bölmədə 2697 material var

Tarix: 15/07/13 RİTN-in tərəfindən Türkiyəyə göndərilən jurnalistlər qardaş ölkənin mobil telefonların qeydiyyatı sistemi ilə tanış olub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri” mövzusunda jurnalistlər arasında keçirdiyi müsabiqənin 3 qalibi- (APA-dan Əli Əhmədov, “Qafqazinfo”dan Nigar Məmmədli və “Gündəlik Teleqraf”dan bu sətirlərin müəllifi) ötən ayın sonunda nazirlik tərəfindən Ankara və İstanbula 5 günlük səfərə göndərildi.

Tarix: 15/07/13 Ağsu aşırımında sürüşmə zonalarında hava və yeraltı optik kabellərin vəziyyəti yoxlanılır

Ağsu aşırımında sürüşmə zonalarında növbəti monitorinqlər keçirilib. "Aztelekom" İB-dən verilən məlumata görə, birliyin mütəxəssislərindən ibarət briqada bölgədə hava və yeraltı optik kabellərə mövcud dəyişikliyi növbəti yoxlamadan keçiriblər.

Tarix: 12/07/13 “Mən Azərbaycanlıyam” “online” bilik yarışmasının növbəti ongünlüyünün qalibləri bəlli oldu

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən elan edilən “Mən Azərbaycanlıyam” “online” bilik yarışmasında 4-cü ongünlüyün qalibləri müəyyənləşdirilib.

Tarix: 12/07/13 “Aztelekom” İB-də ingilis dili və kompüter proqramlarının ən asan yolla öyrənilməsi ilə bağlı görüş keçirilib

“Aztelekom” İB-də ingilis dili və kompüter proqramlarının ən asan yolla öyrənilməsi yollarını işləyib hazırlayan “VES Group training Production”ın nümayəndələri ilə görüş keçirilib.

Tarix: 10/07/13 “Hesab.az” portalının istifadəçilərinə elektron imzadan yararlanma imkanı yaradılıb

“Goldenpay” şirkəti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığı çərçivəsində, “hesab.az” portalında elektron imzadan istifadə etməklə elektron xidmətlərin istifadəsindən yararlanmaq imkanı yaradıb.

Tarix: 10/07/13 Artıq elektron imza vasitəsilə “online” ödənişlər etmək mümkündür

Məkan və zaman anlayışını ortadan qaldıraraq məhdudiyyətsiz istifadə imkanları yaradan elektron imzanın istifadə dairəsi bir qədər də genişləndirilib. “Hesab.az” - elektron ödənişlər portalı özəl sektor olaraq daha bir ilkə imza atıb.

Tarix: 10/07/13 “Aztelekom” və “Azərkosmos” arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

“Aztelekom” İstehsalat Birliyinin rəhbərliyi, İdarə Aparatı, Gənclər Təşkilatının nümayəndələri və Azərbaycan Texniki Universitetinin “Çoxkanallı rabitə sistemləri” kafedrasının müəllim heyəti “Azərkosmos” ASC-ni ziyarət ediblər.

Tarix: 09/07/13 Nazir İsmayıllıda vətəndaşlarla görüşəcək

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iyul ayının 23-də İsmayıllı rayonunda (İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Qobustan , Ağdaş rayonlarının sakinləri üçün) əhaliyə göstərilən

Tarix: 08/07/13 Yüksək Texnologiyalar Parkı ilə bağlı müsabiqə elan edildi

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı - “YT Park” MMC müsabiqə elan edir.

Tarix: 08/07/13 İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Fondu bu ilin sonunda fəaliyyətə başlayacaq

Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) İnkişafı Fondu bu ilin sonunda fəaliyyətə başlayacaq.

Tarix: 08/07/13 Azərbaycanın milli peyki üzərindən yayımlanan kanallara necə baxmaq olar?

Azərbaycan milli peyk üzərindən yerli kanallara baxmaq üçün televiziya tamaşaçıları antenalarının imkanlarını genişləndirməlidirlər.

Tarix: 08/07/13 “Azərspace-1” peyki ilə yayımlanan kanalların sayı 50-yə çatdırılıb

Müştəri marağının artırılması və tamaşaçıların seçim imkanlarının yüksəldilməsi məqsədilə “Azərspace-1” peyki vasitəsilə yayımlanan kanalların sayının artırılması və rəngarəngliyinin genişləndirilməsi davam edir.

Tarix: 06/07/13 Milli peykdən yeni kanalların yayımı başladı

Cari ilin 6 iyul tarixindən etibarən “Azərspace-1” peykindən Azərbaycan kannallar ilə yanaşı ayı-ayrı ölkələrin ingilis, rus, fars və türkdilli olmaqla 50-dən çox beynəlxalq və regional televiziya kanallarının yayımına başlanılıb.

Tarix: 06/07/13 5 il ərzində ölkənin bütün telekommunikasiya şəbəkəsi tam elektronlaşdırılıb

Son 5 ildə sabit telefon şəbəkəsi bazarı 1.5 dəfə artaraq 366.0 milyon ABŞ dollarına çatıb. Sabit şəbəkənin ümumi tutumu 18,2 % artırılaraq, 1 779 500 nömrəyə çatdırılıb. Artıq ölkənin bütün yaşayış məntəqələri tam telefonlaşdırılıb və telekommunikasiya şəbəkəsi tam elektronlaşdırılıb.

Tarix: 05/07/13 Ağcabədi Telekommunikasiya Qovşağı kotirovka sorğusu elan edib

“Aztelekom” İstehsalat Birliyinin Ağcabədi Telekommunikasiya Qovşağı kotirovka sorğusu elan edib. “ICTnews” xəbərə xidmətinin məlmatına əsasən, kotirovka sorğusu Ağcabədi rayonunun Ağabəyli kəndinin ərazisində tikilən məcburi köçkünlərin yaşadığı yaşayış massivinin telefonlaşdırılmasını nəzərdə tutur.








19 Mart 2024

18 03 2024