bölmədə 3428 material var

Tarix: 16/03/12 Mis birləşmələrdən optik lifə keçid fərdi kompyuterlər üçün standarta çevriləcək

Periferiya qurğularının kompyuterlərə qoşulması üçün nəzərdə tutulmuş optik lif əsasında hazırlanan “Thunderbolt” kabelləri satışa çıxarılan kimi bu interfeys fərdi kompyuter və müvafiq periferiya üçün standarta çevrilə bilər. Bundan əvvəl “İntel” korporasiyası bildirmişdi ki,

Tarix: 16/03/12 Naqil və ya peyklərdən istifadə olunmadan mesaj gondərmək mümkün olacaq

Alimlər informasiyanın daşıyıcısı qismində neytrinodan istifadə edərək ilk dəfə olaraq sözü 240 metrlik qayadan ötürə biliblər. "neutrino" sözünün ötürülməsi üçün 2 saat vaxt lazım olub, lakin bu halda uğur əldə edilməsi əsasdır. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə,

Tarix: 14/03/12 Kompyuter proqramı krossvord həll edəcək?

ABŞ-da krossvord həll edilməsi üzrə hər il keçirilən çempionatında “Dr.Fill” adlı kompyuter proqramı da iştirak edəcək. Qeyd edim ki, çempionat Nyu-Yorkda martın 16-da start götürəcək. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, proqramı “On Time Systems” şirkətinin əməkdaşları hazırlayıblar.

Tarix: 14/03/12 “Sony” qeyri-adi dizayna malik smartfon təqdim edib (VİDEO)

“Sony” şirkəti “Xperia-solo” smartfonunu təqdim edib. Smartfon qeyri-adi dizaynda hazırlanıb; belə ki, ekran korpusdan bir az aralı yerləşir. Smartfonda “floating touch” texnologiyası reallaşdırılıb. Belə ki, ekrana barmaqla toxunmadan, sadəcə, barmağı ekranın üzərində hərəkət

Tarix: 14/03/12 Saat istehsalçısı smartfon istehsal edib (VİDEO)

İsveçrənin “TAG Heuer” bahalı saatlar istehsalçısı puldan korluq çəkməyənlər üçün nəzərdə tutulmuş yeni aksessuarını - “TAG Heuer” brendi altında 3700 dollarlıq “Android” smartfonunu elan edib. Məlumat üçün bildirim ki, bundan əvvəl həmin istehsalçı 2400 dollarlıq smartfon təqdim etmişdi.

Tarix: 13/03/12 Smartfonlar üçün enerji yükləmə qurğusu yaradılıb

“XDModo Solar Sunflower” – bu, dibçək gülü formasında hazırlanmış enerji yükləmə qurğusudur. Lakin ləçəklər əvəzinə kiçik fotoelektrik panelinə malikdir. Bu panel gün ərzində günəş enerjisi toplayır və onu elektrikə çevirir. Litium akkumulyatorunun tutumu 2500 milliamper/saat təşkil edir.

Tarix: 12/03/12 “Communicator” adlı şəxsi gözətçi

“Communicator” adlı qurğu dizayner Anders Lassen (Anders Lassen) tərəfindən hazırlanıb. “Communicator” – bu, yaşlı insanların təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulmuş qurğudur. “İCTnews” elektron xəbər xidməti xəbər verir ki, bir çox qoca insanlar yardım çağıra bilməyəcək vəziyyətdə

Tarix: 12/03/12 “Microsoft” çağırışa sürətli ekranlar hazırlayır

“İCTnews” elektron xəbər xidməti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, “Microsoft” korporasiyasının mühəndisləri istifadəçinin toxunuşuna müasir nümunələrdən yüz dəfə daha tez cavab verəcək sensor ekranın hazırlanması ilə məşğul olacaqlar.

Tarix: 09/03/12 Yeni “iPad” –in özəllikləri məlum oldu

“Apple” şirkəti mart ayının 7-si tarixində çoxdan bəri gözlənilən tədbirini keçirib. “Apple” şirkətinin baş direktoru Tim Kuk tədbirdə bir çox yeniliklər təqdim edib. Təqdim edilən yeniliklərdən biri də “iPad” planşet kompyuteri olub. “İCTnews” elektron xəbər xidməti xəbər verir ki,

Tarix: 09/03/12 Yeni məhsulun adı “Yeni iPad” oldu?

Gözlənildiyi kimi, 7 mart San-Fransisko şəhərində keçirilən mətbuat konfransında “Apple” şirkətinin icraçı direktoru Tim Kuk tərəfindən yeni “iPad” təqdim edilib. Konfrans zamanı əvvəl güman edildiyi kimi, şirkət yeni məhsulu “iPad 3” və ya “iPad HD” deyil, sadəcə, “Yeni iPad” adlandırmağı təklif edib.

Tarix: 09/03/12 “IBM” korporasiyasından daha bir inqilabi ixtira

“IBM” korporasiyasının tədqiqat bölməsi 1 saniyə ərzində terabit (!) məlumat emal edə bilən optik prosessor nümunəsi yaradıb. “IBM” korporasiyasının məlumatına görə, yaradılmış prosessor nümunəsi hazırda kompyuter və serverlərdə istifadə edilən müasir prosessorlar ilə

Tarix: 07/03/12 “Samsung” yeni smartfon təqdim edib

“İCTnews” elektron xəbər xidməti bildirir ki, “Samsung” şirkəti “Galaxy Pocket” smartfonunu təqdim edib. Qurğu 320×240 piksel təsvir ölçülü 2,8 düymlü ekran ilə təchiz edilib və “Android 2.3” əməliyyat sistemi ilə işləyir. Qurğunun qiyməti, həmçinin çıxarılma tarixi haqqında məlumat verilməyib. Smartfon 832 MHs (meqahers) takt tezlikli prosessor, 2 meqapikselli kamera,

Tarix: 06/03/12 Ən sürətli robot-gepard (VİDEO)

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, ABŞ-ın “DARPA” Perspektiv Müdafiə Tədqiqatları Agentliyi robot-gepard təqdim edib. Robot-gepard “DARPA” laboratoriyasında aparılan sınaq zamanı saatda 29 km qaçış sürətinə nail ola bilib. Beləliklə, 1989-cu ilin rekordu təzələnib.

Tarix: 06/03/12 “Samsung” şirkəti ilk ikinüvəli pleyerini təqdim edib

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Samsung” şirkəti ikinüvəli ”Galaxy Player 70 Plus” portativ multimedia pleyerini təqdim edib. Qurğu 5 meqapikselli kamera, 1 QHs (qiqahers) takt tezlikli prosessor, “Wi-Fi” və “Bluetooth” modulları ilə təchiz edilib.

Tarix: 03/03/12 Bir kompyuterin köməyi ilə 100-lərlə kompyuter yaratmaq mümkün oldu

“Artıq bir kompyuterin köməyi ilə 100-lərlə kompyuter yaratmaq mümkündür. Bu imkanları istifadəçilərə “NComputing L300” kompyuter əvəzləyicisi verir”.








19 Mart 2024

18 03 2024