Tarix: 05/11/13 “Android” sistemli qurğuların yarıdan çoxu “Jelly Bean” versiyası ilə işləyir
“Google” şirkəti “Android” əməliyyat sisteminin müxtəlif modifikasiyalarının populyarlığı ilə bağlı statistikanı açıqlamaqda davam edir. Yeni məlumatlara əsasən, “Jelly Bean” versiyası “Google Play” kataloquna çıxışı olan bütün aktiv “Android” sistemli qurğuların yarıdan çoxunda quraşdırılıb.
Tarix: 05/11/13 “Windows XP” virus təhlükəsinə görə texniki dəstəyi itirəcək
“Windows XP” virus təhlükəsinə görə texniki dəstəyi itirəcək. Bu barədə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Tarix: 04/11/13 Cənubi Amerikada “Firefox OS” sistemli smartfonların satışına başlanıb
“Telefonica” şirkəti Meksika, Peru və Uruqvay bazarında “Firefox OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların satış həcminin artmasını açıqlayıb. Belə ki, Meksikanın pərakəndə satış bazarına “ZTE Open” və “Alcatel One Touch Fire”, Peruda “ZTE Open”, Uruqvayda “One Touch Fire” smartfonları satışa çıxarılıb. Bundan başqa, şirkət bu yaxınlarda Braziliyada da “Firefox OS” sistemli "LG Fireweb” modelini satışa çıxarıb.
Tarix: 04/11/13 İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun proqram təminatı hazırlanır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun daxili informasiya sisteminin yaradılması istiqamətində işlər aparılır.
Tarix: 04/11/13 “Windows 8.x” əməliyyat sisteminin bazar payı 10%-ə çatıb
“Net Marketshare” sirkətinin 2013-cü ilin oktyabr ayına olan məlumata görə, “Windows 8” və “Windows 8.1” əməliyyat sistemlərinin (ƏS) ümumi payı 9,25% (müvafiq olaraq 7,53% və 1,72%) olub.
Tarix: 01/11/13 “Google” şirkəti “Android 4.4” platformasını çıxarıb
“Google” şirkəti dünən “Android 4.4” mobil əməliyyat sistemini təqdim edib. Yeni platforma “Nestle” şirkəti tərəfindən istehsal edilən şokolad batonunun şərəfinə “KitKat” adlandırılıb.
Tarix: 31/10/13 2013-cü ilin üçüncü rübündə dünyada “Android” sistemli smartfonların payı 81 faizə çatıb
2013-cü ilin üçüncü rübündə dünyada “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların bazar payı 81 faizə çatıb. Bu barədə “ABI Research” analitik şirkətinin tədqiqatında deyilir.
Şirkətin məlumatına əsasən, 2013-cü ilin üçüncü rübündə dünyada 438 milyon mobil telefon və 244 milyon smartfon tədarük edilib.
Tarix: 30/10/13 Virtual oğrular “Adobe” şirkətini nüfuzdan salıb
Hakerlər “Adobe Systems” şirkətinin 38 milyon istifadəçisinin məlumatlarını oğurlayıb. Oğurlanan məlumatlar əsasən “Adobe Acrobat”, “ColdFusion”, “ColdFusion Builder” məhsulları istifadəçilərinə aiddir.
Tarix: 29/10/13 Azərbaycan dilində yeni klaviatura düzülüşü “Windows 8.1”-ə inteqrasiya edilib
Azərbaycan dilində olan yeni klaviatura düzülüşü “Windows” Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib.
Tarix: 29/10/13 İlk “Windows” əməliyyat sisteminin brauzer emulyatoru təqdim edilib
ABŞ proqramçısı Ceff Par “Windows 1.01” əməliyyat sisteminin (ƏS) brauzer emulyatorunu təqdim edib.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, emulyator “JavaScript” dilində yazılıb. Proqramı “maus” və klaviaturanın köməyi ilə idarə etmək olar.
Tarix: 26/10/13 “Android” əməliyyat sistemi ilə idarə edilən multimedia kompleksləri quraşdırılacaq
Bu ilin sonuna kimi “Hyundai Genesis” və “Kia Soul” modellərində şirkətlərin öz proqramları əvəzinə “Android” əməliyyat sistemi ilə idarə edilən multimedia kompleksləri quraşdırılacaq.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, gələn il konsernin bütün modelləri “Google”dan mobil platforma əsasında infoteymentlər əldə edəcəklər.
Tarix: 26/10/13 “iOS” 2013-cü ildə ən sürətlə inkişaf edən mobil ƏS-i adlandırılıb
“GlobalWebIndex”-in məlumatına görə, “iOS” bu il ən sürətlə inkişaf edən mobil əməliyyat sistemi (ƏS) olub.
Tarix: 26/10/13 Proqramlaşdırma ilə bağı müsabiqənin növbəti mərhələsi keçiriləcək
Bakıda “Universitet Tələbələrinin 38-ci ACM Proqramlaşdırma” adlı beynəlxalq müsabiqəsinin növbəti 1/4 final mərhələsi (Azərbaycan Birinciliyi) keçiriləcək. 03.11.2013-cü il tarixində saat 10:00-da Qafqaz Universitetində keçirilməsi planlaşdırılan müsabiqədə müvəffəqiyyət qazanan komandalar növbəti mərhələyə keçəcəklər.
Tarix: 26/10/13 “Mavericks” əməliyyat sistemi 24 saat ərzində hər 18-ci “Mac” kompüterinə quraşdırılıb
Oktyabrın 16-da çıxarılmış “Mac OS X Mavericks” əməliyyat sistemi (ƏS) “Mac” istifadəçiləri arasında xeyli populyardır. İlk sutkada təxminən hər 18-ci “Mac” kompüteri yeni əməliyyat sisteminə keçib. Xatırladaq ki, “Mavericks” ƏS-i istifadəçilərə ödənişsiz əlçatandır. Onu “Apple” kompüterlərinin bütün istifadəçiləri yükləyə və quraşdıra bilərlər.
Tarix: 24/10/13 “Google Chrome” brauzerində valideyn nəzarəti funksiyası yaradılıb
“Chrome” brauzerində valideyn nəzarəti funksiyasına malik hesablar yaratmaq imkanı mümkün olub. Bu haqda brauzerin rəsmi bloqunda məlumat dərc edilib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87