bölmədə 2697 material var

Tarix: 03/11/14 Mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə

Mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və “IMEI” nömrələri bazada qeydiyyatda olan mobil cihazların satışı təşkil olunmalıdır.

Tarix: 03/11/14 Vətəndaşların nəzərinə!

Mobil cihaz satış məntəqələrində olan  bütün mobil telefonların və digər cihazların “IMEI” nömrələrinin bazaya qeydiyyatı həmin cihazları satan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməlidir.

Tarix: 31/10/14 Vətəndaşların nəzərinə!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın müvafiq bəndi nəzərə alınaraq, 1 noyabr 2014-cü il tarixindən şəxsi istifadə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı aşağıdakı qaydada ödənişli təşkil edilir:

Tarix: 30/10/14 Azərbaycanın qərb bölgəsində TV və FM proqramlarının yayım vəziyyəti araşdırılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) ölkə ərazisində mütəmadi olaraq radiomonitorinqlər təşkil edir.

Tarix: 30/10/14 Azərbaycanla Küveyt arasında İKT sahəsində əməkdaşlıq genişləndiriləcək

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Küveytin informasiya naziri və gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tarix: 30/10/14 Mobil telefonlara göndərilən reklam xarakterli SMS-lə bağlı “Telekommunikasiya haqqında” Qanunda dəyişikliklər edilməsi ilə əlaqədar təkliflər hazırlanıb

Mobil rabitə abunəçilərinə əvvəlcədən razılaşdırılmadan müxtəlif məzmunlu reklam xarakterli SMS-lərin göndərilməsi, bir sıra hallarda bunun müqabilində abunəçilərin balansından vəsait çıxılması barədə KİV-də

Tarix: 29/10/14 “Texnologiya və biz” adlı fotomüsabiqənin bitməsinə 21 gün qaldı

Əgər müxtəlif rabitə vasitələri – telefon və kompüterlər gündəlik həyatınızın ayrılmaz hissəsinə çevrilibsə, internet və müasir texnologiyaların yaratdığı imkanlardan yararlanırsınızsa, innovativ həllər və elektron xidmətlərdən istifadə həyatınızı rahatlaşdırırsa, onda Siz bu fotomüsabiqənin real iştirakçısı ola bilərsiniz.

Tarix: 29/10/14 “Ən peşəkar rabitəçi”lər müəyyənləşəcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 133 illiyi münasibətilə “ən peşəkar rabitəçi” nominasiyası üzrə qaliblərin müəyyənləşdirilməsi məqsədilə elan etdiyi peşə yarışmasının həlledici mərhələsi başlayıb.

Tarix: 28/10/14 Azərbaycanda elektron arayış əsasında kredit verən bankların sırasına yenisi qoşulub

“Elektron hökumət” portalının təqdim etdiyi “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti sayəsində artıq “AccessBank” da kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətindən istifadəyə başlayıb.

Tarix: 28/10/14 YTP-nin Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən “Bayquş” layihəsi Seulda təqdim olunacaq

Cari ilin 3-14 noyabr tarixlərində Koreyanın Seul şəhərində “İdeya, ixtira, innovasiya və əqli mülkiyyət üzrə Beynəlxalq Təhsil Proqramı – Toxum layihəsi 2014” adlı tədbir keçiriləcək.

Tarix: 28/10/14 Vətəndaşların NƏZƏRİNƏ!

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun oktyabr ayının 31-i saat 11:00-da Qobustan rayonunda (Qobustan, Ağsu, Şamaxı, Abşeron) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Tarix: 28/10/14 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilib

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

Tarix: 27/10/14 Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilib

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti sayəsində Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığa söykənən münasibətləri səmərəli nəticələrini verməkdədir.

Tarix: 25/10/14 Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin “Sağlamlıq-2014” Respublika Spartakiadasının təntənəli açılışı olub

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rabitə İşçiləri Müstəqil  Həmkarlar İttifaqı Respublika Komitəsi və «Spartak» İdman Cəmiyyətinin təşkilatçılığı ilə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin «Sağlamlıq-2014» Respublika Spartakiadasının təntənəli açılış mərasimi keçirilib.

Tarix: 23/10/14 “Dilmanc” mobil tərcüməçi istifadəçilərin böyük marağına səbəb olub

“Android” əsasında işləyən mobil qurğularda şifahi danışığı Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən “Dilmanc Translator” proqramı istifadəyə verildiyi 10 ay ərzində 100 min dəfədən artıq köçürülüb.








19 Mart 2024

18 03 2024