bölmədə 2697 material var

Tarix: 08/07/15 Ötən ay 137 minə yaxın namizəd imtahana buraxılış vərəqəsini “Elektron hökumət” portalı üzərindən əldə edib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) məxsus elektron xidmətin istifadə statistikasını təqdim edib.

Tarix: 07/07/15 “Elektron hökumət” portalı vasitəsilə “GoMap”-dən 3 minə yaxın istifadə sayı qeydə alınıb

“Elektron hökumət” portalına inteqrasiyası Azərbaycanın ilk elektron xəritəsi olan “GoMap”-in daha da populyarlaşmasına səbəb olub.

Tarix: 06/07/15 Fransa və Azərbaycan arasında kosmik sənaye və nüvə tədqiqatları sahələrində əməkdaşlıq müzakirə edilib

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Fransanın xarici ticarət naziri Mattias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tarix: 06/07/15 İyunda rabitə xidmətlərinə görə borcun olmaması barədə 1011 arayış elektron qaydada əldə olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi daha bir elektron xidmət üzrə statistikanı təqdim edib.

Tarix: 03/07/15 Kosmik Məsələlər üzrə Şuranın sədri akademik Arif Paşayev və görkəmli fizik Roald Zinnuroviç Saqdeyev “Azərkosmos” ASC-yə səfər edib

Kosmik Məsələlər üzrə Şuranın sədri və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun uzun illər direktoru olmuş və hazırda ABŞ-ın Merilənd Universitetinin professoru, akademik Roald Zinnuroviç Saqdeyev “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər edib.

Tarix: 02/07/15 “Azərkosmos” ASC İlk Avropa Oyunları zamanı göstərdiyi peyk xidmətlərinə görə mükafatlandırılıb

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC Beynəlxalq İdman Yayım Şirkəti tərəfindən İlk Avropa Oyunlarının keçirildiyi müddət ərzində peyk xidmətlərinin təmin olunmasında göstərdiyi xidmətlərə görə fəxri fərmanla mükafatlandırılıb.

Tarix: 02/07/15 Nazirin elmi rəhbəri olduğu dissertasiya işi müvəffəqiyyətlə müdafiə olunub

Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun rəhbərliyi ilə koqnitiv texnologiyalar üzrə dissertasiya işi müvəffəqiyyətlə müdafiə olunaraq Respublika Ali Attestasiya Komissiyası (AAK) tərəfindən təsdiq edilib.

Tarix: 02/07/15 Saymon Kleq:"İlk Avropa Oyunları RYTN-in əməkdaşlarının töhfəsi olmadan öz məqsədlərinə çata bilməzdi"

Artıq ilk uğurlu Avropa Oyunlarının yekunlaşdığı bir mərhələdə biz bir komanda olaraq hansı nailiyyətlər əldə etməyimizdən məmnunluq duymalıyıq.

Tarix: 02/07/15 Görkəmli alim Cəlal Əliyevin 87 illik yubileyinə həsr olunmuş konfrans keçirilib (FOTOLAR)

Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə görkəmli alim Cəlal Əliyevin 87 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Tarix: 02/07/15 Nazirlik I Avropa Oyunlarının rabitə, internet xidmətləri və televiziya yayımı ilə təmin olunmasında fəal iştirak etmiş şəxsləri mükafatlandırdı

I Avropa Oyunlarının rabitə, internet xidmətləri və televiziya yayımı ilə təmin olunmasında fəal iştirak etmiş şəxslər rabitə və yüksək texnologiyalar naziri cənab Əli Abbasovun əmri ilə mükafatlandırılıb.

Tarix: 01/07/15 Türkiyənin bölgə kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və Türkiyənin Zonquldak vilayətinin  “Kanal Z” kanalı arasında  müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Kanal Z” “Azerspace-1”  peyki üzərindən yayıma başlayıb.

Tarix: 01/07/15 Texniki baxış nəticəsində 6 ayda 245 akt tərtib edilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV)  müvafiq qaydada texniki baxış keçirilərək 245 akt tərtib edilib.

Tarix: 30/06/15 Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Oyunların yüksək səviyyədə telekommunikasiya xidmətləri ilə təchiz edilməsinə görə RYTN-ə təşəkkür etdi (FOTOLAR)

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rabitə birlik və müəssisələrinin rəhbərlərinin, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK)  Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və Komitənin digər məsul işçilərinin iştirakı ilə  I Avropa Oyunlarının başa çatması münasibəti ilə tədbir keçirilib.

Tarix: 29/06/15 Azərbaycanda daha bir xidmət elektronlaşdırılıb

“Elektron hökumət” portalı üzərindən “Azərsu” ASC-nin göstərdiyi elektron xidmətlərin sayı 3-ə çatdırılıb.

Tarix: 29/06/15 Bakının mərkəzi ATS-lərindən birində yeni intellektual platforma tətbiq edilir

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi tərəfindən 594, 595 ATS-nin binasında yeni texnologiya tətbiq edilir.








19 Mart 2024

18 03 2024