bölmədə 2950 material var

Tarix: 11/02/14 Böyük Britaniyada simsiz enerjidoldurma ilə təchiz edilmiş elektrik avtobusları istifadəyə verilib

Londondan 72 km şimalda Milton-Kins şəhərciyində istifadəyə verilmiş avtobus marşrutunda işləyəcək elektroavtobuslar asfalta quraşdırılmış induksiya makarası ilə enerji toplayır.

Tarix: 10/02/14 “Dyson” robot texnikasına investisiya yatıracaq

Böyük Britaniyanın kondisioner, tozsoran və digər məişət texnikası istehsalçısı “Dyson” şirkəti London İmperiya Universiteti yanında robot texnikasının yaradılmasına 8 milyon avro yatıracaq. Yeni laboratoriyada aparılacaq tədqiqatlar gələcək robotlar üçün videosistemlərin yaradılmasına yönəldiləcək.

Tarix: 10/02/14 Yeni sistem bədənin qoxusuna görə insanları tanıyır

Madrid Politexnik Universitetindən ispaniyalı tədqiqatçılar “Ilía Sistemas” şirkətinin mütəxəssisləri ilə birgə hazırladığı yeni biometrik identifikasiya texnologiyası bədənin qoxusuna görə insanları tanımağa icazə verir.

Tarix: 10/02/14 Kanada mühəndisləri şüşənin möhkəmliyini artıran texnologiya icad ediblər

Kanada mühəndislər qrupu şüşənin möhkəmliyini təxminən 200 dəfə artırmağa imkan verən texnologiya kəşf ediblər.

Tarix: 06/02/14 “Sony” kompüter istehsalı üzrə biznesini satacaq

“Sony” şirkəti kompüter və “Vaio” noutbuklarının buraxılışı üzrə bölməsini “Japan Industrial Partners” (JIP) investisiya fonduna satacaq. Bu haqda şirkətin saytında yazılıb. Sazişin məbləği açıqlanmır.

Tarix: 06/02/14 Ucuz smartfon qiymətinə masaüstü kompüter

“Asus” şirkəti “Chrombox” adlı yığcam mini-kompüterini təqdim edib. Qurğu “Intel Haswell” prosessoru və “Chrome OS” “bulud” əməliyyat sistemi ilə təchiz edilib. Aparat məktəb, mehmanxana, mağazalarda istifadəyə hesablanıb.

Tarix: 06/02/14 Fotoportretlər əsasında insan sifətinin tanınması üçün bu il yeni metodlar tədqiq olunacaq

Bu il fotoportretlər əsasında insan sifətinin tanınması üçün metod və alqoritmlərin işlənməsi mövzusu üzrə insan sifətinin irqi mənsubiyyətinin həndəsi əlamətlərə əsasən tanınma metodları tədqiq olunacaq.

Tarix: 06/02/14 Yeni yaradılan superkompüter istifadəçisinin falına baxacaq

“IBM” şirkətinin mühəndisləri “Watson” superkompüterinə psixoanalizin əsaslarını öyrədərək onu yeni sahədə tətbiq etməyə başlayıblar.

Tarix: 06/02/14 Bu noutbukdan ancaq nənələr istifadə edə bilər

Yaponiyanın “Fujitsu” şirkətinin təqdim etdiyi “Lifebook AH90/P” noutbukunun ikinci adı “Grannote”dur və qurğu 60 və daha yaşlı insanlar üçün nəzərdə tutulub.

Tarix: 06/02/14 “IBM” Amerika hərbçiləri üçün avtomatik sıradan çıxan çiplər hazırlayır

ABŞ Qabaqcıl Tədqiqat Layihələr Agentliyi (DARPA) “IBM” şirkətinə avtomatik sıradan çıxan çiplərin hazırlanmasını sifariş edib.

Tarix: 05/02/14 Yaponiyada innovativ videoyayım sistemi sınaqdan keçirilir

Yaponiyanın nəhəng “Nippon Telegraph and Telephone” (NTT) telekommunikasiya şirkəti və “Dwango” müəssisəsi tamaşaçılara səhnəyə müxtəlif mövqe və bucaqlardan tamaşa etməyə imkan verəcək innovativ videoyayım sistemini layihələşdirir.

Tarix: 05/02/14 Biometrik texnologiyalar dövrü gəlir

Analitiklər korporativ sektorda mobil qurğularda biometrik autentifikasiyanın populyarlaşmasını proqnozlaşdırırlar: 3 il sonra təşkilatların 30%-i ondan istifadə edəcək.

Tarix: 04/02/14 “iPhone 6” smartfonu 2 formada istehsal ediləcək

Mətbuatda dəfələrlə getmiş informasiyaya əsasən, 2014-cü ildə “Apple” iki “iPhone” modeli buraxılacaq. Bu gün insayder mənbələrinə istinadən “KDB Daewoo Securities Research” analitikləri bu məlumatları təsdiqləyib.

Tarix: 03/02/14 Yaponiyada üzlərin avtomatik tanınması sistemi sınaqdan keçiriləcək

Yaponiya KİV-nin məlumatına görə, Yaponiya Milli İnformasiya və Rabitə Texnologiyaları İnstitutundan mütəxəssislər qrupu ölkədə birinci üzlərin avtomatik tanınması sistemini sınaqdan keçirməyi planlaşdırır.

Tarix: 03/02/14 Planşetə çevrilə bilən xrombuk təqdim edilib

“Liliputing” nəşri yazır ki, “Lenovo” şirkəti “ThinkPad Yoga 11e Chromebook” kompüterini təqdim edib. Qurğu “Chrome OS” əməliyyat sistemi ilə işləyən və transformerlər (planşetə çevrilə bilən noutbuk) sinfinə aid birinci qurğudur.








27 Mart 2017

27/03/17
“Ağıllı” lampalar “Əşyalar interneti”ndə ən geniş yayılmış qurğular olacaq

İnternetə qoşulan “ağıllı” lampalar yaxın bir neçə ildə “Əşyalar interneti” (Internet of Things, IoT) ekosisteminin

27/03/17
“Microsoft” ilk qatlanan noutbuk üçün patent alıb

ABŞ-ın “Microsoft” korporasiyası dünyada ilk qatlanan noutbukun satışı üçün xüsusi patent hüququ əldə edib

27/03/17
Görünən rənglərin sayını artıran optik qurğu yaradılıb

Viskonsi Universitetinin tədqiqatçılar qrupu insan gözünün rəng qəbulu qabiliyyətini artıran optik qurğu təqdim ediblər. 

27/03/17
Yeni süni dəri tipi günəş enerjisi ilə işləyir

Qlazqo Universitetinin tədqiqatçıları insan dərisi ilə müqayisədə daha həssas yeni süni dəri tipi yaradıblar. 

26 03 2017