bölmədə 3428 material var

Tarix: 28/10/13 Retina displeyli “iPad Mini” defisit olacaq

Satışlara başlandıqdan sonra Retina displeylə təchiz edilmiş “iPad Mini” planşetini satın almaq, demək olar ki, mümkün olmayacaq. Məsələ ondadır ki, “Apple”ın tərəfdaşları tələb olunan miqdarda yeni planşet yığmağın öhdəsindən gəlmirlər.

Tarix: 28/10/13 “LG”-dən cızıq və əl izlərinə davamlı yeni smartfon

“LG Electronics” şirkəti tərəfindən elan edilmiş texniki spesifikasiyaya əsasən, “LG G Flex” smartfonu 720p təsvir ölçülü 6 düymlük bükük ekranla təchiz ediləcək.

Tarix: 26/10/13 Avropada mobil qurğuları daha çox onlayn alırlar

 “ComScore” şirkətinin bu yaxınlarda işıq üzü görən hesabatına əsasən, Avropa İttifaqında onlayn ticarət saytlarına daxil olan smartfon və digər mobil qurğu istifadəçilərinin son 12 ay ərzində sayında 43 faiz artım qeydə alınıb.

Tarix: 25/10/13 4.3 düymlük ekranlı “Sony Xperia Z1S” smartfonunun fotoşəkli dərc edilib

“Sony Viet” saytı “Android” platforması ilə işləyən “Sony Xperia Z1S” smartfonunun fotosunu dərc edib. Qeyd edək ki, aparat hələ elan edilməyib

Tarix: 24/10/13 “LG” şirkəti “Firefox OS” ilə işləyən ilk smartfonunu istehsal edib

“LG” şirkəti “Firefox OS” əməliyyat sistemi ilə işləyən ilk smartfonunu istehsal edib. Cihaz “Fireweb” adlanır.
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, təqdim edilmiş model 480x320 nöqtə təsvir ölçülü 4 düymlük sensor TFT ekran və 1 QHs takt tezlikli “Qualcomm” prosessoru ilə təchiz edilib.

Tarix: 23/10/13 “iPad mini” planşeti “Retina” ekranla təchiz ediləcək

“Apple” şirkəti oktyabrın 22-də ikinci nəsil “iPad mini” planşetini təqdim edib.
Sözügedən qurğuda əsas yenilik yüksək təsvir ölçülü (2048x1536 nöqtə ekran və 64 bit prosessordur. Bu prosessor “iPad Air” və “iPhone 5s” qurğularında da tətbiq edilib.

Tarix: 23/10/13 “Windows Phone” sistemli ən böyük smartfonlar nümayiş olunub

“Nokia” şirkəti Əbu-Dabidə keçirilən illik “Nokia World” təqdimat mərasimində “Lumia 1520” və “Lumia 1320” smartfon modellərini nümayiş etdirib. Qeyd edilməlidir ki, 6 düym ekranlı qurğular hazırda “Windows Phone” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən böyük aparatlar hesab edilir.

Tarix: 23/10/13 “Apple” yeni planşetini təqdim edib

“Apple” şirkəti oktyabrın 22-də “iPad” planşetlərinin yeni nəslini təqdim edib.

Tarix: 21/10/13 Tokioda informasiya eynəyi xarici turistlər üçün bələdçiləri əvəzləyəcək

Tokio şəhər hakimiyyəti xarici turistləri Yaponiya paytaxtının görməli yerləri ilə tanış etmək üçün bələdçi rolunu oynayacaq xüsusi informasiya eynəyini sınaqdan keçirir. Bu barədə yerli KİV məlumat verib.

Tarix: 19/10/13 Velosiped üçün “ağıllı” təkər yaradılıb

Son illər velosipedçilər üçün daha çox yeni qurğu və tətbiqlər yaradılır və nəticədə onunla gəzinti daha əlverişli və maraqlı əyləncəyə çevrilib. Son yeniliklərdən olan smart “FlyKly”-in arxa təkərini istənilən velosipedə sərbəst quraşdırmaq olar.

Tarix: 19/10/13 2560×1440 nöqtə təsvir ölçüsünə malik smartfonun istehsala hazırlanır

“Vivo” ticarət markası ilə smartfonlar istehsal edən Çinin “BBK” şirkəti “Xplay3S” aparatının tizerini internetdə yerləşdirib. Onun əsas üstünlüyü bu cür qurğular üçün rekord təsvir ölçüsünə (2560x1440) malik ekran olacaq. Diaqonal barədə məlumat yoxdur.

Tarix: 18/10/13 “Nexus 5” smartfonu haqqında internetə məlumat sızıb

“Google Play” mağazasında “Nexus 5” smartfonu və onun təsviri haqqında informasiya yerləşdirilib. Bir müddət ötdükdən sonra cihaz haqqında informasiya silinib, lakin jurnalistlər ekran görüntüsünü çəkməyə macal tapıblar.

Tarix: 18/10/13 İlk sabit "mobil" “Ubuntu” təqdim edilib

“Canonical” şirkəti oktyabrın 17-də “Ubuntu 13.10 Saucy Salamander” əməliyyat sisteminin sabit versiyasını çıxarıb. Versiyanın xüsusiyyəti ondan ibarətdir ki, o, yalnız kompüter və serverlərdə deyil, həm də smartfon və planşetlərdə işləmək qabiliyyətinə malikdir.

Tarix: 18/10/13 “Nokia” şirkəti qolbaq formasında kompüteri patentləşdirəcək

“Engadget” yazır ki, “Nokia” şirkətinin ABŞ Patent Qurumuna təqdim etdiyi müraciətdə qolbaq şəklində mobil qurğu təsvir edilib. Qolbağın hər bir həlqəsinə sensor ekran quraşdırılıb.

Tarix: 18/10/13 Smartfonlar üçün qoxu yaradan cihaz

Yaponiyanın “Senti” (Scentee) şirkəti smartfonlar üçün xüsusi başlığı satışa çıxaracaq. Bu barədə Rusiyanın “İTAR TASS” agentliyi məlumat yayıb. Bu kiçik cihazın sayəsində smartfondakı “qadjet” nəinki səsi və videoməlumatı ötürə biləcək, hətta qoxular yarada biləcək.








19 Mart 2024

18 03 2024