bölmədə 3428 material var

Tarix: 09/04/13 “Ultra HD” formatlı televizor

“Sony” şirkəti “NAB 2013” sərgisində “4K Ultra HD” (3840x2160) formatlı iki yeni “Bravia” televizoru təqdim edib. “XBR-55X900A” modelində ekranın diaqonalı 55 düymdən ibarətdir. Onun qiyməti təxminən 5 min dollardır. “XBR-65X900A” modelində ekranın diaqonalı 65 düymdür və onun qiyməti 7 min dollardır.

Tarix: 08/04/13 Azərbaycanın ilk universal avtomobili istehsal edilib

“Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən universal avtomobil nümunəsi istehsal edilib.

Tarix: 08/04/13 İşıq diodları ilə işləyən optik şəbəkə verilənləri 3 Qbit/san sürətlə ötürür

Almaniyalı tədqiqatçılar “Visible Light Communication” adlanan verilənlərin optik ötürülməsi texnologiyasını hazırlayıblar ki, bu da otaq şəraitində adi işıq saçan işıq diodları vasitəsilə verilənləri naqilsiz ötürməyə imkan verir. Adıçəkilən texnologiya 2011-ci ildə hazırlanıb və o zaman onun sürəti 800 MHz/san olub.

Tarix: 08/04/13 "ZTE" 180 dollardan ucuz dördnüvəli smartfon istehsal edib

"ZTE" şirkəti 180 dollardan ucuz büdcəyə uyğun dördnüvəli smartfon istehsal edib. Lakin "V965" modelini yalnız Çində satın almaq olar. Aparat 1,2 QHs takt tezlikli dördnüvəli "MediaTek MT6589" çipi ilə təchiz edilib.

Tarix: 08/04/13 Amerika bankomatlarında videoçat funksiyası istifadəyə veriləcək

2013-cü ilin aprelindən başlayaraq "Bank of America" müştəri və maliyyə müəssisəsinin mütəxəssisləri arasında videoçat yaratmağa imkan verən sistemlə təchiz edilmiş yeni nəsil bankomatların quraşdırılmasına başlayacaq.

Tarix: 05/04/13 “Symantec”: “İstifadəçilər smartfonlarını kifayət qədər yaxşı qorumurlar”

“Symantec” şirkəti Avropa və Rusiya vətəndaşlarının mobil qurğu və mobil internetdən istifadəsinin xüsusiyyətlərinə həsr edilmiş hesabat dərc edib.

Tarix: 04/04/13 “Samsung”dan “Galaxy Win”

“Samsung” şirkəti “Galaxy Win” smartfonunu təqdim edib. Qurğu 480×800 piksel təsvir ölçülü 4,7 düymlü “TFT” ekran, 1.2 QHs takt tezlikli dördnüvəli prosessor və 5 meqapikselli əsas kamera ilə təchiz edilib.

Tarix: 04/04/13 “Apple” şirkəti yeni “iPhone” modeli istehsal edəcək

Amerikanın elektronika nəhəngi "Apple" şirkəti bu rüb yeni "iPhone" smartfonu istehsal edəcək. Britaniyanın “BBC” radiostansiyası bildirib ki, qurğu ölçü və formasına görə "iPhone 5" smartfonunu xatırladacaq.

Tarix: 03/04/13 ABŞ insan beyninin iş fəaliyyətini vizuallaşdıracaq

ABŞ prezidenti Barak Obama “BRAIN” (Brain Research through Advancing Innovative Neurotechnologies – ən qabaqcıl neyrotexnologiyalar vasitəsilə beynin öyrənilməsi) adlanan yeni tədqiqat proqramına start verildiyini bəyan edib.

Tarix: 03/04/13 “Google” şirkəti iyulda “Nexus” planşetinin yeni versiyasının satışına başlayacaq

“Google” bu ilin iyulunda “Snapdragon” prosessoru ilə təchiz edilmiş “Nexus 7” planşet kompüterinin yeni versiyasının satışına başlayacaq. Bu barədə şirkətin anonim mənbələrinə istinadən “Röyters” agentliyi məlumat yayıb. Xatırladaq ki, qurğunun ilk versiyası “Tegra 3” prosessoru ilə təchiz edilib.

Tarix: 02/04/13 “HTC” yeni smartfonunu təqdim edib

Tayvanın “HTC” şirkəti “Android” əməliyyat sistemi ilə işləyən orta səviyyəli “Desire P” smartfonunu təqdim edib. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, aparat iki ədəd 1 QHs takt tezlikli “Qualcomm Snapdragon MSM8225 S4 Play” prosessoru və “Adreno” qrafik sürətləndiricisi ilə təchiz edilib.

Tarix: 02/04/13 Smartfonlarda “danışan” reklamlar peyda olacaq (VİDEO)

Nitqin tanınması sahəsində proqram təminatı istehsalçısı “Nuance” şirkəti mobil reklam sahəsində eksperimental layihə istifadəyə verib. Şirkət istifadəçilərlə “danışan” reklamların perspektivliyini yoxlamaq niyyətindədir.

Tarix: 02/04/13 Rekord tutuma malik batareya ilə təchiz edilmiş smartfon hazırlanıb

Çinin “Ding Xuan” şirkəti 4,5 düymlü smartfon təqdim edib.

Tarix: 01/04/13 Yapon alimləri ətir yayan displey istehsal ediblər

Tokio Universitetinin alimlərinin hazırladığı displey ətir yayır. “ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, yüklənmiş gelin displeyin kənarlarında yerləşdirilmiş dörd xüsusi dəlik vasitəsilə buxarlanması nəticəsində ətir yaranır.

Tarix: 01/04/13 Mobil qurğularda real vaxt rejimində “HD” formatlı daha keyfiyyətli videogörüntüyə baxmaq olacaq

Müasir mobil qurğuların məhsuldarlığı durmadan artır, eyni zamanda onların funksional imkanları da təkmilləşdirilir. Lakin telefon və ya planşet kompüterdə internet üzərindən “HD” formatında filmə baxmaq kifayət qədər vaxt alır, çünki müasir mobil “Wi-Fi”-ın və ya mobil ötürücü aparatların gücü hələ zəifdir.








19 Mart 2024

18 03 2024