bölmədə 3428 material var

Tarix: 06/05/13 Ölkəmizdə kompüter proqramlarından istifadə etməklə torpaqsız şəraitdə qızılgül yetişdirilir

Azərbaycanda kompüter proqramlarından istifadə etməklə torpaqsız şəraitdə qızılgül yetişdirilir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bunun üçün yaradılan istixana ən müasir tələblərə cavab verən və tam sənaye səviyyəsində avadanlıqla təchiz olunub.

Tarix: 02/05/13 1 milyon dollarlıq noutbuk satışa çıxarılıb

Bahalı qurğuların istehsalı ilə məşğul olan Britaniyanın “Luvaglio” şirkəti, nəhayət, 1 milyon dollarlıq noutbukunu satışa çıxarıb. 2007-ci ildə yaradılmış kompüter hazırda dünyanın ən bahalı noutbukudur.

Tarix: 02/05/13 Mühəndislər kiçik gepard robot yaradıblar (VİDEO)

İsveçrə Federal Texnologiya İnstitutunun “Biorobotics lab” adlanan laboratoriyasının mütəxəssisləri “Cheetah-Cub” adlı dördayaqlı robot hazırlayıblar.

Tarix: 02/05/13 Yeni sukeçirməyən smartfon təqdim edilib

Yaponiyanın “Sony” şirkəti yeni “Xperia ZR” smartfonunu təqdim edib. “ICTnews.az” elektron xəbər xidməti “telegraf.com.ua” saytına istinadən bildirir ki, sözügedən aparatın əsas dizaynı “Xperia Z” smartfonunu xatırladacaq.

Tarix: 01/05/13 Bu qədər sürətlə məlumat otürən şəbəkə kartı olmamışdı

Çinin “Huawei” şirkəti dünyada ilk 1Tbit/s sürətlə məlumat otürən şəbəkə kartını təqdim edib. “ICTnews” xəbər xidmətinin www.cybersecurity.ru saytına istinadən verdiyi məlumata əsasən, klaster arxitekturu operator magistral şəbəkələrində istənilən nasazlıqlara dayanıqlı yüksək məsuldarlığa malik olan yönləndirmə sistemlərinin yaradılması üçün geniş istifadə edilir.

Tarix: 30/04/13 Zədələnməyən smartfon

“Synrgic Technology” şirkəti “Android 4.0.4 Ice Cream Sandwich” mobil əməliyyat sistemi ilə işləyən “Uno” smartfonunu təqdim edib. Sözügedən aparat 1.5 QHs takt tezlikli ikinüvəli “TI OMAP 4470” prosessoru ilə təchiz edilib.

Tarix: 30/04/13 “NFC” texnologiyasını dəstəkləyən mobil telefonların tədarük həcmi təxminən 10 dəfə artacaq

“NFC” texnologiyası və onun əsasında həyata keçirilən simsiz mobil ödənişlər getdikcə müasir smartfonlarda daha çox istifadə edilir. Bunu nəzərə alaraq, 2012-2017-ci illərdə “NFC” modulları ilə təchiz edilmiş mobil telefonların tədarük həcmi təxminən 10 dəfə artacaq.

Tarix: 30/04/13 “Google”: 2029-cu ilədək süni intellekt yaradılacaq

“Google” şirkətinin texniki direktoru Rey Kursveyl bu yaxınlarda bildirib ki, şirkətin mütəxəssisləri hazırda tam dəyərli süni intellektin yaradılması üzərində işləyirlər. Söhbət özü öyrənə, daxil olan informasiyanı müstəqil təhlil edə bilən kompüter sistemindən gedir. İlkin proqnoza əsasən, sözügedən sistemin tam versiyası 2029-cu ilin sonunadək işıq üzü görə bilər.

Tarix: 30/04/13 5 düymlü “Full HD” təsvir ölçülü ekranla təchiz edilmiş smartfon istehsal edilib

“LG” şirkəti yeni smartfon istehsal edib. “LG Optimus GK” smartfonu 5 düymlü “Full HD” təsvir ölçülü “IPS” ekran, həmçinin 1,7 QHs takt tezliyində işləyən dördnüvəli “Snapdragon 600” prosessoru, 2 QB əməli yaddaş, 16 QB daxili fləş-yaddaş və “microSD” formatlı yaddaş kartları üçün slotla təchiz edilib.

Tarix: 30/04/13 “Samsung” şirkəti “Galaxy Tab 3” planşetini təqdim edib

“Samsung” şirkəti “Samsung Galaxy Tab 3” planşetini rəsmi təqdim edib. “ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Samsung Galaxy Tab 3” planşeti 1280x800 piksel təsvir ölçülü 7 düymlü ekran, 1.2 QHs takt tezlikli ikinüvəli prosessor, 16 QB daxili yaddaş ilə təchiz edilib.

Tarix: 30/04/13 1 petaflops məhsuldarlığa malik ilk superkompüter işə salınıb

ABŞ-ın İndiana Universiteti “Cray” şirkəti tərəfindən yaradılmış “Big Red II” adlanan superkompüterin istifadəyə verilməsini elan edib. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, sözügedən hesablama sisteminin pik məhsuldarlığı 1 petaflops (saniyədə üzən vergüllə kvadrillion əməliyyat) təşkil edir.

Tarix: 29/04/13 5 il sonra formasını dəyişən smartfonlar dünyanı fəth edə bilər

Kvins Universitetində çalışan kanadalı tədqiqatçılar “MorePhone” adlanan yeni smartfon hazırlayıblar. Sözügedən cihazlar öz formasını dəyişdirə bilər.

Tarix: 29/04/13 6.93 mm qalınlığında smartfon təqdim edilib

Çinin “Oppo” şirkəti 720×1280 piksel təsvir ölçülü 4.7 düymlü sensor displeylə təchiz edilmiş “R809T” smartfonunu təqdim edib. Şayiələrin əksinə olaraq, aparatın korpusunun qalınlığı 6.13 mm deyil, 6.93 mm təşkil edir. Müqayisə üçün, ötən ilin yazında təqdim edilmiş “Oppo Finder” smartfonunun qalınlığı 6.65 mm-dir.

Tarix: 29/04/13 “Galaxy S4” su keçirməyəcək

“The Wall Street Journal” nəşrinin məlumatına əsasən, “Samsung Electronics” şirkəti yayda bu günədək anons edilməmiş 8 düymlük planşet və “Galaxy” ailəsinə aid olan smartfon buraxmağa hazırlaşır.

Tarix: 27/04/13 Smartfonların "günəş" enerjisi ilə qidalanması erası başlayır

Analitiklər günəş enerjisi vasitəsilə smartfonları enerji ilə dolduran aksesuar bazarının inkişafını proqnozlaşdırır. Elektrik şəbəkəsindən istifadə mümkünsüz olan yerdə akkumulyatoru enerji ilə doldurmağa imkan verən yığcam qurğular yüksək qiymət, əlverişsiz form-faktor və funksionallığının məhdudluğuna görə kütləvi bazarda uğur qazana bilmirdi.








19 Mart 2024

18 03 2024