bölmədə 3428 material var

Tarix: 08/07/13 Günəş batareyaları ilə təchiz edilmiş təyyarə ABŞ üzərindən uçuş həyata keçirib

“Röyters” agentliyinin yaydığı məlumata əsasən, İsveçrə mütəxəssisləri tərəfindən qurulmuş və günəş batareyaları ilə təchiz edilmiş “Solar Impulse” təyyarəsi iyulun 6-da ABŞ-ın kontinental hissəsi üzərindən uçuşu başa vurub.

Tarix: 06/07/13 "Huawei" dünyanın ən nazik smartfonunun satışlarına başlayıb

Böyük Britaniyada "Ascend P6" smartfonunun satışlarına başlanılıb. Dumanlı Albionda operatora "bağlanmamış" aparatın qiyməti 450-500 dollar olacaq, müqavilə ilə isə ayda 30 dollar təşkil edəcək.

Tarix: 06/07/13 Bu da 41 meqapiksellik smartfon (FOTO)

Mobil telefonlar haqqında xəbərlərin işıqlandırılması üzrə ixtisaslaşmış bloqer EVLeaks "Twitter" mikrobloqunda "Nokia" şirkətinin yeni, hələ təqdim edilməmiş smartfonunun fotoşəklini dərc edib.

Tarix: 05/07/13 Smartfonlar 3 Qb əməli yaddaşla təchiz ediləcək

Son bir neçə il ərzində mobil qurğuların məhsuldarlığı bir neçə dəfə artıb. Hazırda smartfon istehsalçıları səkkiznüvəli prosessor və daha həcmli əməli yaddaşı mənimsəyirlər.

Tarix: 04/07/13 Smartfonlar istifadəçinin əhval-ruhiyyəsini təyin edəcək

“Microsoft” korporasiyası smartfonun avtomatik istifadəçinin əhval-ruhiyyəsini müəyyənləşdirməyə və bu informasiyanı sosial şəbəkəyə göndərməyə imkan verən texnologiyanın yaradılması üzərində işləyir.

Tarix: 03/07/13 “Pantech” şirkəti “Vega Q" smartfonunu təqdim edib

“Pantech” şirkəti toz və sudan qoruyan korpusla təchiz edilmiş yeni “Vega Q” smartfonunu təqdim edib. Sözügedən aparat suda 1 metrədək dərinlikdə işləməyə “qadirdir”.

Tarix: 03/07/13 “Philips” şirkəti iki “SİM” kart dəstəkləyən smartfon təqdim edib

“Philips” şirkəti turizm və istirahət həvəskarları üçün “Xenium W8500” adlanan smartfon təqdim edib. Aparat iki “SİM” kartı dəstəkləyir və bunun sayəsində səyahətlər zamanı qənaət etmək mümkün olacaq, həmçinin sukeçirməz korpusla təchiz edilib.

Tarix: 03/07/13 “Google” eynəkləri brauzerlə təchiz edilib

“Google” şirkəti “Google Glass” eynəkləri üçün buraxdığı növbəti yenilənməni brauzerlə təchiz edib.

Tarix: 02/07/13 Yeni texnologiya sayəsində hətta divarların arasını görmək mümkün olacaq

Massaçusets İnstitutunun bir qrup tədqiqatçısı, obyektlərin hərəkətini divar arasından izləməyə imkan verən yeni “Wi-Vi” texnologiyası üzərində işləyirlər.

Tarix: 02/07/13 Amerikalının qulağına dinamik implantasiya ediblər

ABŞ-dan 34 yaşlı entuziast Riç Linin qulağına qulaqlıq implantasiya edilib. İmplantat traqus (xarici qulaq girəcəyinin qabağında olan üçbucaq şəklində çıxıntı) yerləşib.

Tarix: 02/07/13 İspaniyada “FirefoxOS” ilə işləyən ilk smartfonun satışlarına başlanılır

İspaniyanın “Telefonica” şirkəti dünyada ilk dəfə “Firefox” əməliyyat sistemi (ƏS) ilə işləyən smartfonların satışına başlayır. “Firefox OS” sistemi “HTML 5” modeli əsasında yaradılıb.

Tarix: 28/06/13 “Samsung” bükülən “OLED”-televizor təqdim edib

Koreyanın “Samsung Electronics” şirkəti bükük ekran formasına malik ilk “OLED”-televizor təqdim edib. Televizorun qiyməti Cənubi Koreyada təxminən 13 min dollar təşkil edəcək.

Tarix: 28/06/13 ”Lola B12 69/EV” elektrik avtomobili saatda 328 kilometr sürətlə hərəkət edib

Britaniyanın “Drayson Racing Technologies” şirkətinin mühəndisləri tərəfindən hazırlanmış “Lola B12 69/EV” yarış elektrik avtomobili son sınaqlar zamanı saatda 328 kilometr sürətlə hərəkət edib və yeni dünya rekordu təyin edib.

Tarix: 27/06/13 Baxışla idarə olunan ilk ultrabuk yaradılıb

İsveçin “Tobii” şirkəti artıq bir neçə ildir noutbuklara gözlərin hərəkətini izləyən texnologiyanın inteqrasiyası ilə məşğuldur. Adıçəkilən şirkət  belə qurğunu 2011-ci ildə “CeBIT” sərgisində təqdim edib.

Tarix: 25/06/13 “HTC One” smartfonu qızıla bürünüb

“Goldgenie” saytı zəngin istifadəçilər üçün “HTC One” smartfonunun elit versiyasını satışa çıxarıb. “Android” platforması ilə işləyən smartfonun arxa qapağı və yan tərəfləri ən yüksək əyarlı təmiz qızılla bəzədilib. Smartfon albalı ağacından hazırlanmış eksklüziv qutuda tədarük edilir.








19 Mart 2024

18 03 2024