bölmədə 2697 material var

Tarix: 19/11/13 Banqkokda Azərbaycanın “Yüksək Texnologiyalar Parkı” ilə bağlı görülən işlər təqdim ediləcək

Taylandın Banqkok şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) nüfuzlu “ITU TelecomWorld 2013” sərgi-konfransında Azərbaycanın digər layihələri ilə yanaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” (“YT Park”) ilə bağlı təqdimat da keçiriləcək.

Tarix: 19/11/13 Bütün hərbi hissələrdə şəhərlərarası taksofonlar qurulacaq

Regionlarda olan bütün hərbi hissələrdə şəhərlərarası taksofonlar qurulacaq. Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinə tapşırıq verib. 10 gün müddətində Müdafiə Nazirliyinin bütün hərbi hissələrində şəhərlərarası taksofonlar quraşdırılması tapşırılıb.

Tarix: 19/11/13 Banqkoqda “ITU Telecom World 2013” konfransı keçirilir

Cari ilin 19-22 noyabr tarixlərində Taylandın Banqkok şəhərində informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə BMT-nin ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) nüfuzlu “ITU Telecom World 2013” sərgi-konfransı keçiriləcək

Tarix: 19/11/13 KİVDF Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə müsabiqə elan etdi

Müsabiqənin məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, İKT sahəsində  ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək, İKT mövzusunun  mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.

Tarix: 18/11/13 “Space” TV də “Azərspace-1” peyki üzərindən yayımlanacaq

Azərbaycanda fəaliyyət göstərən “Space” TV də “Azərspace-1” peyki üzərindən yayıma qoşulub.

Tarix: 16/11/13 İnformasiya Texnologiyaları Universitetinin tələbələri “Azərkosmos”a ekuskursiyaya edib

Bu gün İnformasiya Texnologiyaları Universitetinin bir qrup tələbəsinin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə ekuskursiyası təşkil edilib. Tələbələrə ASC-nin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Tarix: 16/11/13 “Elektron hökumət” portalı vətəndaşların ideya və təkliflərini gözləyir

“Elektron hökumət” layihəsi vətəndaşlara  daha bir yenilik təqdim edir.  “ICTnews” elektron xəbər xidmətinin layihənin rəsmi saytına (e-gov.az) istinadən verdiyi məlumata görə, internet istifadəçiləri portalda yeni bir xidmət - “Fikir bankı” ilə tanış ola bilər.

Tarix: 15/11/13 Rabitə və informasiya texnologiyaları sahəsinin “ən peşəkarları” məlum olacaq

6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar rabitə işçiləri arasında ən peşəkarların müəyyənləşdirilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müsabiqə-yarış keçirilib.
 

Tarix: 15/11/13 DRİ-də qeydiyyatda olan radiotezlik istifadəçilərinin sayı açıqlanıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi qeydiyyatda olan radiotezlik istifadəçiləri haqqında statistik məlumatı açıqlayıb.

Tarix: 15/11/13 “Elektron hökumət”dən daha bir yenilik: portala daxilolma vasitələrinin sayı artırılıb

“Elektron hökumət” portalından istifadə imkanlarının genişləndirilməsi və elektron xidmətlərdən daha rahat istifadənin təmin edilməsi məqsədi ilə növbəti yenilik həyata keçirilib.

Tarix: 14/11/13 Diqqət, diqqət!

Əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı qəbula yazılan

Tarix: 14/11/13 İkinci İKT qrant müsabiqəsinin nəticələri dekabrda açıqlanacaq

Cari il, 5 sentyabr tarixində Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə elan etdiyi  2-ci İKT qrant müsabiqəsinin nəticələri dekabr ayında açıqlanacaq. Hazırda müsabiqəyə daxil olmuş 60-dan çox layihənin elmi ekspertizası işi həyata keçirilir.
 

Tarix: 13/11/13 “Xalq kompüteri” layihəsi çərçivəsində 21950 ədəd kompüter əldə olunub

Azərbaycanda kompüterlərin kütləvi yayımının təmin edilməsinə yönəlmiş “Xalq kompüteri” layihəsi uğurla davam etdirilir. “BestComp Group” şirkətindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, hazırda layihə çərçivəsində əldə olunan kompüterlərin sayı 21950 ədədə çatıb.

Tarix: 12/11/13 Vətəndaşların NƏZƏRİNƏ!

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun noyabr ayının  16-da saat 10:00-da Ucar rayonunda (Ucar, Göyçay, Ağdaş) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Tarix: 08/11/13 İlk dəfə olaraq ayın hər üç qalibi xanım olub

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) “Mən Azərbaycanlıyam” onlayn bilik yarışmasının oktyabr ayı üzrə 1-ci,  2-ci və 3-cü ongünlüklərinin, həmçinin oktyabr ayının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.








29 Aprel 2024

28 04 2024