bölmədə 3428 material var

Tarix: 05/12/13 2013-cü ildə planşetlər tədarük həcminə görə noutbukları üstələyəcək

“Strategy Analytics” şirkəti analitiklərinin proqnozuna görə, 2013-cü ildə planşet kompüterlər illik tədarük həcminə görə portativ kompüterlər bazarı tarixində ilk dəfə lider olacaq.

Tarix: 05/12/13 “Huawei” radio avadanlıqları bazarında liderlik edir

Çinin “Huawei” şirkəti 2013-cü ilin üçüncü rübünün yekunları üzrə dünya bazarına simsiz rabitə şəbəkəsi üçün radio çıxış avadanlığının tədarükündən əldə olunan gəlirə görə liderlik edir. Bu barədə “ABI Research” analitik şirkətinin məlumatlarında deyilir.

Tarix: 05/12/13 “Apple” nəhəng monoblok fərdi kompüter istehsalçısı olub

“Digitimes Research” şirkəti analitiklərinin proqnozlarına əsasən, 2013-cü ildə ötən illə müqayisədə 15,8 faiz daha çox monoblok fərdi kompüter (AIO hamısı birində) buraxılacaq və bu işə “iMac” kompüterini yeniləyən “Apple” şirkəti böyük töhfə verəcək. 2014-cü ildə monoblokların tədarük həcmində artım 4,9 faizə bərabər olacaq, bu məhsulların kompüter bazarının ümumi həcmində payı 11,5 faiz təşkil edəcək ki, bu da başa çatmaqda olan ilin yekunları üzrə gözləniləndən 1 faiz bənd azdır.

Tarix: 04/12/13 Mühafizəçi robot təqdim olunub

Əfsanəvi "Ulduz müharibələri" fantastik filminin pərəstişkarları “Nightscope” şirkəti alimlərinin hazırlamasını yəqin qiymətləndirəcəklər. Şirkət kütlənin qarşısına ən yeni hazırlaması – görünüşcə məşhur astromexaniki “R2-D2” droidinə oxşar mühafizəçi robotu çıxartmağa hazırlaşır.

Tarix: 04/12/13 “Vertu” şirkətinin yaradıcısı bahalı smart saatlar hazırlayır

“Vertu” bahalı smartfon brendinin əsasını qoymuş, “Nokia” şirkətinin keçmiş dizayneri Frenk Nuovo “MetaWatch” şirkəti ilə birgə smart saatın hazırlanması ilə məşğul olacaq. Qurğunun 2014-cü ilin birinci rübündə bazara çıxarılacağı gözlənilir.

Tarix: 30/11/13 “Geeksphone” şirkəti "Android” və “Firefox OS” sistemlərini bir smartfonda birləşdirib

“Firefox OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların istehsalı ilə məşğul olan İspaniyanın “Geeksphone” şirkəti “Revolution” adlı yeni smartfon modelini nümayiş etdirib. Smartfon yüksək məhsuldarlığa malik prosessorla təchiz edilib, eləcə də "Android” əməliyyat sistemi ilə yüklənə bilir.

Tarix: 28/11/13 Kağız təyyarələri smartfonla idarə etmək mümkün olacaq

Hər bir kəsə kağız təyyarələr məlumdur. Bəs əgər kağız təyyarənin uçuşunu idarə etmək üçün elektronikadan istifadə edilsə necə? “Kickstarter”da “PowerUp” layihəsi məhz buna həsr edilib.

Tarix: 28/11/13 “Nokia” şirkətinin “Windows Phone” platforması ilə işləyən smartfon bazarında payı 90%-ə çatıb

“TechCrunch” bloqu yazıb ki, Finlandiyanın “Nokia” şirkətinin “Windows Phone” (WP) platforması ilə işləyən smartfon bazarında payı 90%-ə çatıb.

Tarix: 27/11/13 Dünyada smartfonun köməyi ilə idarə olunan ilk oyuncaq təyyarəsi təqdim olunub

Smartfonlar üçün xüsusi mobil tətbiqin köməyi ilə idarə olunan  “Parrot AR Drone” kvadrokopteri artıq bir neçə ildir bazarda mövcuddur. Hazırda Almaniyanın “TobyRich” şirkətinin təqdim etdiyi oyuncaq təyyarənin havadakı hərəkətinə smartfon vasitəsilə nəzarət etmək mümkündür.

Tarix: 23/11/13 “Huawei” dördüncü rübdə 20 milyon smartfon istehsal etməyi planlaşdırır

Hələ 2011-ci ildə “Huawei” brendi smartfon bazarı üçün naməlum idi. Lakin artıq 2013-cü ilin üçüncü rübündə şirkət 13,4 milyon mobil qurğu istehsal edib. Çin şirkəti əldə etdiyi uğurlarla kifayətlənmək niyyətində deyil və bayramqabağı mövsüm üçün böyük planları var.

Tarix: 23/11/13 Yaponiyada dünyanın ən qənaətcil superkompüteri yaradılıb

Tokio Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən yaradılan “Tsubame-KFC” superkompüteri bu kateqoriyalı qurğular arasında dünyanın ən qənaətcil superkompüteri hesab edilir.

Tarix: 21/11/13 “Rəqəmli avtomobil” yaradılır

“Intel” və “Jaguar Land Rover” şirkətləri “sürücülüyün yeni tərəflərini açmağa” imkan verən yüksək texnoloji kompüter həllərinin hazırlanması ilə bağlı əməkdaşlıq haqda saziş imzalayıblar.

Tarix: 21/11/13 Avstraliyada uşaqlara və ahıl insanlara qulluq etməyə kömək edən telefon istehsal edilib

Avstraliyada uşaqlara və ahıl insanlara qulluq etməyə kömək edən “Cloudphone” telefon modeli istehsal olunub.

Tarix: 21/11/13 Səkkiznüvəli mobil prosessorlu mobil telefonlar istehsal olunacaq

“MediaTek” şirkəti 28 nanometr texnoloji proses üzrə hazırlanmış səkkiznüvəli “MT6592” mobil prosessorunu təqdim edib. İddialara əsasən, yeni çip tarazlaşdırılmış enerji sərfiyyatı zamanı yüksək məhsuldarlıq göstərir.

Tarix: 18/11/13 “PaPeRo” robotunun yenilənmiş versiyası təqdim edilib

Yaponiyanın “NEC” şirkəti “PaPeRo” robotunun yenilənmiş versiyasını təqdim edib. “Petit” adlandırılan 24 santimetrlik yeni robotun çəkisi 1,3 kq təşkil edir ki, bu da əvvəlki nəsil “PaPeRo”dan 2 dəfə azdır.
“PaPeRo Petit” əvvəlki modellərdən fərqli olaraq sərbəst şəkildə hərəkət edə bilmir. Robotun digər xüsusiyyətləri, xüsusilə insanların üzünü və nitqini tanıması saxlanılıb. “Petit” kamera, mikrofon və temperatur və məsafə ötürücüləri ilə təchiz edilib.








19 Mart 2024

18 03 2024