bölmədə 2697 material var

Tarix: 13/04/12 Paytaxt sakinlərinə göstərilən rabitə xidmətlərinin keyfiyyəti artırılır

Bakı sakinlərinə yüksək keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan tədbirlər planının icrası davam edir. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov bildirib ki, vətəndaşlara müasir multimedia xidmətlərinin göstərilməsi üçün şəbəkə ən müasir NGN texnologiyası əsasında qurulur.

Tarix: 11/04/12 Milli Radiomonitorinq Şəbəkəsi onlayn rejimində işləyəcək

Azərbaycanda ilk dəfə olaraq yaradılmaqda olan Respublika üzrə Milli Radiomonitorinq Şəbəkəsinin fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir. Bu barədə “İCTNews”a məlumat verən RİTN Dövlət Radiotezliklər İdarəsinin(DRİ) baş mühəndisi İlham Əfəndiyev bildirdi ki, Mehdiabad,

Tarix: 11/04/12 Qeydiyyatdan keçməyən 246 radioelektron vasitə aşkarlanıb

Cari ilin I rübündə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən müraciətlərə əsasən 133 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib. Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı

Tarix: 11/04/12 RRB: “Azərbaycan İKT sahəsində MDB-nin baza təşkilatlarının formalaşdırılması imkanlarına baxır”

Azərbaycanın rabitə administrasiyası informasiya-kommunikasiya texnologiyaları sahəsində MDB-nin baza təşkilatlarının formalaşdırılması imkanlarına baxır. Bu barədə Regional Rabitə Birliyinin (RRB) məlumatında deyilir. Məsələyə aprelin 3-də Qazaxıstanda

Tarix: 09/04/12 “Elektron hökumət” portalına elektron xidmətlərin inteqrasiyası üzrə işi davam etdirilir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Elektron hökumət” portalında təqdim edilən elektron xidmətlərin inteqrasiyası üzrə işi davam etdirir. Bu istiqamətdə işlər yaxın müddətdə başa çatdırılacaq və portal istismara tam hazır olacaqdır. Portalın istismara verilməsi ilin ikinci yarısına planlaşdırılır.

Tarix: 09/04/12 “Azərkosmos” ASC peykin buraxılması ilə bağlı hazırlıq işlərini sürətləndirir

Ölkəmizdə texnologiya tutumlu sahələrin yeni təşəkkül tapmasına və peyk sənayesinin yaradılması işinə son illərdə başlanılmasına baxmayaraq,

Tarix: 07/04/12 "Aztelekom" İstehsalat Birliyində növbəti iməcilik keçirilib

Bu gün "Aztelekom" İstehsalat Birliyinin inzibati binasının (baş idarə) ərazisində iməcilik keçirilib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə birlikdən məlumat verilib.

Tarix: 06/04/12 “Azərkosmos” ASC-də “OnAir” şirkəti ilə görüş keçirilib

“Azərkosmos” ASC-də “OnAir” şirkəti ilə geniş tərkibdə görüş keçirilib.Şirkət nümayəndələri “Azərkosmos” ASC-nin fəaliyyəti, bu ilin sonunda orbitə çıxarılacaq “Azərspace” telekommunikasiya peykinin, həmçinin gələcəkdə istifadəyə veriləcək digər telekommunikasiya peyklərinin göstərəcəyi rabitə xidmətlərinə uyğun

Tarix: 06/04/12 Bakıətrafı ərazilərdə modern rabitə şəbəkəsi qurulur

Bu ilin I rübü ərzində istifadəçilərin daha keyfiyyətli rabitə şəbəkəsi ilə təmin olunması istiqamətində Xəzər Telefon Qovşağının xidmət ərazisində bir sıra tədbirlər həyata keçirilib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə qovşağın rəisi Cavid Həsənov məlumat verib. Onun sözlərinə görə, görülən işlərin tərkib hissəsi olaraq

Tarix: 05/04/12 “AZ-EVRO TEL” MMC telefon çəkilişi ilə əlaqədar güzəşt etdi

“AZ-EVRO TEL” MMC tərəfindən cari ilin 2 aprel tarixindən may ayının 15-dək güzəştli telefon çəkilişi kampaniyası keçirilir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə MMC-dən məlumat verilib. Kampaniyanın şərtlərinə görə, əhali kateqoriyasından olan abunəçilər bir və ya daha

Tarix: 05/04/12 "Xalq kompyuteri"ni daha çox kimlər alır?

Birinci rübün yekunları üzrə "Xalq kompyuteri" layihəsi çərçivəsində 1733 fərdi kompyuter satılıb. "Best Comp Group" şirkətindən verilən məlumata görə, ayihə çərçivəsində satılan fərdi kompyuterlərin sayı 17 707 ədədə çatıb. Yanvar-mart aylarının nəticələri üzrə kompyuterlərin satış artımı 9,7 faiz təşkil edib.

Tarix: 04/04/12 “Elektron hökumət” layihələrində Coğrafi informasiya sistemlərinin tətbiqi” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü və “İntegris” şirkətinin təşkilati dəstəyi ilə “Elektron hökumət” layihələrində Coğrafi informasiya sistemlərinin (GİS) tətbiqi” mövzusunda seminar təşkil olunacaq.

Tarix: 03/04/12 BTRİB internet xidmətlərin tariflərini endirib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ayrılmış xətt vasitəsilə göstərilən internet xidmətlərinin tariflərini endirib.

Tarix: 03/04/12 Ukrayna Azərbaycana kosmik proqramın həyata keçirilməsində kömək etməyə hazırdır

Ukrayna Azərbaycana kosmik proqramının həyata keçirilməsində, xüsusilə telekommunikasiya peyklərinin orbitə buraxılmasında kömək etməyə hazırdır.








21 Noyabr 2024

20 11 2024