bölmədə 2697 material var

Tarix: 14/04/15 “Bakı 2015” I Avropa Oyunları zamanı radiotezliklərə “ATLAS 40G-S” mobil radiomonitorinq stansiyaları vasitəsilə nəzarət ediləcək

“Bakı 2015” I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) üzərinə düşən vəzifələrdən biri də radiotezliklərin müdafiəsinin təşkilidir.
 

Tarix: 14/04/15 Ötən ay “Elektron hökumət” portalı üzərindən onlayn uçota alınan sığortaolunanların sayı 14 mini ötüb

Mart ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Sığortaolunanın onlayn uçota alınması” xidmətinə “Elektron hökumət” portalı vasitəsilə 14031 müraciət qeydə alınıb.

Tarix: 13/04/15 Data Mərkəzin istifadəyə verilməsi dünyanın böyük İT şirkətlərini Azərbaycana gətirəcək

“Google”, “Facebook”, “Yahoo” kimi dünyaca məşhur şirkətlər dəfələrlə müraciət edərək Azərbaycanda öz bizneslərini inkişaf etdirmək istədiklərini bildiriblər”.
 

Tarix: 13/04/15 Ötən ay vətəndaşlara fərdi məlumatları üzrə 6 mindən artıq elektron arayış verilib

Mart ayında ölkə vətəndaşları “Elektron hökumət” portalındakı “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” e-xidmətindən 6123  dəfə istifadə edib.

Tarix: 11/04/15 Ötən ay “Elektron hökumət” portalında mobil cihazların qeydiyyatına dair 42 314 müraciət qeydə alınıb

Mart ayında “Elektron hökumət” portalına edilən müraciətlərin 42 314-ü mobil cihazları qeydiyyatdan keçirməklə bağlı olub.
 

Tarix: 11/04/15 Nazir: “İnvestisiyalarımız həm idxalatı azaltmağa, həm də öz məhsullarımızı dünya bazarına çıxarmağa yönəlib” - MÜSAHİBƏ

“Biz yaxın gələcəkdə sadəcə Azərbaycan üçün rentabelli olan layihələri həyata keçirməyi düşünürük”

Tarix: 11/04/15 Martda telefon nömrəsi üzrə axtarış sistemindən istifadə sayı 71 mini keçib

“Elektron hökumət” portalı üzərindən göstərilən elektron xidmətlərdən istifadə üzrə aylıq statistikaya görə, ənənəvi olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) bir neçə e-xidməti ən çox istifadə olunan xidmətlər sırasında yer alır.
 

Tarix: 10/04/15 TANAP Avrasiya Böyük İnformasiya layihəsinə yol açır

Azərbaycanın milli inkişaf strategiyası Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə İstanbulda keçirilən XVIII Avrasiya İqtisadi Zirvəsində yüksək dəyərləndirilib. Qeyd olunub ki, bu siyasət yaxın gələcəkdə daha böyük nəticələr verəcək.

Tarix: 10/04/15 “Elektron hökumət”lə bağlı növbəti brifinq keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ( RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən “Elektron hökumət” quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədi ilə dərc olunan növbəti bülleten ilə bağlı bu gün brifinq keçirilib.

Tarix: 09/04/15 RYTN-də Avropa Şurasının nümayəndə heyəti ilə kibertəhlükəsizlik məsələləri müzakirə olunub

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bu gün Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun  siyasi məsələlər üzrə direktoru Aleksandr Quesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Tarix: 08/04/15 Azərbaycanda mobil tətbiqlərin qadağan olunması məsələsi müzakirə olunmur

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil şəbəkə üzərindən fəaliyyət göstərən “WhatsApp” kimi əlavə proqramların istifadəsinə qadağa qoymaq niyyətində deyil.

Tarix: 08/04/15 Mobil rabitə operatorları arasında arabağlantı tarifləri ilə bağlı qərar bu ay qəbul ediləcək

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu ay ərzində yerli mobil rabitə operatorları arasında arabağlantı tarifləri ilə bağlı qərar qəbul edəcək.

Tarix: 07/04/15 “Azerspace-1” peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişilib

Qafqazın ilk peyk operatoru olan “Azərkosmos” ASC tərəfindən idarə olunan “Azerspace-1” peyki üzərindən yayımlanan “TRT Avaz”, “2x2”, “Semerkand”, “Cine5”, “TRT1”, “Samanyolu”, “TMB”, “Fox” kanallarının  yayımı yaxın günlərdə dayandırılacaq.
 

Tarix: 06/04/15 “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”na start verilib

Heydər Əliyev Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,  Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı, Qafqaz Universitetinin (QU) təşkilati dəstəyi ilə QU-da 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın açılış mərasimi keçirilib.

Tarix: 02/04/15 Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi üzrə 3 stasionar stansiyada avadanlıqların qurulması başa çatdırılıb

Respublikada Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin qurulması layihəsi çərçivəsində Bakı şəhəri və Abşeron yarımadası üzrə nəzərdə tutulan bir İdarəetmə Mərkəzi (Mehdiabad), üç stasionar stansiyanın (Mehdiabad, Günəşli və Sahil qəsəbələrində) və bir mobil radiomonitorinq və pelenqasiya stansiya avadanlıqlarının “Sinam” MMC tərəfindən alınıb qurulması demək olar ki, başa çatdırılıb.
 








21 Noyabr 2024

20 11 2024