bölmədə 3428 material var

Tarix: 13/08/13 Yeni “iPad”lər oktyabr-dekabr aylarında təqdim ediləcək

«Apple» şirkəti yazda dəyişilmiş xarici görünüşlü, o cümlədən, daha nazik korpusa malik olan “iPad” internet-planşetinin yenilənmiş modelini təqdim edəcək.

Tarix: 13/08/13 Hindistanda bütün SİM kart alıcıları üçün icbari biometrik identifikasiya tətbiq oluna bilər

Dehli polisinin komissarı Nirac Kumar SİM kart sahibləri üçün biometrik identifikasiyanın tətbiqini təklif edərək təşəbbüsünü ölkənin Federal Daxili İşlər Nazirliyinə ünvanlayıb.

Tarix: 13/08/13 Maneələrə davamlı “GPS” sistemi sınaqdan keçirilib

ABŞ hərbçiləri maneələrə davamlı peyk naviqasiya sisteminin (GPS) sınaqlarının uğurlu keçirilməsini bəyan ediblər. Yeni antenalardan istifadə sayəsində konstruktorlar “GPS” peyklərindən hətta şüalandırmanın yönəldiyi fəal maneələrin yaradılması şəraitində siqnal qəbul etməyə nail olublar.

Tarix: 13/08/13 "IBM" beynin işini təqlid edən çip yaradır

"IBM" şirkəti süni beyin yaratmağa imkan verən yeni tip mikroçip və proqramlaşdırma dili hazırlayır. Yeni elektron qurğu eynilə insan beyni kimi işləyəcək, amma qeyri-bioloji materiallardan hazırlanacaq.

Tarix: 12/08/13 Şimali Koreyada yerli istehsal olan ilk smartfon nümayiş etdirilib

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İnə Şimali Koreyanın ilk smartfonunu nümayiş etdiriblər.

Tarix: 12/08/13 Yeni “iPhone” gələn ay təqdim ediləcək

Yeni “iPhone” və hətta “iPhone”lar sentyabrın 10-da “Apple” şirkətinin böyük tədbirində təqdim ediləcək.

Tarix: 12/08/13 Qan damarlarının şəklinə görə identifikasiya texnologiyası hazırlanıb

Yaponiyanın "Fujitsu Ltd.” korporasiyası insanın ovcundakı qan damarlarının şəklinə görə onun identifikasiyası texnologiyasını hazırlayıb.

Tarix: 12/08/13 “LG Electronics” şirkəti “G2” smartfonunu təqdim edib

“LG Electronics” şirkəti yeni “G2” smartfonunu təqdim edib. Aparat dördnüvəli “Qualcomm Snapdragon 800” mikroprosessoru, 5,2 düymlük “Full HD” təsvir ölçülü ekranla təchiz edilib, bundan başqa sözügedən cihaz “LTE-Advanced” rabitə standartını dəstəkləyir, lakin bu standart hələ ki yalnız Cənubi Koreyada kommersiya rejimində işləyir.

Tarix: 07/08/13 Günəş enerjisi ilə işləyən ilk noutbuk istehsal edilib

“WeWi Telecommunications” şirkətinin hazırladığı “Sol” noutbukuna bir neçə günəş paneli inteqrasiya edilib. İstehsalçılar əmin edirlər ki, qurğu günəş enerjisinin elektrik enerjisinə çevrilməsi hesabına işləməyə “qadirdir”.

Tarix: 06/08/13 “Maximum” avtonom rejimli smartfonu istehsal edilib

Bir çox smartfon istehsalçıları aparatın qalınlığını kiçiltməyə çalışırlar, lakin çox vaxt onun avtonom iş vaxtı barədə unudurlar. Başqa şirkətlər də problemi həll etməyə cəhd edirlər.

Tarix: 06/08/13 Hakerlər “ağıllı” unitazların işinə müdaxilə ediblər

“Trustwave SpiderLabs” şirkətinin mütəxəssisləri "ağıllı" “Satis” unitazının təhlükəsizlik sistemində kritik boşluq aşkar ediblər. Məlum olub ki, kibercinayətkarlar yaponların bu texnika möcüzəsinin idarə edilməsinə kənardan müdaxilə edə bilərlər.

Tarix: 06/08/13 “Samsung” şirkəti “Galaxy Note 3”qurğusunun təqdimatına hazırlaşır

Koreyanın “Samsung Electronics” şirkəti “Galaxy” xəttinə aid yeni qurğusunun təqdimatına dəvətlər göndərməyə başlayıb.

Tarix: 06/08/13 “Google Glass” eynəklərinin istehsalı ilə “Motorola” məşğul olacaq

2012-ci ildə “Google” şirkəti tərəfindən satın alınan “Motorola” korporasiyası təkcə birgə telefon istehsalı ilə deyil, həm də “Google Glass” əlavə reallıq eynəklərinin buraxılışı ilə məşğul ola bilər.

Tarix: 05/08/13 Üç SİM kart dəstəkləyən telefonlar istehsal olunacaq

Hazırda iki SİM kart dəstəkləyən telefonla kimisə təəccübləndirmək olmaz, lakin Çinin “Goophone” və Koreyanın “LG Electronis” şirkətləri bu konsepsiyanı inkişaf etdirmək və yaxın həftələr ərzində üç SİM kart dəstəkləyən telefonlarını təqdim etmək niyyətindədirlər.

Tarix: 05/08/13 İtlərə çip yerləşdiriləcək

Britaniya hökumətinin hazırladığı yeni qanun layihəsində bildirilir ki, 2016-cı ilə kimi bütün itlərə mikroçip daxil edilməlidir. Bu addım ev heyvanları sahiblərinin məsuliyyətini artırmaqla yanaşı, həm də sahibsiz itlərin sayının azalmasına gətirib çıxaracaq.








19 Mart 2024

18 03 2024