bölmədə 2697 material var

Tarix: 01/09/14 TASİM-lə bağlı Çində təqdimat keçiriləcək

Azərbaycanın həyata keçirdiyi regional “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi ilə bağlı Çində təqdimat keçiriləcək. Sentyabrın 16-17-si tarixlərində nəzərdə tutulmuş mərasimdə layihə ilə bağlı hazırlanmış broşürlər təqdim olunacaq.

Tarix: 01/09/14 “Azərbaycan Rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit” mövzusunda konfrans keçiriləcək

Azərbaycan Hökumətinin Yüksək texnologiyalar sahəsində həyata keçirdiyi işlərə töhfə vermək, habelə özəl sektorla hökumət nümayəndələri arasında qarşılıqlı işgüzar əlaqələrin genişləndirilməsi məqsədi ilə Azərbaycan-Amerika Ticarət Palatası (AmCham) sentyabr ayının 3-də “JW Marriott Hotel”də növbəti dəfə ənənəvi İKT konfransı təşkil edəcək.

Tarix: 29/08/14 Məlumat Hesablama Mərkəzi Azərbaycanda informasiya təhlükəsizliyi üzrə “ISO/IEC 27001:2005” standartını əldə edən ilk dövlət müəssisəsi oldu

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi informasiya texnologiyaları və təhlükəsizliyin təminatı sistemi üzrə “ISO/İEC 27001:2005” beynəlxalq standartın tələblərinə uyğun növbəti sertifikasiya auditindən uğurla keçib.

Tarix: 29/08/14 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi “Azerspace-1” peyk resurslarından istifadə olunaraq yayımlandı

Dünən baş tutmuş Türkiyənin 12-ci prezidenti R.T.Ərdoğanın andiçmə mərasimi Türkiyənin TRT kanalı tərəfindən milli peykimiz “Azərspace-1” üzərindən yayımlanıb.

Tarix: 29/08/14 Bu ilin sonuna kimi analoq yayım dayandırılmayacaq

Göyçay və ətraf rayonlarda Azərbaycan Dövlət Televiziyası (AzTV) və İctimai Televiziyanın (İTV) analoq yayımının gecə saat 1-dən sonra  dayandırılması, adıçəkilən kanalları yalnız peyk vasitəsilə izləməyin mümkün olması ilə bağlı kütləvi informasiya vasitələrində gedən məlumat yanlışdır.
 

Tarix: 29/08/14 “YT Park” Pirallahıda ona ayrılan torpaq sahəsinin abadlaşdırılması üzrə işlərə başlayır

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı - “YT Park” MMC Pirallahıda ona ayrılan torpaq sahəsinin abadlaşdırılması üzrə işlərə başlayır.

Tarix: 28/08/14 Yüksək Texnologiyalar Parkı Estoniya şirkəti ilə memorandum imzalayacaq

Sentyabrın 28-də Estoniyada Azərbaycan-Estoniya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclası keçiriləcək.

Tarix: 28/08/14 Elektron xidmətlərdən istifadə üçün yaş baryeri yoxdur

Elektron xidmətlərdən istifadə yaş həddi tanımır. 1932-ci il təvəllüdlü fərdi sahibkar Baxışov Ələkbər Məmməd oğlunun “Elektron imza” kartına sahib olması məhz belə bir baryerin olmamasının təzahürü, həmçinin elektron xidmətlərə getdikcə artmaqda olan marağın real göstəricisidir.

Tarix: 27/08/14 Azərbaycan elektron imza tariflərinin müəyyən edilməsi üzrə qaydaların beynəlxalq müzakirəsinin təşəbbüskarı kimi çıxış edib

Sentyabrın 22-24  tarixlərində Daşkənddə (Özbəkistan) Regional Rabitə Birliyinin informasiyalaşdırma və kommunikasiyalar iqtisadiyyatı üzrə komissiyalarının birgə 31/34-cü iclası keçiriləcək.

Tarix: 27/08/14 Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” İstehsalat Birliyi regional qovşaqlarını abadlaşdırır

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” İstehsalat Birliyi, 
Kürdəmir Telekommunikasiya Qovşağının abadlaşdırılması ilə bağlı təkliflər sorğusu elan edib.

Tarix: 26/08/14 Bakıda Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyanın 29-cu iclası işə başlayıb

Bu gün Bakıda Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyanın 29-cu iclası işə başlayıb.

Tarix: 21/08/14 “Azercosmos” “IBC-2014” sərgi və konfransında iştirak edəcək

Azərbaycanın peyk operatoru “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti sentyabrın 11-dən 16-dək Amsterdamda (Niderland) keçiriləcək “IBC”` (International Broadcasting Convention) sərgi və konfransında iştirak edəcək.

Tarix: 14/08/14 “BakuTel” sərgisi bu il 20 illik yubileyini qeyd edəcək

Ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri, eyni zamanda Xəzər və Qafqaz regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük sərgisi - “BakuTel” Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı bu il öz yubileyini qeyd edəcək.

Tarix: 13/08/14 “Azərkosmos” iki tender qalibi ilə müqavilə imzalayıb

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti “Sinam” şirkəti ilə əməkdaşlıq haqda müqavilə imzalayıb.

Tarix: 13/08/14 “Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” qanun layihəsi hökümətə təqdim olundu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) ilə birlikdə “Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” qanun layihəsi hazırlayıb.








29 Aprel 2024

28 04 2024