bölmədə 2697 material var

Tarix: 31/08/15 “Azerspace-1” vasitəsilə daha çox türk, rus, gürcü kanalları yayımlanır

Hazırda Azərbaycanın ilk peyki – “Azerspace-1” vasitəsilə 121 kanal yayımlanır.

Tarix: 31/08/15 Regionlarda rabitə qəza dəstələri hazırlıq vəziyyətinə gətirildi

Payız fəslinin gəlməsi ilə əlaqədar təbiət hadisələrinin  intensiv xarakter alması, hər an baş verə biləcək təbii fəlakətin yaradacağı fəsadları nəzərə alaraq  “Aztelekom” MMC-nin regional qəza bərpa dəstələri hazırlıq vəziyyətinə gətirilib.

Tarix: 28/08/15 Nazir müavini: “Azərbaycanda İKT sahəsində də xarici şirkətlərə investisiya yatırmaq üçün geniş imkanlar yaradılıb”

“Azərbaycanda digər sahələrdə olduğu kimi, İKT sahəsində də xarici şirkətlərə investisiya yatırmaq üçün geniş imkanlar yaradılıb. Ölkədə əlverişli biznes mühiti mövcuddur”.
 

Tarix: 27/08/15 Azərbaycanda innovasiyaların tətbiqinə ABŞ sərmayələrinin cəlb edilməsi gözlənilir

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) köməyi ilə noyabrın 18-20-də Bakıda Amerika-Azərbaycan Ticarət Palatasının ticarət missiyası baş tutacaq.

Tarix: 27/08/15 PA rəsmisi: “Veb-kameralar və internet seçkilərin şəffaf keçirilməsinə xidmət edir”

“Seçki məntəqələrinin veb-kameralarla təmin edilməsi və internetləşdirilməsi, üstəlik, aparılan çəkilişlərin internet üzərindən  yayımlanması seçki prosesinin tam şəkildə ədalətli, şəffaf keçiriləcəyini bir daha sübut edir”.

Tarix: 26/08/15 Nazirliyin Mərkəzi arxivi yaradıldı

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi arxivi  Nazirliyin kargüzarlıq sahəsində başa çatdırılmış sənədlərinin (elektron sənədlərinin) dövlət nəzarətinə verilməsi, qeydiyyatı, saxlanılması, mühafizəsi və istifadə edilməsi məqsədilə yaradılır.

Tarix: 26/08/15 RYTN-in Mərkəzi Ekspert Komissiyası yaradılıb

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Ekspert Komissiyası sənədlərin dövlət, hüquqi, elmi və tarixi cəhətdən dəyərliliyinin ekspertizası, onların dövlət arxivinə təhvil verilməsi üçün seçilməsi, hazırlanması və bu sahədə metodiki və əməli işlərin təşkili və həyata keçirilməsi məqsədi ilə yaradılır.

Tarix: 25/08/15 “Elektron hökumət” portalının mobil tətbiqi yaxın zamanlarda təqdim olunacaq

“Elektron hökumət” portalının daha yeni dizaynı və mobil tətbiqi - “e-Gov mobile” üzrə işlər davam etdirilir.

Tarix: 24/08/15 TASİM layihəsi beynəlxalq tədbirdə müzakirə olunacaq

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP) və Koreya Respublikasının Elm, İKT və Gələcək Planlaşdırma Nazirliyi ilə birgə Asiya-Pasifik  İnformasiya Magistralı üzrə İşçi Qrupunun 1-ci toplantısı keçiriləcək.

Tarix: 24/08/15 DRİ Xəzər dənizində radioelektron avadanlıqlara baxış keçirib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) bölgələrlə yanaşı, Xəzər dənizində də  radiomonitorinq işləri aparıb. 
 

Tarix: 22/08/15 Nazir “Microsoft” şirkətinin vitse-prezidenti, dövlət sektoru ilə iş üzrə rəhbəri xanım Trudi Norris-Qreylə görüşüb

Görüşdə Azərbaycanda “Microsoft” şirkətinin mövcud əlaqələri və perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib. 

Tarix: 14/08/15 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqəyə 4 vakansiya təqdim edib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan edilib.

Tarix: 13/08/15 Mobil nömrələrin satışı, daşınması və addan-ada keçirilməsi “Elektron hökumət” portalı üzərindən aparılacaq

Mobil nömrələrlə bağlı bir sıra proseslərin “Elektron hökumət” portalı üzərindən aparılması nəzərdə tutulur.

Tarix: 13/08/15 “Azerspace-1” peykinə ötürülən TV və radio kanallara nəzarət gücləndirilib

Bakı Teleqüllə Kompleksində yerləşən “Peyk” mərkəzindən “Azerspace-1” peykinə ötürülən TV və radio kanallara nəzarət daha da təkmilləşdirilib və  gücləndirilib.
 

Tarix: 13/08/15 RYTN Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş bütün e-xidmətlərini saytında və “Elektron hökumət” portalında yerləşdirib

“Elektron hökumət” bülleteninin  avqust buraxılışında “Elektron hökumət” portalındakı (e-gov.az) e-xidmətlərin Azərbaycan Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı ilə növbəti müqayisəli təhlili aparılıb.








24 Noyabr 2024

23 11 2024