bölmədə 2697 material var

Tarix: 21/05/13 Bu il “Bakutel 2013” sərgi-konfransı dekabrda baş tutacaq

Hər il ənənəvi olaraq təşkil edilən “Bakutel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı bu il dekabr ayında keçiriləcək.

Tarix: 21/05/13 “Elektron hökumət” portalına müraciət edənlər hansı mobil qurğulara üstünlük verir?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) 01/01/ 2013 - 21/05/2013 tarixlərdə “Elektron hökumət” portalına müraciət etmiş istifadəçilərin hansı mobil qurğulardan istifadə etdiklərinin statistikasını təqdim edib.

Tarix: 21/05/13 3 illik elektron imza kartına sahib olmaq istəyirsiniz?

Elektron imza kartına sahib olmaq istəyənlər üçün onu əldə etməyin daha bir asan yolu yaranıb. Belə ki, “AzDataCom” şəbəkəsi üzrə aylıq abunə haqqını 6 ay əvvəlcədən ödəyən hər bir istifadəçi pulsuz 3 illik elektron imza kartı qazanacaq.

Tarix: 20/05/13 Bakıda «Elektron Hökumət və elektron xidmətlər, həllər və problemlər» mövzusunda beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda informasiya kommunikasiya texnalogiyalarının daha da geniş formada təşviq edilməsi və elektron xidmətlərin genişləndirilməsi istiqamətində növbəti beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.

Tarix: 17/05/13 İnternetdə azadlıq, şəxsi məlumatların məxfiliyi və kibertəhlükəsizliklə bağlı yeni beynəlxalq konvensiya hazırlanır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Beynəlxalq Telekommunikasiya İttifaqı və Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə yaradılmış işçi qrup çərçivəsində yeni konvensiya üzərində işləyir.

Tarix: 17/05/13 RİTN internetdə böhtan və təhqirə yol verənlərə qarşı cəzaların sərtləşdirilməsinin tərəfdarıdır

Azərbaycan Rabitə və Informasiya Texnologiyaları Nazirliyi, Baş prokurorunun imzası ilə, Milli Məclisə təqdim olunan insanların internetdə şərəf və ləyaqətinin qorunması məqsədi ilə cəzaların sərtləşdirilməsi təklifini dəstəkləyir.

Tarix: 17/05/13 Bu gün 2 yaşımız tamam olur

17 may dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. Bu gün Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsindəki yüksək inkişaf tempi ilə dünya informasiya cəmiyyətinin fəal üzvlərindən biri kimi xarakterizə edilir.

Tarix: 17/05/13 Elektron imza sertifikatlarını “Bank of Baku”dan əldə etmək mümkündür

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Bank of Baku” elektron imza sertifikatlarının verilməsi üzrə xidmətin göstərilməsinə başlayır.

Tarix: 17/05/13 “Elektron Hökumət” Dünya Azərbaycanlılarının vahid informasiya məkanına çevrilir

“Elektron Hökumət” portalı nəinki ölkə daxilində, hətta xarici ölkələrdən olan istifadəçilər üçün də artıq böyük maraq dairəsinə çevrilib. Hazırda portalın istifadəçi auditoriyası yüksələn xətlə daha da genişlənməkdədir.

Tarix: 16/05/13 Güzəştli şərtlərlə ən çox kompüter hansı regionlarda satılıb?

Azərbaycanda “Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən “Xalq kompüteri” layihəsi uğurla davam etdirilir. “ICTnews” elektron xəbər xidmətinə “BestComp Group” şirkətindən verilən məlumata görə, hazırda layihə çərçivəsində satılan kompüterlərin sayı 21605 ədəd təşkil edir.

Tarix: 15/05/13 RİTN və ASAN yeni Dövlət Proqramını Nazirlər Kabinetinə təqdim edib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Nazirlər Kabinetinə yeni Dövlət Proqramını təqdim edib.

Tarix: 14/05/13 Gəncə-Qazax iqtisadi zonasında 10 ədəd TV proqramının sosial paket şəklində qəbulu təmin olunub

Gəncə Radio Televiziya Yayım Filialının stansiyalarında televiziya proqramlarının yayım keyfiyyətinin yüksəldilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi tərəfindən tədbirlər davam etdirilir.

Tarix: 14/05/13 Nazir: “Yaxın gələcəkdə peykimiz daha çox gəlir gətirəcək”

Azərbaycanın ilk peyki, "Azerspace-1" telekommunikasiya peyki may ayından tam kommersiya fəaliyyətindədir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə açıqlamanı Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov verib.

Tarix: 13/05/13 “Ağ şəhər”də “ağıllı” rabitə sistemi qurulacaq

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı”nın təsdiq olunması ilə bağlı fərmanı çərçivəsində yaradılan “Bakı Ağ şəhər” layihəsi hazırda paytaxtımızda görülən quruculuq işlərinin mühüm tərkib hissəsi kimi həyata keçirilir.

Tarix: 13/05/13 Quba rayonunun Dağlı kəndində yeni teleradio yayım stansiyası istifadəyə verilib

Quba rayonunun Dağlı kəndində yeni teleradio yayım stansiyasının açılış mərasimi keçirilib.








19 Mart 2024

18 03 2024