bölmədə 2697 material var

Tarix: 01/05/15 AÇIQLAMA: 585 - “Daşınan şəhər telefon xidməti” region əhalisi üçün nəzərdə tutulub

 “Aztelekom” İstehsalat Birliyinin regionlarda tətbiq etdiyi  585 - “Daşınan şəhər telefon xidməti” istifadəçiləri Bakı yox, rayon telefon qovşaqlarında avadanlıqları qurulan internet provayderlərin xidmətlərindən istifadə edə bilər.

Tarix: 01/05/15 Artıq hər bir vətəndaş elektron imza kartından istifadə edərək mobil smartfonlar üzərindən elektron sənəd imzalaya bilər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Məlumat Hesablama Mərkəsinin Milli Sertifikat Xidmətləri Mərkəzi  elektron imza kartlarından istifadə edərək  mobil imza həllərinin tətbiqinə başlayıb.

Tarix: 30/04/15 Şifahi nitqi mətnə çevirən sistemin yeni versiyası hazırlanıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsi şifahi nitqi mətnə çevirən “Dilmanc İmla” sisteminin yeni versiyasını istifadəyə verib.
 

Tarix: 30/04/15 Bir neçə bölgədə TV və FM proqramlarının yayım vəziyyəti araşdırılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) RYTN ilə razılaşdırılmış qrafikə uyğun olaraq regionlarda radiomonitorinq işlərinə başlayıb.

Tarix: 29/04/15 AMEA-nın 2014-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağında rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun çıxışı

AMEA-nın illik ümumi yığıncağında və öncə bizə paylanmış materiallar əsasında Rəyasət Heyətinin illik hesabatını müzakirə etdik və mən də digər həmkarlarıma qoşularaq hesabatı məqbul hesab edirəm.

Tarix: 29/04/15 “Azerspace-1” peyki üzərindən yayımlanan kanallar siyahısına daha bir kanal daxil oldu

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və “EuroAZ” kanalı arasında kanalın yayımına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən,  Avropadan yayımlanan ilk Azərbaycan kanalı “EuroAZ “  “Azerspace-1”  peyki üzərindən yayıma başlayıb.

Tarix: 25/04/15 Daha bir bank elektron arayışa keçdi

“NBC bank”  kredit əməliyyatları prosesində elektron arayışların tətbiqinə başlayıb.

Tarix: 24/04/15 Cenevrədə Azərbaycanın İKT istiqamətində gördüyü işlər barəsində dünya ictimaiyyətinə məlumatlar veriləcək

Gələn ayın 17-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illiyi ilə bağlı yubiley tədbiri keçiriləcək.
 

Tarix: 24/04/15 “Azerspace-2" peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair elan edilən açıq tender üzrə təkliflər zərfləri açıldı

 “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan “Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair  “Azərkosmos” ASC tərəfindən elan edilmiş açıq tender üzrə iddiaçıların təkliflər zərfləri açıldı.

Tarix: 23/04/15 Daha bir bank “Elektron hökumət” portalı ilə əməkdaşlığa başladı

Azərbaycanda fəaliyyət göstərən daha bir bank “Elektron hökumət” portalı ilə əməkdaşlığa başlayıb.

Tarix: 23/04/15 Məcburi köçkünlərə tətbiq edilən güzəştlərə bundan sonra elektron qaydada nəzarət ediləcək

Məcburi köçkünlərə tətbiq edilən güzəştlərə bundan sonra elektron qaydada nəzarət ediləcək.

Tarix: 23/04/15 “Azerspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma hazırlanıb

Hesabat dövründə Azərbaycan peykinin tutumunun satışı üzrə işlər davam etdirilib və hazırda peyk üzərindən yerli və beynəlxalq səviyyəli 130-dək televiziya və 20-dən çox radio kanalı yayımlanır.

Tarix: 22/04/15 “Azərkosmos” ASC-də “Azersky” peykindən əldə olunan təsvirlərin kənd təsərrüfatı və kadastr məqsədləri üçün istifadəsinə həsr olunmuş seminar keçirilib

Bu gün “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində  yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykindən əldə olunan təsvirlərin kənd təsərrüfatı və kadastr məqsədləri üçün istifadəsinə həsr olunmuş seminar keçirilib.

Tarix: 22/04/15 Vətəndaşların müraciətlərinin daha operativ və effektiv həll olunması üzrə işlər davam etdirilir

 Hesabat dövrü ərzində vətəndaşların müraciətlərinin daha da operativ həll olunması, onların qəbulunun təşkili istiqamətində də işlər effektiv formada həyata keçirilib.

Tarix: 22/04/15 Tədqiqat Nüvə Reaktorunun strateji planı və texniki xarakteristikası hazırlanıb

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC ilə bağlı işlər hesabat dövründə davam etdirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun daimi istifadəsində olan








19 Mart 2024

18 03 2024