bölmədə 2697 material var

Tarix: 13/02/14 Bakıda “Azərbaycan - Yaponiya İKT seminarı” keçirilib

Yaponiyanın telekommunikasiya və peyk sahəsində aparıcı “Nippon Electric Company”  (NEC) korporasiyasının nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

Tarix: 12/02/14 Bir qrup rabitəçi mükafatlandırıldı

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Azerspace-1” peykinin layihələndirilməsi, hazırlanması, orbitə çıxarılması və idarə edilməsində fərqlənən işçilərə fəxri adların verilməsi və mükafatlandırılması haqqında əmr imzalayıb.

Tarix: 12/02/14 Şahbuz Rayon Rabitə İdarəsinin yeni binası istifadəyə verilib

Fevralın 11-də Şahbuz Rayon Rabitə İdarəsinin yeni binası və Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyası istifadəyə verilib.

Tarix: 10/02/14 RİTN-də 2013-cü ilin yekunlarına dair kollegiya iclası keçirilib

 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin yekunlarına dair kollegiya iclası keçirilib.

Tarix: 08/02/14 Azərbaycan 30 ay müddətinə II peykini orbitə çıxaracaq

“Ötən il “Azerspace-1” üç ay gec fəaliyyətə başladı. Bu da orbitə çıxarılma prosesinin yubanması ilə əlaqədar olub. Qalan altı ay ərzində təxminən 10 mln. ABŞ dolları gəlir əldə edib. Bunun da 95%-i ixrac edilən resursların payına düşür”.

Tarix: 08/02/14 Nazir Əli Abbasov: “İKT ili bir neçə tarixi hadisə ilə yadda qaldı”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən  elan edilən “İnformasiya-kommunikasiya texnologiyaları ili”ni son 10 ilin ən uğurlu ili hesab etmək olar”.

Tarix: 08/02/14 “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunları və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş konfrans keçirilib

Bu gün  Bakıda 2013-cü il - “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunları və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş böyük konfrans keçirilib.
 

Tarix: 08/02/14 “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunlarına dair tədbir keçirilir

Hazırda “Hilton” mehmanxanasında “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunlarına və  ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş  tədbir keçirilir.

Tarix: 08/02/14 İlk milli telekommunikasiya peykimizin orbitə çıxarılmasından bir il ötür

 Bu gün - fevralın  8-i ölkəmizin ilk milli telekommunikasiya peykinin  orbitə çıxarılması günüdür.

Tarix: 07/02/14 Dövlət informasiya ehtiyatları və fərdi məlumatlarla bağlı yeni statistika açıqlanıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrlərinə daxil edilmiş məlumatlarla bağlı növbəti statistikanı açıqlayıb.

Tarix: 06/02/14 RİTN-də genişzolaqlı internetin inkişafı üçün nəzərdə tutulmuş effektiv texnologiyaların təqdimatı keçirilib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Rusiyanın “AMT-Group” şirkətinin rəhbərliyi ilə görüş keçirilib.

Tarix: 05/02/14 “Elektron hökumət” portalında dövlət orqanları üçün elektron xidmət istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ikinci elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.

Tarix: 05/02/14 Azərbaycanda rəqəmli yayımla bağlı milli standart qeydiyyata alınıb

Standartlaşdırma üzrə informasiya-kommunikasiya texnologiyaları Texniki Komitəsi (TK 05) rəqəmli yayıma dair milli standart hazırlayıb.

Tarix: 04/02/14 Kiberhücumlarla bağlı “qaynar xətt” yaradılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi kiberhücumlarla bağlı təhdidlərlə üzləşən vətəndaşlar üçün “qaynar xətt” yaradıb.

Tarix: 03/02/14 “Yüksək Texnologiyalar Parkı" – “YT Park” MMC-nin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

Cari ilin 27-30 yanvar tarixlərində Hindistanın Sənaye Konfederasiyası, Karnataka ştatının Hökuməti və Sənaye Siyasəti və Təbliğatı Departamentinin dəstəyi ilə Banqalor şəhərində “Əməkdaşlıq Sammiti 2014” (“Partnership Summit 2014”) adlı beynəlxalq tədbir keçirilib.








19 Mart 2024

18 03 2024