bölmədə 2697 material var

Tarix: 22/01/13 Ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir

Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədəd, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 68,8 ədəd təşkil edir.

Tarix: 22/01/13 Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində çip texnologiyası qurulacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində olan Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində nanotexnologiyalar üzrə laboratoriyanın quraşdırılması başa çatıb.

Tarix: 22/01/13 “Aztelekom” İB kənd elektron ATS-də virtual idarəetmə sistemi tətbiq edir

“Aztelekom” İstehsalat Birliyi tərəfindən coğrafi şəraitlə əlaqədar müvafiq avadanlıqlar quraşdırılmaqla Lerik və Yardımlı telefon şəbəkələrində kənd EATS-nin mərkəzdən idarəetmə sistemi istismara verilib.

Tarix: 22/01/13 Naxçıvan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2012-ci ilin yekunları müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Tarix: 21/01/13 “İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı tədbirlər planının hazırlığı ilə bağlı məsələlər müzakirə edilib

2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından

Tarix: 21/01/13 RİTN-də 2012-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib.

Tarix: 21/01/13 DİQQƏT! DİQQƏT!

2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası

Tarix: 21/01/13 Bölgələrdə İPTV xidmətlərinin göstərilməsi məqsədilə 1 qiqabit tutumlu port təşkil olunub

Bölgələrdə İPTV və multimedia xidmətlərinin göstərilməsi məqsədilə “DWDM” şəbəkəsi üzərindən 1 qiqabit tutumlu port təşkil olunub. Bu barədə “Aztelekom” İB-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib.

Tarix: 21/01/13 Bütün regionlar CDMA rabitəsinin əhatə dairəsinə qatılacaq

“Aztelekom” İB-nin CDMA simsiz rabitə xidməti şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində Sumqayıt şəhərində, Abşeron rayonunun Hökməli qəsəbəsində, Füzuli rayonunun Böyük Bəhmənli yaşayış məntəqəsində, Qazax rayon mərkəzində yeni baza stansiyaları quraşdırılmaqla bu ərazilər də şəbəkənin əhatə dairəsinə daxil edilib.

Tarix: 21/01/13 Azərbaycanda daşınan nömrələr layihəsinin tətbiqinə aprelədək başlanılacaq

Azərbaycanda daşınan nömrələr layihəsinin (Mobile Number Portability) tətbiqinə bu ilin aprel ayından gec olmayaraq başlanılacaq. Bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib

Tarix: 21/01/13 Daha bir dövlət qurumu Elektron Xidmətlər Portalına qoşulub

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “e-Gov” Elektron Xidmətlər Portalına qoşulub. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, adıçəkilən dövlət qurumunun ilk olaraq “su təsərrüfatı obyektlərində və onların mühafizə zonalarında yaradılan obyektlərin yerinin razılaşdırılması” xidməti portala inteqrasiya edilib.

Tarix: 18/01/13 Ağdamda əhalinin internetə çıxış imkanları genişlənib

Ağdamda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, əhalinin internetə çıxış imkanları genişlənib. Bu barədə Ağdam Telekommunikasiya Qovşağının rəisi Hümbət Mustafayev məlumat verib. Onun sözlərinə görə, nəzərdə tutulan tədbirlər planının yüksək səviyyədə icrasının nəticəsi olaraq Ağdamda müasir rabitə və informasiya texnologiyalarının əsası qoyulub.

Tarix: 18/01/13 Şəkinin ən ucqar kəndlərində genişzolaqlı internetə çıxış imkanı yaradılır

Regionlarda ən ucqar kəndlərdə sakinlərin genişzolaqlı internetə çıxış imkanlarının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Bunun üçün bu kəndlərin optik kabellərlə təmin edilməsi istiqamətində işlər aparılır. Şəkinin ən ucqar yaşayış məntəqələri olan Ağdaş rayonu ilə həmsərhəd olan Qara Torpaq

Tarix: 17/01/13 Xəzər rayonunda müasir telefon stansiyası istifadəyə verilib

Bakının Xəzər rayonunun Gürgan qəsəbəsində NGN texnologiyalı 512 nömrə tutumlu müasir stansiya istifadəyə verilib. Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən verilən məlumata görə, stansiya Xəzər Telefon Qovşağı ilə optik kabel xətti ilə Zirə-Pirallahı magistralına qoşularaq rabitə ilə təmin olunub.

Tarix: 16/01/13 Nazir “Afrika üçün Qabaqcıl İnkişaf Fondu”nun təsisçisi ilə görüşüb

Rabitə və İnformasiya Texnologiyaları naziri cənab Əli Abbasov “Afrika üçün Qabaqcıl İnkişaf Fondu”nun təsisçisi və prezidenti xanım Kumba Ture ilə görüşüb.








19 Mart 2024

18 03 2024