bölmədə 2697 material var

Tarix: 18/11/15 “Elektron hökumət” portalında daha bir yenilik edilib

Şəffaflıq istiqamətində “Elektron hökumət” portalının reallaşdırdığı təşəbbüslərin sırasına bir yenilik də əlavə olunub.

Tarix: 17/11/15 Rabitə və yüksək texnologiyalar sahəsinin “ən peşəkarları” məlum olacaq

6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar rabitə işçiləri arasında ən peşəkarların müəyyənləşdirilməsi ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  tərəfindən müsabiqə-yarış keçirilib.

Tarix: 17/11/15 Azərbaycan nümayəndələri ÜPİ-nin payız sessiyasında keçirilən müzakirələrə qatılıblar

BMT-nin ixtisaslaşmış agentliklərindən biri olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) İsveçrənin Bern şəhərində keçirilmiş  payız sessiyası sona çatıb.

Tarix: 17/11/15 Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müşavirə keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) nizam-intizamın möhkəmləndirilməsi, iş fəaliyyətinin səmərəli təşkilinə həsr olunmuş müşavirə keçirilib.

Tarix: 14/11/15 RYTN-in telefon nömrəsi üzrə axtarış sistemi istifadə sayına görə 3-cü olub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Telefon nömrəsi üzrə axtarış”  elektron xidməti oktyabr ayında “Elektron hökumət” portalı vasitəsi ilə ən çox müraciət olunan 20 e-xidmət arasında 3-cü mövqedə qərarlaşıb.

Tarix: 13/11/15 İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsinə layihələrin qəbulu başa çatdı

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb. Müsabiqə çərçivəsində Fonda 138 layihə təqdim edilib.

Tarix: 12/11/15 Dövlət Radiotezliklər İdarəsi tərəfindən TV proqramlarının yayım keyfiyyəti yoxlanılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) cari ilin 10 ayı ərzində görülən işlər barədə hesabat verib.

Tarix: 12/11/15 Ə.M. Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ə.M. Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Tarix: 12/11/15 İnternet istifadəçiləri ən çox Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin e- xidmətlərinə maraq göstərib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) elektron xidmətlərinin istifadə  statistikasına görə dövlət qurumları arasında növbəti dəfə lider olub.

Tarix: 12/11/15 “Azərkosmos” ASC-nin Azersky peyk sisteminin və əlaqədar yerüstü infrastrukturun maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb

“Azərkosmos” ASC Yaponiyanın Sumitomo Mitsui Bank Korporasiyası (Sumitomo Mitsui Banking Corporation (SMBC)) və Mizuho Bankı ilə 11 illik müddətə 100 milyon avro məbləğində kredit sazişi imzalayıb.

Tarix: 11/11/15 “Rosatom” dövlət korporasiyasının nümayəndə heyəti “Milli Nüvə Tədqiqatları Mərkəzi”ndə olub

Rusiya Federasiyasının “Rosatom” dövlət korporasiyasının nümayəndə heyəti  “MNTM QSC-də  olub və bir sıra  görüşlər keçirib.
 

Tarix: 11/11/15 Oktyabrda 50 minə yaxın mobil cihazın IMEI kodu elektron xidmət üzərindən yoxlanılıb

Oktyabr ayında “Elektron hökumət” portalı vasitəsi ilə IMEI kodu yoxlanılan mobil cihazların sayı sentyabr ayına nisbətdə 15,8 faiz artıb.
 

Tarix: 11/11/15 Nazirin AMEA-nın 70 illik yubiley mərasimində “Azərbaycan elmi və yüksək texnologiyaların inkişafı” mövzusunda çıxışı

Bu gün Azərbaycanın həyatındakı xoş gün - Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi münasibətilə rabitə və yüksək texnologiyalar sahəsi işçiləri adından bütün alimləri təbrik edirəm və sizə uğurlar arzulayıram.

Tarix: 11/11/15 “Elektron hökumət” portalının mobil tətbiqində hansı e-xidmətlər əlçatandır?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin apardığı statistikaya görə , elektron arayışlar (çıxarışlar) “Elektron hökumət” portalında ən çox istifadə olunan xidmətlər sırasında yer alır.

Tarix: 10/11/15 “Bakutel-2015” sərgi-konfransına dair Tədbirlər Planı təsdiqlənib

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi və təşkilatçılığı ilə 2-5 dekabr tarixlərində baş tutacaq “Bakutel-2015” 21-ci beynəlxalq sərgi-konfransının təşkili məqsədilə hazırlanmış Tədbirlər Planını təsdiq edib.
 








21 Noyabr 2024

20 11 2024