Tarix: 30/10/13 Böyük Britaniyada “TASİM” layihəsinin təqdimatı keçirilib
Cari ilin 23 oktyabr tarixində Böyük Britaniyanın London şəhərində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT), Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın Avropaya inteqrasiyası modeli” mövzusunda Kral Coğrafiya Cəmiyyətinin (Royal Geographic Society) binasında Forum keçirilib.
Tarix: 30/10/13 Bu ilin sonunda “TASİM” layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması gözlənilir
Bu ilin dekabr ayında "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsi çərçivəsində operatorların Anlaşma Memorandumunun imzalanması gözlənilir.
Tarix: 29/10/13 RİTN vətəndaşların rahatlığını təmin etmək məqsədilə yeni xidmət yaratdı
Mobil cihazların “IMEI” kodları vasitəsilə onlar barəsində məlumatların əldə edilməsi prosesində yeni xidmət yaradılıb. Qeyd edək ki, bu vaxta qədər mobil cihazların “IMEI” kodları barəsində informasiyanı yalnız internet vasitəsilə əldə etmək mümkün idi.
Tarix: 29/10/13 Şifahi nitqi mətnə çevirən sistemin yeni versiyası hazırlanıb
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında 9 aprel 2013-cü il tarixli sərəncamına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni internet texnologiyalarının yaradılması istiqamətində işləri dəstəkləməkdə davam edir.
Tarix: 26/10/13 Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin “Sağlamlıq – 2013” Respublika Spartakiadasına start verildi
“ABU ARENA” idman kompleksində Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ilə əlaqədar keçirilən “Sağlamlıq – 2013” Respublika Spartakiadasının təntənəli açılış mərasimi olub.
Tarix: 25/10/13 “Aztelekom” İB kompleks tədbirlərə başlayıb
“Aztelekom”İB vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün kompleks tədbirlərə başlayıb. Birliyin baş direktoru Məhəmməd Məmmədov “ICTnews.az”-a açıqlamasında bildirib ki, burada söhbət müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə yanaşı, inzibati binaların estetik vəziyyətə gətirilməsi, abunə şöbələrinin müasirləşdirilməsinə qədər işlərdən gedir.
Tarix: 25/10/13 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi vətəndaşlara elektron müraciətlərin icrasının yoxlanılmasına imkan yaradıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Elektron hökumət” (www.e-gov.az) portalı vasitəsilə vətəndaşlara elektron müraciətlərin icra vəziyyətinin yoxlanılmasına imkan yaradıb.
Tarix: 24/10/13 “Azərspace-1” peyki vasitəsilə yeni bir kanal yayıma başlayıb
Azərbaycanın ilk telekommunikasiya peykinə daha bir televiziya kanalı qoşulub. Türkiyənin “FOG TV”-si də “Azərspace-1” peyki vasitəsilə yayımlanmağa başlayıb.
Tarix: 21/10/13 Telefon və digər rabitə xidmətlərinin tariflərinin aşağı salınması ilə bağlı təkliflər verilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) telefon və digər rabitə xidmətlərinin tariflərinə yenidən baxılması üçün tarif paketi hazırlanıb.
Tarix: 22/10/13 “İdarəetmə Sistemi vasitəsilə genişzolaqlı internet xidmətinin təşkili və daşınması Qaydaları” ictimai müzakirəyə çıxarılır
Azərbaycanda internet istifadəçilərinin sayı gündən-günə artır. Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya texnologiyaları 2013” hesabatına əsasən, ölkəmiz internet istifadəçilərinin say göstəricisinə görə MDB və orta Asiya ölkələri arasında liderliyini saxlayaraq, eyni zamanda 144 ölkə arasında internetin əlçatanlığı göstəricisinə görə 20-ci yerdə qərarlaşıb.
Tarix: 21/10/13 Əməliyyatçı və poçtalyonların ən peşəkarının müəyyənləşdirilməsi üçün müabiqə keçirilib
"Azərpoçt" MMC-də "Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 132 illiyi" ilə əlaqədar müəssisənin struktur tərkibinə daxil olan filiallarda fərqlənən əməliyyatçı və poçtalyonların ən peşəkarının müəyyənləşdirilməsi məqsədilə müsabiqə keçirilib.
Tarix: 21/10/13 Azərbaycanın ikinci peykinin hazırlanması ilə bağlı cari ilin sonuna qədər tender elan ediləcək
2016-cı ildə yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması istiqamətində istehsalçı şirkətlərlə danışıqlar aparılır.
Tarix: 19/10/13 Şəkinin telekommunikasiya şəbəkəsi müasirləşdirilir
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq regionlarda informasiya və kommunikasiya texnologiyalarının daha da inkişaf etdirilməsi üçün geniş tədbirlər həyata keçirilir. Digər regionlarda olduğu kimi, Şəkidə də bu sahədə böyük uğurlar əldə olunub.
Tarix: 17/10/13 Şəmkirdə yeni DVB-T verici istismara verilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi Şəmkir rayonunun Çənlibel və ətraf kəndlərində (Daşbulaq, Hacıalılar, Şeyidlər, Atabəy və Əhmədli) əhalinin keyfiyyətli yayımla təmin olunması məqsədilə yeni DVB-T verici istismara verib.
Tarix: 14/10/13 İlin sonunda “Azerspace-1”-in 10 milyon dollarlıq resursu ixrac ediləcək
Cari ilin sonunda “Azerspace-1” telekommunikasiya peykinin 10 milyon dollarlıq resurslarının ixrac ediləcəyi planlaşdırılır.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180