bölmədə 2697 material var

Tarix: 20/04/13 Telefon qovşaqlarında elektron növbəlilik sistemi tətbiq edilir

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Xətai Telefon Qovşağının abunə şöbəsində elektron növbəlilik sistemi tətbiq edib. Növbəni idarəetmə sistemi (NİS) Telefon Qovşağının abunə şöbəsində daxil olan vətəndaşların təyin olunan xidmət personalına birbaşa istiqamətləndirməklə xidmət səviyyəsinin bir qədər də yüksəldilməsinə şərait yaradıb.

Tarix: 19/04/13 Nazir Gəncədə vətəndaşlarla görüşür

Bu dəqiqələrdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Gəncə iqtisadi rayonu üzrə əhaliyə göstərilən telekommunikasiya,

Tarix: 19/04/13 Regionlarda telefon abunəçilərinin sayı artıb

Regionlarda telefon abunəçilərinin sayı 673 mini keçib. Bu barədə “Aztelekom” İB-dən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, birliyin xidmət ərazisində hər 100 nəfərə düşən telefonların sayı 12,2-yə, 100 ailəyə düşən telefonların sayı 58,3-ə (+0,2) çatıb.

Tarix: 18/04/13 DRİ UYT diapazonunda tezliklərin koordinasiyası mövzusunda Cenevrədə keçiriləcək iclasda təmsil olunacaq

18-19 aprel tarixlərində İsveçrənin Cenevrə şəhərində Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Özbəkistan və Ermənistan arasında Ultra Yüksək Tezlik (UYT) diapazonunda tezliklərin koordinasiyası mövzusunda iclas keçiriləcək.

Tarix: 18/04/13 “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi” üzrə Tədbirlər Planı hazırlanıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikası Prezidentinin ötən ilin dekabrın 29-da imzaladığı Fərmanla təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının kommunikasiya texnologiyalarının inkişafı və

Tarix: 18/04/13 “Azərbaycanda “elektron hökumət” üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə Koreya ilə qrant razılaşması imzalanıb

“Azərbaycanda “elektron hökumət” üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə “Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Qrant razılaşması” imzalanıb.

Tarix: 17/04/13 Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir

Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədəd təşkil edir.

Tarix: 17/04/13 Bakıda 1000-ə yaxın abunəçi İPTV xidmətindən yararlanır

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin İPTV xidmətindən 1000-ə yaxın abunəçi yararlanır. Birlikdən verilən məlumata görə, abunəçilərin telefon xətlərindən istifadə edərək televiziya kanallarına baxmasında heç bir problem yoxdur.

Tarix: 17/04/13 RİTN-də 2013-cü ilin birinci rübünün yekunlarına dair kollegiya iclası keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin birinci rübünün yekunlarına dair kollegiya iclası keçirilib.

Tarix: 17/04/13 Mayda mobil cihazların qeydiyyat sistemi işə düşəcək

Gələn ayın əvvəllərindən Azərbaycanda mobil cihazların qeydiyyat sistemi işə düşəcək. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə açıqlama verib.

Tarix: 17/04/13 Mobil nömrələrin daşınması üçün son hazırlıq işləri gedir

Azərbaycanda mobil operatorlar arasında nömrələrin daşınması üçün son hazırlıq işləri gedir.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə verdiyi açıqlamasında söyləyib.

Tarix: 16/04/13 “2013-2015-ci illərdə “Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın layihəsi artıq hazırdı

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın zamanda “Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın layihəsini müvafiq orqanlara təqdim etməyə hazırlaşır.

Tarix: 16/04/13 İnformatika üzrə Ümumrespublika Olimpiadasının finalçıları bəlli olub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə

Tarix: 16/04/13 RİTN müsabiqəyə 3 vakant vəzifə təqdim edib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edib.

Tarix: 16/04/13 Azərbaycanın Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsi üçün nəzərdə tutulmuş avadanlıqlar sınaqdan keçirilib

Azərbaycanın Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsi üçün nəzərdə tutulmuş avadanlıqların yerli mütəxəssislərin iştirakı ilə ABŞ-da istehsalçı şirkət “TCI International”ın zavodunda sınağı keçirilib.








21 Noyabr 2024

20 11 2024