bölmədə 3428 material var

Tarix: 21/08/13 Barmaq izlərinin tanınması sistemi ilə təchiz edilmiş smartfonların satışına başlanıb

Cənubi Koreyanın "Pantek" firması barmaq izlərinin tanınması sistemi ilə təchiz edilmiş "Vega LTE Advanced /LTE-A/" smartfonlarının satışına başlayıb.

Tarix: 21/08/13 Yunanıstanda təbii fəlakətlər haqqında elektron arxiv yaradılacaq

Yunan alimləri fövqəladə halların idarə olunması üçün texnologiyanın hazırlanması üzərində iş aparırlar. “Intergraph” şirkətinin məlumatına görə, rəqəmli materialın kataloq halına salınması Kavala Texnologiya İnstitutunun meşə təsərrüfatı və ətraf mühitin idarə olunması fakültəsində yaradılacaq.   
 

Tarix: 21/08/13 Azərbaycanda günəş və külək enerjisindən geniş istifadə məqsədilə tədqiqatlar aparılır

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu ölkədə Günəş və külək enerjisindən geniş istifadə olunması məqsədilə tədqiqatlar aparır. Alimlərimiz günəş batareyaları və külək pərlərinin yerləşdirilə biləcəyi ərazilərin təsnifatını verməyə çalışır.

Tarix: 20/08/13 “Apple” sentyabrın 10-da “iPhone” smartfonunun büdcəyə uyğun versiyasını təqdim edəcək

“Apple” şirkətinin məhsulunun quraşdırılması ilə məşğul olan Tayvanın “Foxconn” şirkəti bu ilin sentyabrında “iPhone” smartfonunun iki yeni versiyasının tədarükünə başlayacaq. “Apple” şirkəti sözügedən yenilikləri rəsmən sentyabrda təqdim edəcək. Bu barədə öz mənbələrinə istinadən “The Wall Street Journal” qəzeti yazıb.

Tarix: 20/08/13 Kompüter gücündə smartfon

Dünyanın bütün kompüterlərinin birləşdirilmiş gücünü tezliklə bir ovucda yerləşdirmək mümkün olacaq. Bu barədə “The Telegragh” nəşri ekspertlərin fikrincə, tezliklə interneti əvəz edəcək qrid-sistemin təkmilləşdirilməsi ilə məşğul olan alimlər barədə söhbət açaraq yazır.

Tarix: 19/08/13 Yapon və Britaniya şirkətləri yeni aviamühərrik hazırlayırlar

Yaponiyanın “Kavasaki” korporasiyası və Britaniyanın "Rolls-Roys" şirkətinin təyyarələr üçün hazırladıqları yeni mühərrik yanacaq sərfiyyatını 30% azaltmağa imkan verəcək.

Tarix: 19/08/13 “Audi” avtomobillərində yüksəksürətli “4G” interneti olacaq

Cari ilin noyabrında satışa çıxarılacaq “Audi” avtomobillərinin bort kompüter sistemlərində yüksəksürətli “4G” internet əlçatan olacaq.

Tarix: 19/08/13 “Mercedes” də “Google Glass” dan istifadə olunacaq

“Mercedes-Benz” avtomobil istehsalçısı kompüter eynəklərindən avtomobil naviqasiyası qismində istifadə məqsədilə “Google Glass” əlavə reallıq eynəklərini sınaqdan keçirir.

Tarix: 15/08/13 Smartfonla tərəvəz kəsmək mümkün oldu

Çinin “BBK” şirkəti avqustun 22-də “Vivo X3” smartfonunu təqdim etməyi planlaşdırır. Göndərilmiş dəvətlərin məzmununa əsasən, dünyanın ən nazik smartfonu adlandırılan “Vivo X3” smartfonunun təqdimatı Pekində keçiriləcək.

Tarix: 15/08/13 “Samsung”dan "ağıllı" saatlar

“Samsung” şirkəti sentyabrın 4-də “Galaxy Gear” "ağıllı" saatlarını təqdim edəcək.

Tarix: 15/08/13 Heyvan skeletləri “3D”-printerdən çıxarılır

Notr-Dam Universitetinin tələbələri kompüter tomoqrafiyası metodunun köməyi ilə çəkilmiş şəkillərə əsasən, üçölçülü obyektlər printerində canlı siçanın və siçovulun skeletlərini, həmçinin dovşanın kəlləsini bütövlükdə “klounlaşdırıblar”.

Tarix: 14/08/13 Smartfonu zərbə və cızıqlardan qoruyacaq plyonka yaradılıb

“Liquipel” şirkəti mobil qurğular üçün “Skins” adlı möhkəm plyonka istehsal edib. “ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, sözügedən plyonka mobil qurğuları yalnız cızıqlardan deyil, həm də fiziki təsirlərdən qoruyur. Bu, onun zərbənin gücünü yaymaq qabiliyyəti sayəsində mümkündür

Tarix: 14/08/13 41 meqapiksellik kamera ilə təchiz edilmiş “ağıllı” saat təqdim edilib

Çox tezliklə İsveçrənin “Hyetis Crossbow” "ağıllı" saatlarına ilkin sifarişlərin qəbuluna başlanılacaq. Sözügedən saatlar məhdud sayda (500 nüsxə) istehsal ediləcək.

Tarix: 14/08/13 “BlackBerry”dən ucuz smartfon

“BlackBerry” şirkəti “BlackBerry 7 OS” əməliyyat sistemi ilə işləyən “9720” smartfonunu təqdim edib. Şirkətin son rüblük məlumatlarına əsasən, istehsalçı bazara 6,8 milyon smartfon tədarük edib və onların yalnız 2.7 milyonu “BB10” platforması ilə işləyir.

Tarix: 14/08/13 “Güldürən ayna” proqramı yaradıldı

Yaponiyanın Tokio Universitetində təhsil alan Şiqeo Yoşida, insanın birbaşa olaraq üz əzələlərinə əks olunan ruh halını əks etdirən bir ayna yaradıb.








27 Aprel 2024

26 04 2024