bölmədə 2697 material var

Tarix: 12/02/15 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 elektron xidmətindən daha çox istifadə olunub

Yanvar ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlər arasında ən çox 4 e-xidmətdən istifadə edilib.

Tarix: 11/02/15 “Kulturaplus” İnternet Televiziyasının açılışı olub

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,  Azərbaycan Respublikası  Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin təsisçiliyi ilə    “Mədəniyyət  Plus”  İctimai Birliyinin nəzdində yaradılan “Kulturaplus”  İnternet Televiziyasının rəsmi açılışı olub.

Tarix: 11/02/15 DİN-in təyin etdiyi rüsum və cərimələr onlayn ödəniləcək

Daxili İşlər Nazirliyinin “Rüsum və cərimələrin ödənişi” elektron xidmətinin “Elektron hökumət” portalı üzərindən göstərilməsinə başlanılıb.

Tarix: 11/02/15 Bu il Azərbaycanda peyk xidmətləri üzrə hansı işlər görüləcək?

Bu il Azərbaycan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəlikləri və Azərbaycan Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsinin keyfiyyətini yüksəltmək üçün “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqlar peyk rabitəsi ilə təchiz ediləcək.

Tarix: 11/02/15 Bu il üçün rabitə və yüksək texnologiyalar üzrə göstəricilərin yaxşılaşdırılmasına dair Tədbirlər Planı təsdiqlənib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2015-ci ildə rabitə və yüksək texnologiyalar göstəricilərinin yaxşılaşdırılması üzrə Tədbirlər Planını təsdiqləyib.

Tarix: 11/02/15 RYTN I Avropa Oyunlarını telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təmin etmək üçün tədbirlər görür

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 2015-ci ildə rabitə və yüksək texnologiyalar göstəricilərinin yaxşılaşdırılması üzrə Tədbirlər Planında  “Bakı 2015” Avropa Oyunları ilə əlaqədar bir sıra işlərin görülməsi planlaşdırılır.

Tarix: 10/02/15 Azərbaycanda 548 ədəd radioelektron vasitə qeydiyyata alınıb

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində fevralın əvvəlinə olan məlumata əsasən, 443 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyata alınıb.

Tarix: 10/02/15 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində “Elektron hökumət” bülleteni üzrə ilk brifinq keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində “Elektron hökumət” bülleteni üzrə ilk brifinq keçirilib.

Tarix: 10/02/15 Azərbaycanda 30 minə yaxın elektron imza əldə olunub

Ölkədə bu ilin yanvar ayının 31-ə qədər verilən elektron imzaların sayı 29351 ədəd təşkil edib.
 

Tarix: 09/02/15 Məlumat Hesablama Mərkəzi kommunal xidmət təchizatçılarının abunəçilərinin fərdi məlumatlarının eyniləşdirilməsi istiqamətində işlər aparır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi dövlət qurumlarına və özəl müəssisələrə onlara məxsus olan informasiya sistemlərinin Fərdi İdentifikasiya Nömrələrinə (FİN) uyğunlaşdırılması və bu prosesin sürətləndirilməsi istiqamətində tədbirlər görür.

Tarix: 09/02/15 İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu vaxtında müqavilələrini təqdim etməyən layihə müəllifləri ilə müqavilə imzalamayacaq

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 2-ci qrant müsabiqəsinin qalibləri ilə müqavilə imzalamağa hazırlaşır.

Tarix: 09/02/15 Regionlarda yeni baza stansiyaları quraşdırılıb

“Aztelekom” İB Sumqayıt şəhərində, Abşeron  rayonunun  Hökməli  qəsəbəsində, Füzuli  rayonunun Böyük Bəhmənli  yaşayış məntəqəsində və eləcə də Qazax  rayonunda  CDMA  simsiz  telefon  şəbəkəsinin  yeni  baza  stansiyaları quraşdırılmaqla  bu ərazilər  də  şəbəkənin əhatə  dairəsinə daxil  edilib.

Tarix: 07/02/15 “Azerspace-1” telekommunikasiya peyki nin orbitə çıxarılmasından 2 il ötür

Fevralın   8-i Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1” orbitə buraxılmasının 2 illiyini qeyd edəcək.

Tarix: 06/02/15 Elektron Hökumət Təlim-Tədris Mərkəzinin açılışı olub

Bu gün Elektron Hökumət Təlim-Tədris Mərkəzinin açılışı keçirilib.  
 

Tarix: 06/02/15 Teleradio yayımı sahəsində lisenziyanın qayda və şərtlərinin pozulması ilə bağlı cəzalar sərtləşdirilir

Azərbaycanda teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, o cümlədən teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması ilə bağlı cəzalar sərtləşdirilir.








24 Noyabr 2024

23 11 2024