bölmədə 3428 material var

Tarix: 01/10/14 “Samsung” ilk bükük kompüter monitorunun satışına başlayır

“Samsung” şirkəti 2014-cü il oktyabrın 1-dən ABŞ-da bükük maye kristal monitorların satışına başlayacaq.

Tarix: 01/10/14 2015-ci ildə modulyar smartfonlar bazara çıxarılacaq

“Google Project Ara” layihəsinin rəhbəri Pol Yeryomenko modulyar smartfonların hazırlanması ilə bağlı ətraflı məlumat verib. Modulyar smartfonların çıxarılması növbəti ilin əvvəlinə nəzərdə tutulub.

Tarix: 30/09/14 “Samsung” şirkəti ucuz “Galaxy Ace Style LTE” smartfonunu buraxıb

“Samsung” şirkətinin mobil telefon bazarında əsas özəlliyi bütün, həmçinin ucuz seqmentlərdə olmasıdır. Cənubi Koreya nəhənginin son aparatı məhz sonuncu üçün nəzərdə tutulub.

Tarix: 30/09/14 Tailand hökuməti turistləri xüsusi qolbaqla təchiz edəcək

Tailand hökuməti kurortlarda təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə turistlər üçün identifikasiya nömrəli xüsusi bilərzik sisteminin tətbiqi imkanını müzakirə edir.

Tarix: 30/09/14 “Windows Phone” ilə işləyən smartfonların 40%-nə əməliyyat sisteminin yeni versiyası quraşdırılıb

“AdDuplex” reklam şirkətinin hesablamasına görə, “Windows Phone 8.1” əməliyyat sistemi “Microsoft”un platforması ilə idarə olunan mobil qurğuların 40%-nə quraşdırılıb.

Tarix: 30/09/14 “ASUS” şirkəti “AsusPro BU201” biznes-noutbukunu nümayiş etdirib

“ASUS” yığcam kompüter model cərgəsinə biznes auditoriya üçün nəzərdə tutulmuş “AsusPro BU201” modelini əlavə edib.

Tarix: 30/09/14 “Apple”ın əsas tərəfdaşı ucuz elektrik avtomobillərinin istehsalı ilə məşğul olacaq

Ən böyük elektronika istehsalçısı və “Apple”ın əsas tərəfdaşı olan Çinin “Foxconn” şirkəti ucuz elektrik avtomobillərinin kütləvi buraxılışına hazırlaşır.
 

Tarix: 29/09/14 “Intel” daşınan qurğular üçün sensor çiplər hazırlayır

“Intel” yeni sensor çip ailəsini hazırlayır. Gələcəkdə bu çiplər daşınan elektronika, robot, pilotsuz aparatlar və başqa elektronikada istifadə edilə bilər.

Tarix: 29/09/14 “Huawei X3”: 8 nüvəli çip və “LTE Cat 6” şəbəkəsini dəstəkləyən birinci smartfon

“Huawei Technologies” şirkəti yeni “X3” smartfonunu nümayiş etdirib. Yeni aparat səkkiznüvəli çiplə təchiz edilib və “LTE Cat 6” şəbəkəsini dəstəkləyir.

Tarix: 29/09/14 Dünyanın ən yığcam “3G” modulu sertifikatlaşdırılıb

“U-blox” şirkətinin “SARA-260” adlı dünyanın ən yığcam “3G” modulu “AT&T” sertifikatını keçib. Nəticədə bu qurğunu adı çəkilən operatorun şəbəkələri üçün nəzərdə tutulmuş avadanlıqda tətbiq etmək olar.

Tarix: 29/09/14 “BlackBerry” 200 mindən çox “Passport” smartfonu satıb

Kanadanın “BlackBerry” şirkətinin nümayəndəsi bəyan edib ki, artıq ötən həftə satışa çıxarılmış qabaqcıl “BlackBerry Passport” smartfonunun  200 min nüsxəsini satıb. Hazırda sözügedən smartfon yalnız ABŞ-da və Kanadada satılır və qiyməti 600 dollar təşkil edir.
 

Tarix: 27/09/14 Kardioqrammadan parol kimi istifadə edilə bilər

“Bionym” startapı cəlb etdiyi 14 milyon dollar; “Nymi” qolbağının istehsalına başlamaq üçün xərcləməyi planlaşdırır. “Nymi” ürəyin elektrik aktivliyini ölçür və bu məlumatı mobil qurğu və fərdi kompüterə giriş üçün parol kimi istifadə edir.

Tarix: 26/09/14 “Vertu” 10 min dollarlıq smartfon hazırlayıb

“Vertu” şirkəti “Android” platforması ilə işləyən yeni “Aster” smartfonunu nümayiş etdirib. Aparat texniki xarakteristikalarına görə “Signature Touch”a oxşardır, ancaq görünüşcə fərqlənir. “Vertu” öz standart işləməsindən (titan ərinti və dəri) imtina etməyib.

Tarix: 25/09/14 İsveçdə musiqi alətləri 3D printerin köməyi ilə çap edilmiş qrupun birinci konserti olub

Ehtimal ki, 3D printerlər hələ ki tezliklə populyarlaşmayacaq, ancaq onların tətbiq dairəsi daima genişlənir. “Engadget” portalı yazır ki, İsveçdə musiqi alətləri 3D printerdə çap edilmiş qrupun birinci konserti olub.

Tarix: 25/09/14 Günəş batareyaları ilə işləyən avtomobil 500 km-dən çox məsafəni qət edib

“Agence France-Presse” yazır ki, günəş batareyaları ilə işləyən avtomobil Los-Ancelesdən San-Fransiskoyadək 560 km məsafəni qət edib.








19 Mart 2024

18 03 2024