bölmədə 3428 material var

Tarix: 02/11/11 Günəş batareyası ilə işləyən elektron kağız əsasında elastik ekran yaradılıb

Tayvanın “AU Optronics” (AUO) şirkəti ekranların hazırlanması sahəsində növbəti nailiyyətini nümayiş etdirib. Elastikliyə malik olan elektron kağız əsasında ekran hazırlanıb. Deformasiya qabiliyyəti ekranın yeganə xüsusiyyəti deyil. Ekranın arxa tərəfində modulu lazımlı enerji ilə təmin edən nazik günəş batareyası yerləşdirilib.

Tarix: 01/11/11 “Microsoft” robot-fotoqraf yaradıb (VIDEO)

“Microsoft” korporasiyası “EDDİE” (Expandable Development Discs for Innovation and Experimentation) adlı fotoqraf-robot istehsal edib. “EDDİE” korporasiyanın robot bölməsi tərəfindən elektronika malları istehsalçısı “Parallax” şirkəti ilə birlikdə yaradılıb.

Tarix: 01/11/11 Çinlilər “MacBook Air” noutbukunun nazik klonunu hazırlayıblar

Çinlilər “MacBook Air” noutbukunun nazik klonunu hazırlayıblar. Noutbuk hətta ölçülərinə görə demək olar ki, “Apple”-ın orijinalından geri qalmır. 13.3 düymlü ekran ilə “MacBook Air” noutbukunun ölçüləri 325x227x17 millimetr, çəkisi isə 1,35 kq təşkil edir. Amerika leptopunun klonu yalnız 0,01 kq ağır və 0,2 millimetr qalındır.

Tarix: 31/10/11 Çində yerli prosessorlar əsasında superkompyuter yaradılıb

Szinanedə (Şandun əyalətinin inzibati mərkəzi, Çin) yerləşən milli superkompyuter mərkəzində “Sunway BlueLight MPP” adlı güclü hesablayıcı kompleks istehsal edilib. Sistemdə Çin Xalq Respublikasında (ÇXR) hazırlanmış 16 hesablama nüvəsi ilə olan “ShenWei SW1600” prosessorları tətbiq edilib. 8700 çip istifadə edilib,

Tarix: 31/10/11 “Shuttle H7 5820S” işçi stansiyası 16 monitor dəstəkləyir

“Shuttle” şirkəti “İntel” platformasında hazırlanmış güclü “H7 5820S” stolüstü kompyuterinə sifarişlərin qəbuluna başlayıb. Yenilik ikinci nəsil “Core i7” prosessoru ilə təchiz edilib; maksimal konfiqurasiya 3.33 QHz takt tezliyində işləyən 6 nüvəli “Core i7-980” çipindən ibarətdir. Əməli yaddaş tutumu 16 QB-a çatır; 2 TB tutumunda 2 sərt diskin quraşdırılması mümkündür.

Tarix: 28/10/11 Səssiz mini-fərdi kompyuter

“JEHE” (Shenzhen Jiehe Technology Development Co., Ltd) şirkəti yeni “Giada F100” səssiz mini-kompyuteri təqdim edib. Qurğu “İntel Cedar Trail” platforması əsasında hazırlanıb.

Tarix: 28/10/11 Yeni smartfonun qiyməti 2000 dollardır

“RİM” və “Porsche” şirkətləri rəsmi olaraq “Porsche Design P'9981” smartfonunu təqdim ediblər. “BlackBerry 7” əməliyyat sistemi əsasında hazırlanmış model ilin sonuna kimi “Porsche Design” salonlarında çıxacaq və qiyməti təxminən 2000 dollar olacaq.

Tarix: 28/10/11 “LTE” dəstəkli “Samsung Galaxy S II HD” smartfonu təqdim edilib

“Samsung” şirkəti Cənubi Koreyada “Android 2.3” proqram platforması ilə işləyən “Galaxy S II HD LTE” flaqman smartfonunu təqdim edib. Güclü aparat 1,5 QHz takt tezlikli 2 nüvəli prosessor və 1 Qb əməli yaddaş ilə təchiz edilib. İnteqrasiya edilmiş fləş daşıyıcının tutumu 16 Qb-dır; dəyişkən “MicroSD” kartlar üçün slot var.

Tarix: 27/10/11 Noutbuk üçün köməkçi monitor

“Sideline” şirkəti leptoplarla istifadə üçün nəzərdə tutulmuş “Cinq” portativ monitorunu təqdim edib. Yenilik 10,1 düym diaqonala malikdir; kəskinlik 1280×720 pikseldir. Ziddiyyət 500:1-ə bərabərdir; matrisin reaksiya müddəti isə 16 ms təşkil edir. Tədarük dəstinə daxil olan xüsusi sıxma sayəsində köməkçi monitoru noutbukun

Tarix: 27/10/11 Əlcəklə toxunmalara həssas olan sensor ekran yaradılıb

Yaponiyanın “SMK Corporation” korporasiyası “FPD İnternational 2011” (26 – 28 oktyabr; Yokoqama) sərgisində əlcəklə toxunmalara həssas olan sensor ekran təqdim edib. Təqdim edilmiş panel tutumlu texnologiya üzrə hazırlanıb; onun ölçüsü 6,5-dən 8 düymə qədərdi. İşçi temperatur diapazonu mənfi 30-dan müsbət 85 selsi dərəcəyə qədərdir.

Tarix: 27/10/11 “Samsung” şirkəti 2560x1600 piksel kəskinlikli planşet ekranı hazırlayıb

“Toshiba” kompaniyasının ardınca “Samsung” şirkəti, həmçinin 2560x1600 piksel kəskinlikli ekran təqdim edib. Yapon istehsalçıları 6,1 düymlü ekran yaratdığı halda, Koreya korporasiyası tamamilə müasir planşet standartlarına cavab verən 10,1 düymlü panel yaradıb. Ekran dünən Yaponiyada açılmış “FPD İnternational 2011” sərgisində təqdim edilib.

Tarix: 25/10/11 Dünyada ən böyük yüksək dəqiqlikli “3D” displey (VIDEO)

“JVC Kenwood” şirkəti və Yaponiyanın informasiya və rabitə texnologiyaları Milli İnstitutu (NİCT) rekord - 200 düym ölçüdə “3D” panel hazırlayıblar. Təsvir ekranda 57 proyektordan ibarət mürəkkəb sistem vasitəsi ilə formalaşdırılır. Təsvirin kəskinliyi 1920×1080 piksel (Full HD formatı) təşkil edir; həm də stereoskopik effekt xüsusi eynək tətbiq etmədən əldə edilir.

Tarix: 24/10/11 Portativ qurğular üçün ultrayüksək kəskinlikli ekran

“Toshiba” korporasiyası 1 düymə (ppi) 498 nöqtə təşkil edən ekran nümunəsini təqdim edib. Panel 6,1 düym diaqonala malikdir, onun kəskinliyi 2560×1600 pikselə bərabərdir. Üfüqi və şaquli üzrə görünüş bucağı 176 dərəcəyə çatır; ziddiyyət — 1000:1. Ekran “NTSC” rəng sahəsinin 61% əhatəsini təmin edir.

Tarix: 24/10/11 “İntel” korporasiyası yeni prosessor təqdim edib

“İntel” korporasiyası stolüstü kompyuterlər üçün “LGA 1155” soketi üçün ən sürətli prosessorunu təqdim edib. “Core i7-2700K” çipinin nominal takt tezliyi 3,5 QHz təşkil edir; turbo rejimdə bu göstərici 3,9 QHz-ə qədər artır. Yenilik “Sandy Bridge” ailəsinə aiddir. Prosessor 32 nanometr texnologiya üzrə hazırlanıb,

Tarix: 22/10/11 Dünyada sensor ekranlı ən ucuz bukrider

“Greenbook” şirkəti elektron kitablarının oxunması üçün büdcəyə uyğun “EZRead Touch” qurğusunu təqdim edib. Yenilik elektron kağız texnologiyası ilə hazırlanmış 6 düymlü sensor ekranla təchiz olunub. Qurğunun “ürəyi” 800 MHz takt tezliyində işləyən “Freescale iMX508” prosessorudur.








27 Aprel 2024

26 04 2024