Tarix: 21/05/13 Bu il “Bakutel 2013” sərgi-konfransı dekabrda baş tutacaq
Hər il ənənəvi olaraq təşkil edilən “Bakutel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı bu il dekabr ayında keçiriləcək.
Tarix: 21/05/13 “Elektron hökumət” portalına müraciət edənlər hansı mobil qurğulara üstünlük verir?
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) 01/01/ 2013 - 21/05/2013 tarixlərdə “Elektron hökumət” portalına müraciət etmiş istifadəçilərin hansı mobil qurğulardan istifadə etdiklərinin statistikasını təqdim edib.
Tarix: 21/05/13 3 illik elektron imza kartına sahib olmaq istəyirsiniz?
Elektron imza kartına sahib olmaq istəyənlər üçün onu əldə etməyin daha bir asan yolu yaranıb. Belə ki, “AzDataCom” şəbəkəsi üzrə aylıq abunə haqqını 6 ay əvvəlcədən ödəyən hər bir istifadəçi pulsuz 3 illik elektron imza kartı qazanacaq.
Tarix: 20/05/13 Bakıda «Elektron Hökumət və elektron xidmətlər, həllər və problemlər» mövzusunda beynəlxalq konfrans keçiriləcək
Azərbaycanda informasiya kommunikasiya texnalogiyalarının daha da geniş formada təşviq edilməsi və elektron xidmətlərin genişləndirilməsi istiqamətində növbəti beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
Tarix: 17/05/13 İnternetdə azadlıq, şəxsi məlumatların məxfiliyi və kibertəhlükəsizliklə bağlı yeni beynəlxalq konvensiya hazırlanır
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Beynəlxalq Telekommunikasiya İttifaqı və Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə yaradılmış işçi qrup çərçivəsində yeni konvensiya üzərində işləyir.
Tarix: 17/05/13 RİTN internetdə böhtan və təhqirə yol verənlərə qarşı cəzaların sərtləşdirilməsinin tərəfdarıdır
Azərbaycan Rabitə və Informasiya Texnologiyaları Nazirliyi, Baş prokurorunun imzası ilə, Milli Məclisə təqdim olunan insanların internetdə şərəf və ləyaqətinin qorunması məqsədi ilə cəzaların sərtləşdirilməsi təklifini dəstəkləyir.
Tarix: 17/05/13 Bu gün 2 yaşımız tamam olur
17 may dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. Bu gün Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsindəki yüksək inkişaf tempi ilə dünya informasiya cəmiyyətinin fəal üzvlərindən biri kimi xarakterizə edilir.
Tarix: 17/05/13 Elektron imza sertifikatlarını “Bank of Baku”dan əldə etmək mümkündür
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Bank of Baku” elektron imza sertifikatlarının verilməsi üzrə xidmətin göstərilməsinə başlayır.
Tarix: 17/05/13 “Elektron Hökumət” Dünya Azərbaycanlılarının vahid informasiya məkanına çevrilir
“Elektron Hökumət” portalı nəinki ölkə daxilində, hətta xarici ölkələrdən olan istifadəçilər üçün də artıq böyük maraq dairəsinə çevrilib. Hazırda portalın istifadəçi auditoriyası yüksələn xətlə daha da genişlənməkdədir.
Tarix: 16/05/13 Güzəştli şərtlərlə ən çox kompüter hansı regionlarda satılıb?
Azərbaycanda “Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən “Xalq kompüteri” layihəsi uğurla davam etdirilir. “ICTnews” elektron xəbər xidmətinə “BestComp Group” şirkətindən verilən məlumata görə, hazırda layihə çərçivəsində satılan kompüterlərin sayı 21605 ədəd təşkil edir.
Tarix: 15/05/13 RİTN və ASAN yeni Dövlət Proqramını Nazirlər Kabinetinə təqdim edib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Nazirlər Kabinetinə yeni Dövlət Proqramını təqdim edib.
Tarix: 14/05/13 Gəncə-Qazax iqtisadi zonasında 10 ədəd TV proqramının sosial paket şəklində qəbulu təmin olunub
Gəncə Radio Televiziya Yayım Filialının stansiyalarında televiziya proqramlarının yayım keyfiyyətinin yüksəldilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi tərəfindən tədbirlər davam etdirilir.
Tarix: 14/05/13 Nazir: “Yaxın gələcəkdə peykimiz daha çox gəlir gətirəcək”
Azərbaycanın ilk peyki, "Azerspace-1" telekommunikasiya peyki may ayından tam kommersiya fəaliyyətindədir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə açıqlamanı Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov verib.
Tarix: 13/05/13 “Ağ şəhər”də “ağıllı” rabitə sistemi qurulacaq
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı”nın təsdiq olunması ilə bağlı fərmanı çərçivəsində yaradılan “Bakı Ağ şəhər” layihəsi hazırda paytaxtımızda görülən quruculuq işlərinin mühüm tərkib hissəsi kimi həyata keçirilir.
Tarix: 13/05/13 Quba rayonunun Dağlı kəndində yeni teleradio yayım stansiyası istifadəyə verilib
Quba rayonunun Dağlı kəndində yeni teleradio yayım stansiyasının açılış mərasimi keçirilib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180