bölmədə 2697 material var

Tarix: 06/12/13 Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə elmi-praktik konfrans keçirilib

Bu gün 6 dekabr Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif  Əlizadənin iştirakı ilə Fəxri Xiyabana ziyarət təşkil edilib.

Tarix: 06/12/13 RİTN-də rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə videokonfrans keçirilib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ölkə prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə müəyyən edilmiş 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə videokonfrans keçirilib.

Tarix: 06/12/13 “Bakutel 2013” 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı öz işini müvəffəqiyyətlə yekunlaşdırdı

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə sərgi və konfranslar sektor üzrə  əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi, texniki və texnoloji yeniliklərlə tanış olmaq, qabaqcıl təcrübə mübadiləsi və faydalı əməkdaşlıq üçün  əlverişli  platforma rolunu oynayır.

Tarix: 06/12/13 Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər

Dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər.
 

Tarix: 04/12/13 “BakuTel-2013” çərçivəsində KİSA və Dünya Bankı ilə birgə kibertəhlükəsizliklə bağlı seminar keçirilib

19-cu “BakuTel” beynəlxalq sərgi və konfransının silsilə tədbirləri çərçivəsində cari ilin 4 dekabr tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Koreya İnternet Təhlükəsizliyi Agentliyi (KİSA) və Dünya Bankı ilə birlikdə “Kibertəhlükəsizlik üzrə əməkdaşlıq: qarşılıqlı təcrübə mübadiləsi” adlı seminar keçirilib.
 

Tarix: 04/12/13 Azərbaycan - İsrail İKT Forumu keçirilib

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan-İsrail İKT Forumu keçirilib. Forumda Rabitə və İnformasiya Nazirliyinin rəsmiləri, İsrailin Azərbaycandakı səfiri, hər iki ölkəni təmsil edən şirkətlər, iş adamları, Azərbaycan-İsrail ticarət və sənaye palatasının prezidenti iştirak edib.

Tarix: 04/12/13 Azərbaycan və Rusiya arasında rabitə sahəsində əməkdaşlığa dair müzakirə aparılıb

Rusiya və Azərbaycan rabitə sahəsində əməkdaşlığı müzakirə ediblər. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi məlumat yayıb.

Tarix: 04/12/13 Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclası keçirilir

“Hilton” mehmanxanasında Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclası keçirilir.

Tarix: 03/12/13 Bakıda növbəti “Azərbaycan - ABŞ İKT Forumu” keçirilib

Dekabrın 3-də Bakı Biznes Mərkəzində 19-cu “Bakutel” beynəlxalq sərgi və konfransının silsilə tədbirləri çərçivəsində “Azərbaycan - ABŞ İKT Forumu” keçirilib.

Tarix: 03/12/13 Türkiyə ilə İKT sahəsində əməkdaşlıq əlaqələri intensivləşdiriləcək

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində  Türkiyənin İstanbul şəhər Ticarət Palatasının komitə sədri  Murat Dursunun rəhbərliyi ilə “Bakutel-2013” sərgi və konfransı ilə əlaqədar ölkəmizdə səfərdə olan bu ölkənin informasiya texnologiyaları (İT) şirkətlərinin rəhbərliyi ilə görüş keçirilib.

Tarix: 03/12/13 “Bakutel-2013” çərçivəsində “TASİM” layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Bakıda “Bakutel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində “Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Tarix: 03/12/13 “Dilmanc” layihəsi “Bakutel 2013” sərgisində mobil telefonlar üçün yeni sistem nümayiş etdirir

Dekabr ayının 2-də işə başlamış “BakuTel-2013” Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində “Dilmanc” layihəsi də yeni texnologiyalarını nümayiş etdirir.

Tarix: 03/12/13 İnformasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondunun Müşahidə Şurası fondun vəsaitlərini yerləşdirəcək müvəkkil bankları müəyyən edib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnformasiya Texnologiyalarının  İnkişafı üzrə Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Tarix: 03/12/13 "Bakutel 2013" sərgisinin ilk günü 130-dan artıq vətəndaşa e-imza kartı hədiyyə edilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2013-cü il Azərbaycanda "İKT ili" elan edilib.

Tarix: 03/12/13 Azərbaycanda müəyyən radiotezlik zolaqlarının perspektiv və səmərəli istifadəsi ilə bağlı yüksəksəviyyəli görüş keçirilib

"Bakutel-2013"  19-cu Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları üzrə  sərgi-konfransı çərçivəsində Regional Rabitə Birliyinə (RRB) daxil olan ölkələrin rabitə administrasiya başçılarının görüşü keçirilib.








21 Noyabr 2024

20 11 2024