bölmədə 3428 material var

Tarix: 31/08/15 İsveç şirkəti “5G” qurğusunun ilk prototipini yaradıb

İsveçin “Ericsson” şirkəti “5G” yüksəksürətli mobil rabitə standartını dəstəkləyən qurğunun ilk prototipini yaradaraq onun ABŞ-ın Pleyno şəhərində və İsveçin paytaxtı Stokholmda sınaqlarına başlayıb.

Tarix: 31/08/15 Tələbələrimiz tərəfindən hazırlanan ilk elektrik maşını yaxın vaxtlarda təqdim olunacaq (VİDEO)

Azərbaycanlı tələbələr tərəfindən hazırlanmaqda olan ilk elektrik maşını üzərində aparılan işlər bitmək üzrədir. Maşının yaxın zamanlarda ictimaiyyətə təqdim edilməsi gözlənilir.

Tarix: 31/08/15 Niderlandda qatarlar külək elektrik enerjisi ilə işləyəcək

2018-ci ilə Niderlandın dəmir yolları tamailə külək elektrik enerjisi ilə işləyəcək. Hazırda Niderlandın “ProRail” dövlət şirkətinin nəzarəti altında olan elektrik dəmir yolları ehtiyacının təxminən 50 faizi külək enerjisi ilə təmin olunur.

Tarix: 31/08/15 Cənubi Koreyada “IPTV” texnologiyasını dəstəkləyən kompüter nümayiş olunub

Cənubi Koreyanın ikinci ən böyük mobil rabitə operatoru "KT Corp.” şirkəti sənaye tarixinin inkişafında “IPTV” texnologiyasını dəstəkləyən ilk fərdi kompüter təqdim edib.
 

Tarix: 28/08/15 Fransa şirkəti “QXGA” təsvir ölçülü və səkkiznüvəli planşetini təqdim edib

Fransanın “Archos” mobil qurğular istehsalçısı yeni “Diamond Tab” planşet kompüterini təqdim edib. Yeni qurğu 4-9 sentyabr tarixlərində Berlində keçiriləcək “IFA 2015” sərgisində nümayiş etdiriləcək eksponatlardan biri olacaq.

Tarix: 28/08/15 “Apple”ın keçmiş direktoru ucuz smartfonlar təqdim edib

“Apple”ın keçmiş baş direktoru Con Skallinin rəhbərlik etdiyi “Obi Worldphone” şirkəti “Android” platforması ilə işləyən “Obi SF1” və “SJ1.5” smartfonlarını təqdim edib.

Tarix: 27/08/15 “Amazon” “ağıllı” mətbəx üçün kompüter hazırlayır

“Amazon” şirkəti “ağıllı” mətbəx üçün kompüter hazırlayır. Qurğunun kod adı “Kabinet” adlanır.

Tarix: 26/08/15 Yapon şirkəti simmetrik dizayna malik smartfonunu təqdim edib

Yaponiya “Panasonic” şirkəti “Eluga Switch” adlı qeyri-adi qabaqcıl smartfon istifadəyə verib. Qurğu simmetrik dizayn və qabaqcıl akustik sistemə malikdir.

Tarix: 25/08/15 37 dollarlıq “Nokia 222” mobil telefonu təqdim olunub

“Microsoft” şirkəti öz smartfonlarında “Nokia” adından istifadədən imtina etsə də, amma əvvəlki kimi bu brend altında adi mobil telefonlar buraxır.

Tarix: 24/08/15 256 QB-lıq daxili yaddaşa malik smartfon təqdim edilib

Tayvanın “ASUS” şirkəti 256 QB daxili yaddaşla təchiz edilmiş “ZenFone 2” smartfonunun yeni versiyasını təqdim edib.

Tarix: 24/08/15 “iPhone” smartfonunun bir həftə ərzində avtonom işləməsi üçün akkumulyator yaradılıb

“The Telegraph” nəşri yazır ki, Britaniyanın “Intelligent Energy” firmasının nümayəndəsi bildirib ki, şirkət “iPhone 6” smartfonuna həftə ərzində avtonom işləməyə imkan verən akkumulyator hazırlamağa müvəffəq olub.
 

Tarix: 24/08/15 Yeni kvant kompüteri ənənəvi kompüterlə müqayisədə 600 dəfə daha sürətli işləyir

“D-Wave Systems” şirkəti yeni “D-Wave 2X” kvant kompüterini istifadəyə verib və bildirib ki, qurğunun məhsuldarlığı ənənəvi kompüterlərin müvafiq göstəricisini 600 dəfə ötür.

Tarix: 22/08/15 “castAR” oyun startapına 15 milyon dollar vəsait ayrılıb

“Technical Illusions” kimi tanınan “castAR” oyun startapı yeni sərmayə raundunda 15 milyon dollar həcmində vəsait alıb.

Tarix: 21/08/15 Yeni tipli noutbuk təqdim olunub

Avstraliyanın “One Education” təşkilatı məktəblilər üçün modulyar “Infinity” noutbukunu təqdim edib. Yeni noutbukda prosessor, batareya, kamera və hətta ekranı asanlıqla dəyişmək olar.

Tarix: 21/08/15 “Google” şirkəti Afrikada ucuz “Android One” smartfonlarının satışına başlayıb

“Google” şirkəti Afrikada ucuz “Android One” smartfonlarının satışı proqramını işə salıb. Türkiyə, Hindistan, Pakistan, İndoneziya və Filippində artıq bu proqram işə salınıb.








19 Mart 2024

18 03 2024