Tarix: 11/04/14 “Elektron hökumət” portalına daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı 35111-ə çatıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.
Tarix: 10/04/14 “TASİM” layihəsinin Gürcüstanda təqdimatı keçirilib
Gürcüstanın Tbilisi şəhərində baş tutan GUAM-ın İnformasiya Texnologiyaları üzrə İşçi Qrupunun 4-cü müşavirəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin təqdimatı keçirilib.
Tarix: 10/04/14 İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsində iştirak üçün artıq 40-dək iddiaçı qeydiyyatdan keçib
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun onlayn qeydiyyat sistemində artıq bir sıra iddiaçı qeydiyyatdan keçib.
Tarix: 09/04/14 Elektron Təhlükəsizlik Mərkəzi beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri yaradır
Azərbaycan Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) kibertəhlükəsizlik ilə mübarizə üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurur.
Tarix: 08/04/14 Yüksək Texnologiyalar Parkı “İddialı satış və idarəetmə komandalarının qurulması” mövzusunda təlim kurslarına başlayır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı cari ilin 14-15 aprel tarixlərində Azərbaycanın bütün iddialı şirkətləri üçün təşkil etdiyi təlim kursları silsiləsini davam etdirməkdədir.
Tarix: 04/04/14 Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramının layihəsi 4 ay müddətində hazırlanacaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ardıcıl və uzunmüddətli inkişafa hesablanmış uğurlu siyasət nəticəsində ölkəmizdə müasir prinsiplərə söykənən informasiya cəmiyyətinin bərqərar olmasına möhkəm zəmin yaranıb.
Tarix: 02/04/14 “Azərkosmos” Ukraynanın “Ukrkosmos” şirkəti ilə saziş bağlayıb
Azərbaycanın peyk operatoru “Azərkosmos” ASC və Ukraynaya məxsus “Ukrkosmos” şirkəti arasında bir sıra Ukrayna televiziya kanallarının “Azərspace-1” peyki vasitəsilə Avropa və Mərkəzi Asiya regionlarında, eləcə də Yaxın Şərqin bir neçə ölkəsində yayımına dair saziş bağlanıb.
Tarix: 02/04/14 İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant layihələrinin qəbuluna başlayıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu aprelin 2-dən etibarən elan edilmiş müsabiqədə iştirak üçün qrant layihələrinin gəbuluna başlayıb.
Tarix: 31/03/14 Nazir Dünya Telekommunikasiyasının İnkişafı Konfransında çıxış edib
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 28-30 mart tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil olunan ənənəvi Dünya Telekommunikasiya Konfransının açılış sessiyasında iştirak edib.
Tarix: 28/03/14 Beynəlxalq sərgidə “TASİM” layihəsinin təqdimatı keçirilib
Rusiya Federasiyasının Moskva şəhərində 5-ci “Transport Networks & Carrier Cloud” beynəlxalq konfrans keçirilib
Tarix: 28/03/14 BMT-də Azərbaycanın elm, texnologiya və innovasiya sahəsində həyata keçirdiyi işlər haqqında məruzələr edilib
Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) “Sərmayə, innovasiya və sahibkarlıq üçün məhsuldar potensialın yaradılması və davamlı inkişaf” mövzusu üzrə mütəxəssis iclası keçirilib.
Tarix: 18/03/14 “Azərkosmos” “CABSAT-2014” sərgisində öz stendi ilə iştirak edib
“Azərkosmos” ASC 2014-cü ilin 11-13 mart tarixlərində BƏƏ-nin Dubay şəhərində keçirilən “CABSAT-2014” sərgisində öz stendi ilə iştirak edib.
Tarix: 18/03/14 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı bir sıra məsələlərin tənzimlənməsinə dair əmr imzalanıb
Məlum olduğu kimi, Azərbaycanda dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2014-cü il 7 mart tarixli 326 nömrəli Sərəncamına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
Tarix: 18/03/14 Novruz Bayramı günlərində rabitə birlik və müəssisələri əhaliyə fasiləsiz xidmət göstərəcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı münasibətilə əhalinin telekommunikasiya, o cümlədən internet və mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Tarix: 17/03/14 “Dilmanc” elmi tədqiqatçıları işə qəbul edir
“Dilmanc” layihəsinə yeni nəsil intellektual texnologiyaların yaradılması üçün riyaziyyat sahəsində elmi tədqiqatçılar tələb olunur.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180