bölmədə 2697 material var

Tarix: 31/01/15 Azərbaycanda elektron xidmət istifadəçilərinin sayı 50 dəfə artıb

Hazırda “Elektron hökumət” portalına 45 dövlət qurumu üzrə 405 elektron xidmətin inteqrasiyası təmin edilib.

Tarix: 30/01/15 Nazir Şirvanda vətəndaşlarla görüşüb

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciət, şikayət və təkliflərinin araşdırılaraq həll olunması üçün konkret tədbirlər görürlər.

Tarix: 30/01/15 Yüksək Texnologiyalar Parkında “BizSpark” proqramının təqdimatı keçiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan  “Yüksək Texnologiyalar Parkı  “Bakcell” şirkəti və “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyi ilə birgə 31 yanvar 2015-ci il tarixində “BizSpark” proqramının təqdimatını keçirəcək.

Tarix: 29/01/15 Azərbaycanda “Elektron hökumət”lə bağlı təlimlərə başlanılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) 2015-ci il üçün təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq “Elektron Hökumət” üzrə maarifləndirici təlimlərə start verir.

Tarix: 28/01/15 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “COIA-2015” beynəlxalq konfransı keçiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə 27-29 avqust 2015-ci il tarixində Bakı şəhərində COIA-2015 - “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda 5-ci Beynəlxalq konfrans (The 5th International Conference on Control and Optimization with Industrial Applications) keçiriləcək.

Tarix: 28/01/15 Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “TeliaSonera” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “TeliaSonera” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb.

Tarix: 27/01/15 İkinci qrant müsabiqəsinin qalibləri müəyyən edilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, iclasda fondun elan etdiyi 2-ci qrant müsabiqəsinə yekun vurulub.

Tarix: 26/01/15 “Dilmanc”ın “iOS” əməliyyat sistemi üçün yeni versiyası istifadəyə verilib

“Dilmanc” layihəsi çərçivəsində hazırlanmış mobil telefonlar üçün tərcümə proqramının “iOS” əməliyyat sistemində çalışan versiyası istifadəyə verilib.

Tarix: 23/01/15 İnformasiya-kommunikasiya texnologiyalarının inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi davam etdirilir

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi davam etdirilir.

Tarix: 23/01/15 Yüksək Texnologiyalar Parkında beynəlxalq təlim kursları keçiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında beynəlxalq təlim kursları keçiriləcək. Azərbaycanda ilk dəfə olaraq təşkil edilən bu təlimlər “Professional Diploma in Digital Marketing” adlanır.

Tarix: 23/01/15 “Rabitə və informasiya texnologiyaları sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə qərarda dəyişiklik olunub

Azərbaycan  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Rabitə və informasiya texnologiyaları sahəsinə aid olan qulluqçu vəzifələrinin  Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə 2012-ci il 19 iyun  tarixli 06 nömrəli kollegiya qərarında dəyişikliklər edib.

Tarix: 19/01/15 Şirvan şəhərində Qafqaz regionunda analoqu olmayan müştəri xidmətləri mərkəzi yaradılır (FOTOLAR)

Şirvan Regional Poçt Filialının Müştəri xidmətləri mərkəzi Avropa standartlarına uyğun olaraq tamamilə yenidən qurulur.

Tarix: 17/01/15 Azərbaycanda 14 dövlət qurumunun təsdiq edilmiş bütün e-xidmətləri “Elektron hökumət” portalında və öz saytlarında əlçatandır

“Elektron hökumət” bülleteninin yanvar buraxılışında “Elektron hökumət” portalında olan e-xidmətlərin Azərbaycan Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı ilə müqayisəli təhlili aparılıb.

Tarix: 17/01/15 Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilir (CANLI)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilir








21 Noyabr 2024

20 11 2024