bölmədə 2697 material var

Tarix: 17/04/14 Fransa şirkətinin orbitə çıxarılacaq Azərbaycan peyki üzrə birgə kommersiya fəaliyyətinə qoşulmaq təklifi araşdırılır

Yer səthinin kosmosdan müşahidə edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində yüksək ayırdetməli aşağı orbitli peykin orbitə çıxarılması üzrə artıq tender elan olunub.Onun hazırlanması isə təxminən 30 ay davam edəcək.

Tarix: 17/04/14 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyət sahəsini genişləndirəcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyət sahəsini genişləndirəcək. Buraya yeni texnologiyalar, o cümlədən, kosmik, nano və biotexnologiyalar, mikroelektronika, atom enerjisindən sülh məqsədləri ilə istifadə edilməsi və s. kimi qabaqcıl elmi istiqamətlər daxildir.

Tarix: 17/04/14 Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ilk rübün yekunları ilə bağlı kollegiya iclası keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ilk rübün yekunları ilə bağlı kollegiya iclası keçirilib.

Tarix: 17/04/14 Yol hərəkəti qaydalarının pozuntusuna görə tətbiq olunan cərimələr barədə məlumatı “Elektron hökumət” portalı vasitəsilə necə əldə etmək olar?

Yol hərəkəti qaydalarının pozuntusu, bu pozuntu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatların “Elektron hökumət” (www.e-gov.az)  portalı vasitəsilə əldə oluna bilməsi sürücülərin işini asanlaşdırıb.

Tarix: 17/04/14 Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yeni texnologiya üzərində işləyir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək  Texnologiyalar üzrə Tədqiqat Mərkəzi “Təhlükəsizlik məqsədləri üçün “Germanium/Silisium” əsaslı ikizolaqlı görüntü sensorları” layihəsi üzərində işə başlayıb.

Tarix: 17/04/14 İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu məlumat sessiyaları keçirir

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihələrin qəbulu davam edir.

Tarix: 16/04/14 “Mən Azərbaycanlıyam” televiziya yarışması gələn həftədən yeni formatda yayıma başlayır

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə AzTV televiziya  kanalında gələn həftədən etibarən “Mən Azərbaycanlıyam” televiziya yarışmasına yeni formatda start veriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, aprelin 22-də AzTV kanalında yarışmanın ilk turu başlayacaq.

Tarix: 15/04/14 “Azerspace-1” üzərindən yayımlanan telekanalların sayı 66-ya çatıb

Azərbaycanın ilk milli telekommunikasiya peyki olan “Azerspace-1” üzərindən yayımlanan telekanalların sayı 66-ya çatıb.

Tarix: 15/04/14 “Hewlett Packard”: “Azərbaycanda informasiya təhlükəsizliyi məsələlərinə maraq artır”

“Hewlett  Packard” şirkəti Azərbaycan bazarına ən son informasiya təhlükəsizliyi məhsullarını təqdim etmək niyyətindədir.

Tarix: 15/04/14 “Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib

Qafqaz Universitetində Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati və texniki dəstəyi ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib.

Tarix: 15/04/14 Şəxsi istifadə üçün ölkəyə gətirilən mobil cihazın qeydiyyata alınması həm elektron, həm də yazılı müraciət etmə üsulları ilə aparılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda Nazirlər Kabinetinin 08.04.14 tarixli 99 nömrəli qərarı ilə dəyişikliklər edilib.

Tarix: 14/04/14 Yüksək Texnologiyalar Parkı “İddialı satış və idarəetmə komandalarının qurulması” mövzusunda təlim kurslarına başlayıb

İnnovativ sahibkarlığa, ümumilikdə bu sahəyə, o cümlədən kiçik və orta sahibkarlığa dəstək mexanizmlərindən biri də onlar üçün xüsusi təlimlərin təşkili, bu təlimlərdə təcrübəli mentorlar tərəfindən beynəlxalq təcrübə əsasında verilən əhəmiyyətli tövsiyələrdir.

Tarix: 11/04/14 İlin sonuna qədər bir sıra regional stansiya analoq yayımdan rəqəmli yayıma keçirilə bilər

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi bu ilin sonuna qədər bir sıra regional stansiyanı analoq yayımdan rəqəmli yayıma keçirə bilər.

Tarix: 11/04/14 Gürcüstanın “DTH” platforması “Azərspace-1” peyki üzərindən yayıma başlayır

Azərbaycanın peyk operatoru “Azərkosmos” ASC və Gürcüstanda “DTH” (Direct-to-Home, birbaşa peyk yayımı) operatoru kimi fəaliyyət göstərən “Iveriasat” şirkəti arasında “Azərspace-1” peykinin tutumlarının uzunmüddətli icarəsinə və DTH platformasının peykə çıxarılmasına dair müqavilə bağlanıb.

Tarix: 11/04/14 BTRİB texnoloji genişləndirmə işləri aparacaq

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyində (BTRİB) ikinci bir dövlət provayderinin – “Bakinternet-2”-nin yadadılması haqqında yayılan məlumatlar həqiqətəuyğun deyil”.








19 Mart 2024

18 03 2024