bölmədə 2697 material var

Tarix: 18/05/15 Ev telefonlarından smartfonlara sms göndərmək mümkündür – AZƏRBAYCANDA

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  “Aztelekom” İstehsalat Birliyi analoqu olmayan yeni bir xidmət – “171” səsli mesaj xidmətinin tətbiqinə başlayıb. Bu barədə birliyin informasiya texnologiyaları şöbəsinin rəisi Ədalət  Abbasov məlumat verib.

Tarix: 18/05/15 Dövlət büdcəsindən ötən il üçün rabitə sahəsinə xərclənən vəsaitin miqdarı açıqlanıb

2014-cü ilin dövlət büdcəsindən həmin il üçün rabitə sahəsinə 7 822 444 manat vəsait xərclənib. Bu barədə Maliyyə Nazirliyi tərəfindən yerləşdirilən “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsində məlumat verilib.

Tarix: 17/05/15 “ICT News” 4 yaşını qeyd edir

Düz 4 il əvvəl onlayn xəbər xidməti kimi meydana gələn “ICT News” bu gün öz ad gününü qeyd edir.​

Tarix: 16/05/15 Nazir mətbuat nümayəndələrinin suallarını cavablandırıb (VİDEO)

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Sumqayıt şəhərində (Sumqayıt, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz) vətəndaşları qəbul edib. Qəbul başa çatdıqdan sonra nazir mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Tarix: 15/05/15 İTİDF-də türkiyəli sahibkarlarla görüş keçirilib

2015-ci il 13 may tarixində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda Türkiyənin Kiçik və Orta Müəssisələri İnkişaf etdirmə və Dəstəkləmə İdarəsinin (KOSGEB) nümayəndə heyəti ilə görüş olub.
 

Tarix: 14/05/15 Nazir Sumqayıtda vətəndaşlarla görüşəcək

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun may ayının 15-i saat 10:00-da Sumqayıt şəhərində (Sumqayıt, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Tarix: 14/05/15 Azərbaycan İKT təcrübəsi “Tallin - İKT Həftəsi 2015”-də yüksək qiymətləndirilib

Bu həftə Estoniyanın paytaxtı Tallin şəhərində ilin ən böyük informasiya-kommunikasiya texnologiyaları (İKT) tədbirlərindən olan ənənəvi “İKT Həftəsi 2015” (“ICT Week  2015”) keçirilir.
 

Tarix: 13/05/15 “Dilmanc Translator” indiyədək 100 min dəfədən çox köçürülüb

“Dilmanc Translator” - pulsuz mobil tərcüməçi proqramı Azərbaycanda ən populyar mobil proqram təminatına çevrilib.

Tarix: 13/05/15 “İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı” keçiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı” keçiriləcək.

Tarix: 13/05/15 Bir ayda telefon nömrəsi üzrə axtarış sistemindən istifadə edənlərin sayı 70 mini ötüb

Aprel ayında “Elektron hökumət” portalı vasitəsilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ən çox istifadə edilən elektron xidmətləri sırasında ilk yerdə “Telefon nömrəsi üzrə axtarış”  xidməti qərar tutub.

Tarix: 12/05/15 Yüksək Texnologiyalar Parkının Müşahidə Şurasının iclası keçirilib

2015-ci ilin may ayının 7-də Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin Müşahidə Şurasının iclası keçirilib.

Tarix: 12/05/15 “Azərkosmos” nizamnamə kapitalını artırır

Bakı Fond Birjasında “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin 23 mln. 610,6 min manat dəyərində səhmlərin əlavə emissiyasının yerləşdirilməsinə başlanılıb.

Tarix: 12/05/15 Apreldə 8 minə yaxın sığortaedən uçot nömrəsini elektron qaydada öyrənib

Dövlət Sosial Müdafiə Fondunun “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” elektron xidməti növbəti dəfə istifadəçilərin “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı xidmətlərdən olub.

Tarix: 12/05/15 “Azərkosmos” radiotezliklərin koordinasiyasının qiymətləndirilməsi üzrə müqavilə imzalayıb

Azərbaycanın milli peyk operatoru “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti “Orbital-Engineering Smart Satellite Consalting” şirkəti ilə müqavilə imzalayıb.
 

Tarix: 12/05/15 Kağız üzərində olan məlumatların rəqəmli formatda arxivləşdirilməsi üçün xüsusi proqram hazırlanıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) mütəxəssisləri tərəfindən kağız üzərində olan məlumatların rəqəmli formatda arxivləşdirilməsi üçün xüsusi proqram hazırlanıb.
 








19 Mart 2024

18 03 2024