bölmədə 3428 material var

Tarix: 12/02/13 Unikal “ağıllı” telefon

Yeni “BeoSmart” “ağıllı” telefonu analoqlarından unikallığı ilə seçilir. Bu “ağıllı” telefonun korpusu “Leica” fotokamerasının “M” seriyasını xatırladır. Mərkəz hissədə “B&O” güclü dinamikə malikdir.

Tarix: 11/02/13 Dünyanın ən ucuz planşetofonu istehsal ediləcək

Çinin “Mogu” telefon istehsalçısı “Android” platformasında işləyəcək dünyanın ən ucuz planşetofonunu istehsal etməyi planlaşdırır. Onun qiyməti 299 yuan (47,97 ABŞ dollar) təşkil edəcək.

Tarix: 11/02/13 Miqrendən əziyyət çəkənlərə şad xəbər

Belçikalı alimlərin hazırladığı yeni həll baş ağrısını aradan qaldırmağa kömək edir. Onların dediklərinə görə, “Cefaly” çənbərinin 20 dəqiqə müddətində taxılması miqrendən qurtulmaqda yardımçı ola bilər.

Tarix: 11/02/13 “Microsoft Surface Pro” planşetinin satışına başlanılıb

“Microsoft” korporasiyası qabaqcıl “Surface Pro” planşet kompüterinin ABŞ və Kanadada satışına başlanılmasını elan edib. Qurğunun 64 GB yaddaşlı versiyasının qiyməti 899 dollar, 128 GB tutumlunun isə 999 dollar təşkil edir,- “Cnews” yazır.

Tarix: 11/02/13 “Apple” "ağıllı" saatlarını sınaqdan keçirir

Tayvanın “Foxconn” zavodu “Apple” şirkətinin saatı xatırladan qol qurğusunun kütləvi istehsalına başlaya bilər. Kupertinodakı mühəndislər hazırda bu cür cihazı sınaqdan keçirirlər.

Tarix: 11/02/13 Bir bu qalmışdı, “Google” bunu da etməyə hazırlaşır

“Google” şirkəti öz aeroportunu tikmək niyyətindədir. Layihə 82 milyon həcmində qiymətləndirilir, hazırda instansiyalarda yoxlamadan keçir. Bu layihənin həyata keçirilməsi ilə “Blue City Holdings” və “Signature Aviation” şirkətləri məşğul olacaq.

Tarix: 11/02/13 Rəqəmli ev sərgisi keçiriləcək

24-27 aprel tarixlərində Litva Respublikasında “İntelligent Home-2013” adlı sərgi-konfrans keçiriləcək. “Rəqəmli ev sərgisi, məişət elektronikası, texniki avadanlıq və müasir məişət informasiya texnologiyaları” mövzusunda keçiriləcək tədbirdə azərbaycanlı iş adamları da iştirak edə bilər.

Tarix: 11/02/13 “İlk bionik insan” yaradılıb

Fevral ayının 5-də London Elm Muzeyində "dünyada ilk bionik insan" kimi elan edilmiş "Reks" adlı robot təqdim olundu. “ICTnews.az” elektron xəbər xidməti Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən bildirir ki, süni insan orqanlarından ibarət olan "Reks" vəzi, böyrəyi, dalağı, hətta nəfəs borusu ilə “lovğalana” bilər… Ürəksiz insan olarmı?

Tarix: 07/02/13 “Gresso” titan telefon istehsal edib

Lüks telefonlar istehsalçısı “Gresso” “Cruiser Titanium” aparatını istehsal edib. Onun monolit korpusu titandan hazırlanıb. Əlavə örtüyə ehtiyac yoxdur, allergiya yaratmır və mexaniki təsirlərə qarşı dayanıqlıdır.

Tarix: 07/02/13 2013-cü ildə ən çox gözlənilən texniki yeniliklər

Bu gün 2013-cü ildə baş verəcək texniki yenilikləri təsəvvür etmək çətindir. Hər yeni gün inqilabi texnoloji konsepsiyalar və kəşflərin meydana çıxmasıyla yadda qalır.

Tarix: 07/02/13 Robot-manipulyator şahmatçıyla heç-heçə oynadı

Sürətli şahmat üzrə dünya çempionu Sergey Karyakin ilə sənaye robotunun təkbətək dueli heç-heçə ilə nəticələnib. Titullu qrossmeyster idmançı ağlarla oynayıb.

Tarix: 07/02/13 “Asus” 7 düymlü planşet istehsal etməyə hazırlaşır

Tayvanın “Asustek Computer” şirkəti Barselonada keçiriləcək “Mobile World Congress 2013” mobil texnologiyalar sərgisində “Google Android” əməliyyat sistemi ilə işləyəcək yeni 7 düymlü planşetini təqdim etmək niyyətindədir. Planşetin özəlliyi ondan ibarətdir ki, o, səs rabitə funksiyaları ilə təchiz ediləcək.

Tarix: 06/02/13 Yeni robotlar planşet və “ağıllı” telefonların ekranını təmizləyəcək

Yaponiyanın “Takara TOMY” oyuncaq şirkəti “ağıllı” telefon və planşetlərin ləkəli ekranlarının təmizlənməsi üçün nəzərdə tutulmuş kiçik ölçülü robot istehsal edib. Robotun çəkisi batareyasız 82 qramdır. Qurğu iki təmizləyici element və hərəkət etmək üçün 3 ədəd çarxla təchiz edilib.

Tarix: 06/02/13 Gələcək haqda məlumat verən proqram yaradılıb

İsrail Texnologiya İnstitutunda çalışan alimlər “Microsoft” şirkətinin mütəxəssisləri ilə birgə maraqlı kompüter proqramı hazırlayıblar. “ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, proqram sabah hansı hadisələrin baş verə biləcəyini proqnozlaşdırır.

Tarix: 06/02/13 “Samsung” şirkəti yeni “ağıllı” telefonlar təqdim edib

“Samsung” şirkəti “Galaxy Young” və “Galaxy Fame” “ağıllı” telefonlarını təqdim edib. Hər ikisi ucuz aparatlar seqmentinə aiddir, lakin Koreya istehsalçısı onların qiyməti haqqında məlumat verməyib. “Android 4.1” əməliyyat sistemi quraşdırılıb.








19 Mart 2024

18 03 2024