bölmədə 3428 material var

Tarix: 25/02/13 “ZTE” şirkəti “Firefox” əməliyyat sistemi ilə işləyən ilk “ağıllı” telefonu təqdim edib

“ZTE” şirkəti Barselonada işə başlamış sərgiyə “Firefox OS” əməliyyat sistemi ilə işləyən ilk ticari “ağıllı” telefonu gətirib. Qurğu “Open” adlandırılıb və 2013-cü ilin yayında satışa çıxarılacaq.

Tarix: 25/02/13 “Huawei”dən “HD” ekrana malik 4,7 düymlü “ağıllı” telefon

“Huawei” korporasiyası “MWC” sərgisinin açılışı ərəfəsində “Ascend P2” “ağıllı” telefonunu təqdim edib. Model 4,7 düymlü “IPS” ekranla təchiz edilib və onun təsvir ölçüsü 1280x720 təşkil edir.

Tarix: 25/02/13 Kanada asteroidləri izləmək üçün ilk orbital teleskop buraxır

Bu gün Kanada Kosmik Agentliyi asteroidləri izləmək, həmçinin kosmik zibilə nəzarət etmək üçün ilk orbital teleskop buraxacaq. Onun diametri 500 metrdən çoxdur.

Tarix: 25/02/13 Yeni mexanizm tapmacanın cavabını bilir (VİDEO)

“LEGO Mindstorm” konstruktoru əsasında yığılmış mexanizm planşetin ekranında görüntülənən “Ruzzle” tapmacasını həll edir. “ICTnews.az” elektron xəbər xidməti “mirfactov.ru” saytına istinadən bildirir ki, simvolların tanınması üçün xüsusi proqram təminatı ekran görüntüsündən istifadə edir, bundan sonra isə hərflərdən düzələ bilən bütün sözlərin axtarışı üçün lüğətə müraciət edir.

Tarix: 25/02/13 “Samsung” 8 düymlü planşetini təqdim edib

“Samsung” şirkəti fevralın 24-də rəsmi olaraq 8 düymlü “Galaxy Note 8.0” planşetini təqdim edib. Planşet fevralın 25-də Barselona şəhərində başlayacaq “Mobile World Congress” sərgisində nümayiş etdiriləcək.

Tarix: 25/02/13 Süni insan qulağı yaradılıb

Kornel Universitetində işləyən tədqiqatçılar qrupu “3D” texnologiyasından istifadə edərək süni qulaq yaradıblar. “ICTnews.az” elektron xəbər xidməti “mirfactov.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, yaradılmış süni qulaq təbii qulaqdan, demək olar ki, fərqlənmir. O, qulaq seyvanı deformasiyasından əziyyət çəkən və ya qulağının bir hissəsini itirmiş insanlara nəql edilə bilər.

Tarix: 23/02/13 Universal "LTE" çipi təqdim olunub

"Qualcomm" şirkətinin təqdim etdiyi "RF360" mobil çiplər ailəsi "LTE" şəbəkələrin bütün mövcud tezlik diapazonlarını dəstəkləyir. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, mobil çip "ağıllı" telefon və planşetlər üçün nəzərdə tutulub. "RF360" mobil çip vasitəsilə qurğu yerli operatorların istifadə etdiyi tezlik diapazonundan asılı olmayaraq, istənilən ölkədə "LTE" şəbəkələrə qoşula biləcək.

Tarix: 22/02/13 Rasim Cabbarov: «Azərbaycanda çip texnologiyasının qurulması nəzərdə tutulub»

«Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin qarşısında duran əsas prioritet istiqamətlərə uyğun olaraq, nanomaterialların yeni A-CVD metodu ilə alınması və tətbiq olunması, energetik texnologiyaların, molekulyar elektronika, tibbi istiqamətlərin və gələcəyin texnologiyasının (konvergent texnologiyanın) yaradılması nəzərdə tutulur.

Tarix: 22/02/13 Qələm formasında “3D” qələm həcmli obyektlər çəkməyə imkan verir (VİDEO)

“3Doodler” qələm formasında hazırlanmış əsl “3D” printerdir. Belə gözəl ixtiranın sahibi kompüter və proqram təminatından istifadə etmədən həcmli obyektlər çəkə bilər. “3Doodler” rəssam və dizaynerlərin qarşısında yeni imkanlar açır.

Tarix: 22/02/13 59 dollarlıq kompüter təqdim olunub

Yığcam və ucuz kompüterlər yaratmaq ideyası getdikcə populyarlaşır. Artıq digər istehsalçılar da bu bazara maraq göstərməyə başlayıb. Nəticədə, daha bir yığcam və ucuz kompüter – “pcDuino” yaradılıb.

Tarix: 21/02/13 1000 dollarlıq oyun videokartı

“NVIDIA” şirkəti oyun həvəskarları üçün nəzərdə tutulmuş yeni “GeForce GTX Titan” qrafik prosessorunu təqdim edib. Bahalı və güclü videokart çox güclü kompüterə tələbkar oyunlar üçün hesablanıb. “ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, qrafik prosessor “Kepler” arxitekturasına əsaslanır.

Tarix: 20/02/13 “HTC” şirkəti yeni “ağıllı” telefonunu təqdim edib

“HTC” şirkəti “Android” mobil əməliyyat sistemi ilə işləyən yeni “One” flaqman “ağıllı” telefonunu təqdim edib. Şirkət bu modelin köməkliyi ilə “iPhone 5” aparatı ilə mübarizə aparacağına və itirdiyi bazar payını geri qaytaracağına ümid edir

Tarix: 20/02/13 Plastilin kimi yumşaq və polad kimi möhkəm olan yeni material hazırlanıb

“Tech 21” şirkətinin hazırladığı unikal qoruyucu material görünüşünə görə narıncı rəngli plastilinə oxşayır, yəni yumşaq, yapışqan, elastik, uzana biləndir. Lakin əgər onu, məsələn, barmağınızın ətrafına dolayaraq üzərinə var gücünüzlə çəkiclə vursanız, o zaman barmağınıza heç nə olmayacaq.

Tarix: 20/02/13 Yeni nəsil “siçan” ixtira olunub (VİDEO)

“Mycestro” ənənəvi kompüter “siçan”ını əvəz edəcək yeni qurğudur. Onu şəhadət barmağına bərkidərək kompüteri jestlər vasitəsilə idarə etmək mümkündür. “ICTnews.az” elektron xəbər xidməti “zhelezyaka.com” saytına istinadən bildirir ki, “Mycestro” qurğusu baş barmağın ona toxunuşu ilə aktivləşir.

Tarix: 20/02/13 “Tilera” şirkəti 72 nüvəli prosessorunu təqdim edib

Mikroprosessor bazarının yeni “oyunçu”su “Tilera” şirkəti prosessor bazarını çoxnüvəli həlləri ilə təəccübləndirməyə davam edir. Belə ki, şirkət yeni 72 nüvəli prosessorunu təqdim edib. Həmçinin bildirib ki, yaxın vaxtlarda 100-dən çox nüvə ilə təchiz edilmiş çip istehsal etməyi planlaşdırır.








22 Noyabr 2024

21 11 2024