bölmədə 2697 material var

Tarix: 06/05/13 “Azerspace-1” telekommunikasiya peykinin tutumlarının 40 faizinin satışına başlanılıb

Mayın 1-dən etibarən “Azərkosmos” ASC-nin kommersiya fəaliyyətinə, o cümlədən“Azerspace-1” telekommunikasiya peykinin tutumlarının 40 faizinin satışına başlanılıb.

Tarix: 06/05/13 Nazir müxtəlif səpkili sənəd və informasiyaların oğurlanmasına dair məlumatlara aydınlıq gətirib

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının müxtəlif qurumlarına, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid müxtəlif səpkili sənəd və informasiyaların oğurlanmasına dair məlumatlara aydınlıq gətirib.

Tarix: 03/05/13 Yeni Ramanada elektron ATS istifadəyə verilib

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə Sabunçu TQ-nin xidməti ərazisinə daxil olan Yeni Ramana qəsəbəsində NGN texnologiyası əsasında 1888 nömrə tutumuna malik yeni elektron ATS istifadəyə verilib.

Tarix: 03/05/13 Şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcun öyrənilməsi ilə bağlı e-xidmətin istifadə proseduru açıqlanıb

Məlumat Hesablama Mərkəzi (MHM) şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcun öyrənilməsi ilə bağlı elektron xidmətin istifadə prosedurunu açıqlayıb.

Tarix: 03/05/13 Məlumat Hesablama Mərkəzi “Elektron hökumət”lə bağlı maraqlı və araşdırma tələb edən statistikanı müəyyənləşdirib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət”lə bağlı maraqlı və araşdırma tələb edən statistikanı müəyyənləşdirib. Araşdırmalar təqdim olunan 2 qrafikdə əks olunub.

Tarix: 02/05/13 Mərkəzləşdirilmiş Kredit Reyestrində elektron imzanın tətbiqinə başlanılacaq

Bundan sonra Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) elektron imzadan istifadə ediləcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Mərkəzi Bankdan (MB) bildirilib ki, yenilik MB-nın İdarə Heyətinin 11 mart 2013-cü il tarixli 06/02 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalarda öz əksini tapıb.

Tarix: 02/05/13 Azərbaycanda indiyədək 40413 ədəd radioelektron vasitə qeydiyyata alınıb

Hazırda Dövlət Radiotezliklər İdarəsində (DRİ) qeydiyyatda olan radioelektron vasitələrin ümumi sayı 40413 ədəd təşkil edir.

Tarix: 02/05/13 “Azərkosmos” Azərbaycan Dövlət Pedaqoji Universitetində təqdimat keçirib

“Azərkosmos” ASC-nin Aşağıorbitli peyk sistemlərinin inkişafı şöbəsinin mütəxəssisləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin müəllim və tələbə heyəti qarşısında “Azərkosmos”un fəaliyyətini və peyk layihələrinə dair ətraflı məlumatları əks etdirən geniş təqdimatla çıxış ediblər.

Tarix: 01/05/13 Veb taksafonlar – paytaxt rabitəsinin yeni stili

Bakı şəhərində müasir tipli taksafonların quraşdırılması prosesi davam edir. “ICTnews” elektron xəbər xidmətinə Bakı Avtomat Telefon Qovşağından (BATQ) verilən məlumata görə, hazırda paytaxtda 337 taksafon quraşdırılıb.

Tarix: 01/05/13 Bakıda mis kabellər optik kabellərlə əvəz olunacaq

Paytaxtda “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər nəticəsində şəbəkənin tutumu artırılaraq 810 min nömrəyə çatdırılıb.

Tarix: 01/05/13 Dövlət Radiotezliklər İdarəsi 200-dən artıq qanunsuz radioelektron vasitə aşkarlayıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən 2013-ci ilin yanvar-aprel ayları ərzində 206 ədəd idarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb.

Tarix: 01/05/13 Bu gündən mobil cihazların qeydiyyat sistemi fəaliyyətə başlayır

Mobil cihazların qeydiyyat sistemi (MCQS) 1 may 2013-cü il tarixindən fəaliyyətə başladı.

Tarix: 01/05/13 Mobil autentifikasiya sertifikatlarının internet üzərindən onlayn sifarişi üçün hazırlanan proqram yaxın vaxtlarda istismara veriləcək

İstifadəçilərin mobil autentifikasiya sertifikatlarının internet üzərindən onlayn sifariş etmələri üçün proqram hazırlanır və bu yaxınlarda istismara veriləcək.

Tarix: 29/04/13 Nazir müavini informatika müəllimlərini öz təkliflərini RİTN-ə təqdim etməyə çağırdı

«Respublikanın ali məktəblərinin informatika fənni üzrə dərs deyən müəllimləri öz təkliflərini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edə bilərlər. RİTN təkcə «İKT ili» çərçivəsində deyil, digər vaxtlarda da təklifləri qəbul etməyə hazırdır».

Tarix: 29/04/13 Bakı şəhəri və Abşeron yarımadası ərazisində radiomonitorinq aparılıb

Bakı şəhəri və Abşeron yarımadası ərazisində növbəti radiomonitorinq işləri həyata keçirilib.








21 Noyabr 2024

20 11 2024