bölmədə 2697 material var

Tarix: 01/07/14 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil nömrələrə dair yeni elektron xidmət istifadəyə verib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətini elektronlaşdıraraq istifadəçilərin ixtiyarına verib.

Tarix: 30/06/14 “Azerspace 1” üzərindən Rusiya kanallarının yayımına başlanılıb

Rusiyanın bir sıra televiziya kanalı Azərbaycanın ilk milli peyki “Azerspace 1/Africasat 1A” üzərindən yayıma başlayıb.

Tarix: 30/06/14 Ölkənin bütün banklarında rabitə xidmət haqlarının ödənilməsi mümkündür

Ölkə vətəndaşlarının rahatlığının təmin edilməsi məqsədilə, respublika ərazisində fəaliyyət göstərən banklarda rabitə xidmət haqlarının qəbul edilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi tərəfindən xüsusi proqram təminatı hazırlanıb və ölkədə fəaliyyət göstərən bütün banklar bu sistemə qoşulub.

Tarix: 30/06/14 “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemləri və ehtiyatlarının ilkin siyahısı hazırlanıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixli 118 nömrəli qərarı ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilib. Bu qərar portalın səmərəli fəaliyyəti və inkişafına bilavasitə təsir göstərəcək.
 

Tarix: 25/06/14 Azərbaycan BMT-nin “Elektron hökumət”in inkişaf səviyyəsinə görə yeni reytinqində 28 pillə irəlilədi

BMT-nin ölkələrin “Elektron hökumət”in inkişaf səviyyəsinə görə yeni reytinqini açıqlayıb.

Tarix: 23/06/14 Londonda “Böyük Britaniya - Azərbaycan yüksək texnologiyalar” forumu keçiriləcək

İyun ayının 23-də Londonda  “Qlobal İnternet İdarəçilik Forumu”nun Nazirlər toplantısı öz işinə başlayıb.

Tarix: 23/06/14 Nazir Əli Abbasov Nazirlər Kabineti Fövqəladə Komissiyasının tərkibinə daxil edildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xüsusi rabitə xidməti işçilərinin rəsmi xüsusi geyim forması və poqon gəzdirmələrinə icazə verilməsi haqqında” qərarının adı müvafiq qaydada dəyişdirilib.

Tarix: 20/06/14 Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin STRUKTURU

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir

Tarix: 20/06/14 Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir

Tarix: 20/06/14 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Tarix: 18/06/14 Belarusun peyk operatoru ilə “Azərkosmos” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Belarus Respublikasının peyk operatoru olan “Belintersat” şirkətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti “Azərkosmos” ASC-də olub.

Tarix: 18/06/14 Qəbələdə “TASİM”-in texniki-iqtisadi göstəriciləri nümayiş etdiriləcək

Cari ilin iyulun 11-də  Qəbələ şəhərində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) üzrə 4-cü seminarın keçirilməsi nəzərdə tutulub. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə “TASİM” İşçi Qrupunun rəhbəri Zaur Həsənov məlumat verib.

Tarix: 13/06/14 Azərbaycanda rabitə xidməti üzrə artım 12 faizə çatıb

Azərbaycan Dövlət Statistika Komitəsi ölkənin bu ilin yanvar-may ayları üzrə iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb.

Tarix: 12/06/14 “Azərbaycanda internetin bu günü və sabahı” forumu keçirilir

Mingəçevirdə Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü ilə bağlı, “Aztelekom” İstehsalat Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda internetin bu günü və sabahı” adlı forum keçirilir.

Tarix: 11/06/14 “UN ESCAP”-ın İKT və İnkişaf bölməsinin rəhbəri: “TASİM layihəsi Mərkəzi Asiyada genişzolaqlı internetin inkişaf etdirilməsində yaxşı, perspektiv nümunədir”

“TASİM layihəsi Mərkəzi Asiyada genişzolaqlı internetin inkişaf etdirilməsində yaxşı, perspektiv nümunədir”.
 








19 Mart 2024

18 03 2024