işinə başlayıb.

Tarix: 26/04/13 Daşkəsənin ucqar dağ kəndlərində telefon və internetə çıxış imkanı yaradılıb

Ucqar dağ rayonlarında rabitə və informasiya texnologiyalarının inkişafı yeni mərhələyə qədəm qoyub. Bunu Daşkəsən rabitəsinin timsalında əyani görmək olar. 6-7 il öncəyə qədər rayonun 24 çətin relyefə malik kəndində rabitə olmayıb. Aparılmış gərgin və məqsədyönlü işlər nəticəsində Daşkəsən TKQ tərəfindən əlçatmaz kəndlər peyk rabitəsi vasitəsi ilə telefonlaşdırılıb.

Tarix: 25/04/13 “Dilmanc” layihəsi beynəlxalq sərgidə bir sıra yeniliklərlə çıxış edir

“Dilmanc” layihəsi “TİBO-2013” beynəlxalq sərgisində bir sıra yeniliklər təqdim edir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sərgidə nümayiş etdirilən Azərbaycan dili üçün nitqin tanınması sistemi də bu qəbildəndir.

Tarix: 25/04/13 Bu il Azərbaycanda Beynəlxalq Şəhərlərarası Stansiyanın NGN texnologiyasına keçirilməsi planlaşdırılır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İKT-nin inkişafı ilə bağlı tədbirlər planına əsasən yaxın zamanda ATS-lərdə daha müasir telekommunikasiya avadanlığının tətbiqini planlaşdırır.

Tarix: 25/04/13 3 ay ərzində 1500-ə yaxın radioelektron vasitə qeydiyyata alınıb

Bu ilin 3 ayı ərzində Dövlət Radiotezliklər İdarəsində (DRİ) 1471 ədəd radioelektron vasitə (REV) qeydiyyata alınıb.

Tarix: 24/04/13 Azərbaycanda radiorabitə vasitələrinin qeydiyyatı elektronlaşdırılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus daha bir elektron xidmət vətəndaşların istifadəsinə təqdim olunub. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Radiorabitə vasitələrinin qeydiyyatı üçün e-müraciətin və sənədlərin göndərilməsi” adlanan xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib.

Tarix: 24/04/13 Naxçıvanda Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üçün regional seminarı keçirilir

Aprelin 24-dən Naxçıvan Muxtar Respublikasında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB ölkələri üçün “Beynəlxalq standartlara uyğun olaraq elektrorabitə/İKT indikatorlarının unifikasiyası” mövzusunda regional seminarı öz işinə başlayıb.

Tarix: 24/04/13 Bölgələrdə TV və FM proqramlarının yayım vəziyyəti araşdırılıb

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ölkə regionlarında radiomonitorinq aparıb.

Tarix: 23/04/13 E-imza məlumatlarının məxfiliyi pozulduqda nə etməli?

Bir neçə hallarda imza yaratma məlumatlarının məxfiliyinin pozulması kimi qiymətləndirilən hadisələr baş verə bilər. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, vətəndaşlar bu kimi hallarla qarşılaşdıqda imza

Tarix: 23/04/13 Gəncədə ATS ərazisində olan köhnə magistral xətlər yeni optik xətlərlə əvəzlənəcək

Gəncə telekommunikasiya idarəsində ATS-lərin ərazisində olan köhnə magistral xətləri yeni optik xətlərlə əvəz etmək üçün yeni layihə hazırlanır.

Tarix: 22/04/13 "Aztelekom" cənub bölgəsində vətəndaşlarla görüşlər təşkil edəcək

"Aztelekom" İstehsalat Birliyi "2013-cü il - İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində genişzolaqlı internetin təbliği, tələbatın öyrənilməsi, mövcud və ya yarana biləcək problemlərin operativ aradan qaldırılması və profilaktik tədbirlərin görülməsi məqsədilə regionlarda istifadəçilərlə birbaşa görüşlərin təşkil olunmasını davam etdirir.

Tarix: 20/04/13 Hakerlər tərəfindən yayılan, RİTN-nə məxsus olduğu iddia edilən sənədlər saxtadır - FotoFAKT

Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının müxtəlif qurumları, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid 1,5 GB –lıq müxtəlif səpkili sənəd və informasiyaların oğurlanmasına dair məlumatlar dərc olunur.








29 Aprel 2024

28 04 2024