bölmədə 3428 material var

Tarix: 09/03/13 Dördnüvəli prosessorla təchiz edilmiş mikrokompüter təqdim olunub

85 dollar qiymətinə təklif edilən “Unuiga U28” mikrokompüteri sifariş üçün əlçatandır. Fləş brelok ölçüsündə olan qurğu dördnüvəli “AllWinner A31” prosessoru ilə təchiz edilib.

Tarix: 06/03/13 20 il ömrü olan akkumulyator yaradılıb

“Ağıllı” telefon üçün 20 il müddətinə enerji doldurulması tələb etməyən akkumulyator yaradılıb. Bu, nüvə parçalanması sayəsində mümkün olub. “ICTnews.az” elektron xəbər xidməti “mirfactov.com” saytına istinadən bildirir ki,

Tarix: 06/03/13 32 qramlıq mobil telefon təqdim edilib

Yaponiyanın “Willcom” mobil operatoru 32 qramlıq mobil telefon təqdim edib. İstehsalçılar bildirir ki, bu qurğu dünyanın ən kiçik və yüngül mobil aparatıdır.

Tarix: 06/03/13 “Apple” şirkəti avqustda “iPhone 5S”-i təqdim edəcək

"Apple” şirkəti bu ilin avqustunda "iPhone 5S" smartfonunu təqdim edə bilər, növbəti yeni "iPad” planşet kompüterinin təqdimatı isə aprel ayına nəzərdə tutulub.

Tarix: 05/03/13 Elektrik avtomobili üçün günəş batareyalı üzlük

Sənaye dizayneri Hakan Gürsu elektrik mühərrikiylə hərəkət edən avtomobillər üçün orijinal “yanacaqdoldurma” stansiyalarının layihəsini təklif edib.

Tarix: 04/03/13 Havanın köməyilə hərəkət edən avtomobil istehsal ediləcək

Havanın köməyi ilə hərəkət edən avtomobili təsəvvür edək. Əslində, bu, yenilik deyil. Oxşar texnologiyalara hələ 1800-cü illərdə rast gəlinirdi, lakin mühərriklərin gücü az olduğuna görə uğur qazanmadılar. Avtomobil istehsalçıları benzin və elektrikdən daha yaxşı və rahat yanacağın axtarışındadırlar.

Tarix: 04/03/13 “Ginnesin rekordlar kitabı” üçün printer

“Hewlett-Packard” şirkətinin adı dünyanın ən sürətli şırnaqlı printer istehsalçısı kimi “Ginnesin rekordlar kitabı”na düşə bilər.

Tarix: 04/03/13 Yeni kainat yaradılır

“Canon” şirkəti yaxın günlərdə təqdim etdiyi “Canon MREAL Mixed Reality Headset” adlanan unikal cihazın köməkliyi ilə tezliklə reallığı dəyişdirərək dünyamızın sərhədlərini genişləndirəcəyinə dair söz verib. Yeni kainatdan zövq almaq üçün 125 min dollardan keçmək lazım gələcək.

Tarix: 04/03/13 Məktəblilər 2 saata Opera və Balet Teatrının “3D” modelini hazırlayıblar

Məktəblilər arasında keçirilən “Google Sketch Up qrafik redaktorunda hazırlanmış ən yaxşı üçölçülü model” adlı müsabiqə artıq başa çatıb. Bakının 283 saylı məktəbində təşkil olunan müsabiqədə 20 şagird iştirak edib.

Tarix: 04/03/13 Yeni “NanoLight” lampası 30 adi lampanı əvəz edəcək

Amerikalı ixtiraçılar Cimmi Çu, Tom Rodinqer və Kristian Yan populyar “Kickstarter” xidmətində yaratdıqları çox qənaətcil “NanoLight” lampasının kütləvi istehsalı üçün lazımi vəsaiti toplaya biliblər. Bir ədəd “NanoLight” lampası 30 adi lampanı əvəz edə bilir.

Tarix: 02/03/13 Klaviatura formasında kompüter hazırlanıb (ViDEO)

Çinin "FocusWill Information Technology" şirkəti klaviatura formasında "CoolShip" adlanan qeyri-adi kompüter hazırlayıb. Layihə üzərində işlərə 2011-ci ildən başlanılıb. Kompüter "Android" platformasında işləyir. “ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, "CoolShip" kompüteri 104 düymədən ibarətdir. Kompüterdə, həmçinin sağ tərəfdə yerləşdirilmiş yığcam sensor panel və dinamik mövcuddur.

Tarix: 01/03/13 “3D” printerdə avtomobil çap edilib

Kanadalı mühəndis Cim Kor “3D” printerdə çap edilmiş “Urbee 2” avtomobilini nümayiş etdirib. “ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, avtomobilin ölçüsü kiçik olsa da, lakin çox yüngül, qənaətcil və ən əsası ekoloji cəhətdən təhlükəsizdir. Avtomobil üç təkər üzərində hərəkət edir və onda iki nəfər otura bilər.

Tarix: 01/03/13 “GPS” və “Wi-Fi”-ya malik əl ağacı hazırlanıb

Yaponiyanın “Fujitsy” şirkəti İspaniyanın Barselona şəhərində keçirilən “Mobile World Congress 2013” sərgisində daxili peyk naviqatoruna malik qeyri-adi əl ağacı nümayiş etdirib. “Next Generation Cane” qurğusu yaşlılara evə gedən yolu tapmaqda yardımçı olacaq, bundan başqa, əl ağacı real vaxt rejimində insanın yeri haqqında məlumatları ötürməyə, həmçinin onun bədən hərarətini, nəbzini izləmək bacarığına malikdir.

Tarix: 28/02/13 Bir həftə müddətində avtonom işləyə bilən smartfon

İspaniyanın Barselona şəhərində keçirilən “Mobile World Congress” sərgisində “E-ink” şirkəti monoxrom (ağ-qara) ekranla təchiz edilmiş “Android”-smartfonların ilk sınaq nümunələrini nümayiş etdirib. “E-ink” şirkəti “MWC” sərgisində iki prototip (birincisi, “3G” şəbəkələrə qoşulub, digəri isə “EDGE” texnologiyası üzrə işləyir) təqdim edib.

Tarix: 28/02/13 Elektron qurğulara nəzarət edən qolbaq yaradılıb

Daşınan elektron cihazlar getdikcə populyarlaşır. Bu cür qurğuların idarə edilməsi məsələsi isə açıq olaraq qalır. “ICTnews.az” elektron xəbər xidməti “vestifinanace.ru” saytına istinadən bildirir ki, “Thalmic Labs” mühəndislərinin fikrincə, rəqəmli qurğuları kontaktsız rahat şəkildə idarə etmək üçün üsul mövcuddur.








19 Mart 2024

18 03 2024