bölmədə 3428 material var

Tarix: 22/12/12 Şimali Koreya birinci kompüter oyununu istifadəyə verib

Şimali Koreya "Pyongyang Racer" adlı birinci kompüter oyununu istifadəyə verib. Oyun qrafikanın səviyyəsinə görə ötən əsrin 80-ci illərini xatırladır.

Tarix: 22/12/12 Stressə qalib gəlmək istəyirsiniz?

Massaçusets Texnologiya Universiteti nəzdində fəaliyyət göstərən "Neumitra" və "Affectiva" startaplarının hazırladığı ələ taxılan datçiklər stressin müalicəsində yardımçı olacaq. Cihaz öz sahibinə fizioloji dəyişikliklər (məsələn, bədən temperaturunun yüksəlməsi) barədə məlumat verir.

Tarix: 22/12/12 İlk masaüstü elektron kalkulyator

Təsəvvür edin ki, pulsuz elanlar qəzetinin vakansiya sütununda  belə bir "cəlbedici" təklifə rast gəlirsiniz: "Kalkulyator operatoru tələb olunur.

Tarix: 21/12/12 Yükdaşıyan robot səsə reaksiya vermək bacarığına yiyələnib (VİDEO)

ABŞ-ın Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyinin (DARPA) hazırlaması olan dördayaqlı “LS3” (Legged Squad Support System) yükdaşıyan robot səs əmrlərinə reaksiya vermək, yerə yıxıldıqdan sonra dərhal qalxmaq, mürəkkəb şəraitə malik ərazilərdə hərəkət etmək və insanı izləmək kimi bacarıqlara yiyələnib.

Tarix: 21/12/12 “Hiqqs” bozonunun kəşfi ilin əsas elmi nailiyyəti elan edilib

Nüfuzlu “Science” jurnalının versiyasına görə, “Hiqqs” bozonunun kəşfi geridə qoyduğumuz ilin əsas elmi nailiyyətidir. Əsas kəşflərin üçlüyünə, həmçinin denisov insanın genindəki ardıcıllıq və yaponiyalı alimlərin gövdə hüceyrələrindən toxum hüceyrəsi yetişdirmək üzrə apardığı sınaqlar daxildir.

Tarix: 20/12/12 Ceyms Bond olmaq istəyirsən?

Təqdim edilmiş “Spycam Pen Camera” qələmi vasitəsilə foto, həmçinin video çəkmək və ya səsi yazmaq mümkündür. Qələm 8 Qb daxili sərt diskə malikdir və 720 piksel təsvir ölçüsündə yüksəkkeyfiyyətli video çəkməyə “qadirdir”.

Tarix: 20/12/12 İsveçrəli mühəndislər insanabənzər robot üzərində çalışır

İsveçrənin Sürix Universiteti yanında süni intellektin araşdırılması laboratoriyasından verilmiş məlumata əsasən, onlar “Roboy” adlı insanabənzər robot üzərində çalışır: yenilik təxminən 9 aydan sonra başa çatdırılmalıdır. Layihə müəllifləri vurğulayıblar ki, “Roboy”-un vəzifəsi gündəlik məsələlərin yerinə yetirilməsində insanlara yardımçı olmaqdır.

Tarix: 20/12/12 Çin pilotsuz təyyarələrin yaradılması üçün xərclərini sürətlə artırır

Analitiklər bildiriblər ki, Çin hərbi xərclərini sürətlə artıraraq pilotsuz uçuş aparatlarının yaradılması texnologiyasında və istifadəsində böyük uğurlar əldə edir. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Çinin cənubunda yerləşən Çjuxay sahilboyu şəhərində keçirilmiş son aviasiya şousu zamanı pilotsuz təyyarələrin yeni nəsli təqdim edilmişdi.

Tarix: 20/12/12 Dünyanın ən nazik ultrabuku təqdim edilib

“NEC LaVie X” ultrabukunun qalınlığı 12,8 millimetr (mm) təşkil edir, bu halda model 15,6 düymlü ekranla təchiz edilib. Yaponiyanın “NEC” şirkəti “LaVie X” ultrabuk modelini təqdim edib. Şirkətin iddiasına əsasən, təqdim edilmiş model dünyanın ən nazik ultrabukudur.

Tarix: 20/12/12 Alimlər uzana bilən naqil yaradıblar (VİDEO)

Şimali Karolina Universitetindən tədqiqatçıların yaratdığı naqilləri dartaraq 8 dəfə uzatmaq mümkündür. “ICTnews.az” elektron xəbər xidməti “http://zhelezyaka.com” saytına istinadən bildirir ki, onları yığcam elektronikadan tutmuş, elektron parçaya kimi ən müxtəlif sahələrdə istifadə etmək olar.

Tarix: 19/12/12 “Volvo” “bulud” avtomobili yaradır

2013-cü ilin əvvəlində “Volvo” ilə “Ericsson” birgə “bulud” xidmətləri ilə təchiz edilmiş birinci avtomobil təqdim etməyi planlaşdırırlar. “ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, ən böyük telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” və İsveçin “Volvo Car” avtomobil şirkəti yeni nəsil avtomobil yaratmaq niyyəti haqqında bəyan ediblər.

Tarix: 19/12/12 Britaniyalı tələbə karton dəbilqə hazırlayıb (VİDEO)

London Kral Kollecinin tələbəsi Anirudx Surabxi karton velosiped dəbilqəsi yaradıb. Bu dəbilqə başı plastikdən hazırlanmış dəbilqədən daha yaxşı qoruyur.

Tarix: 19/12/12 Yaponiyada qənaətcil duş ixtira edilib

Yaponiyanın “TOTO” şirkətinin 2013-cü ilin fevralında satışa çıxaracağı yeni “Air-In Shower” duşu xüsusi konstruksiyaya malik başlıqdan istifadə edilməsi sayəsində 35 faizədək suya qənaət etməyə imkan verəcək. Həm də duş qəbul edən insan su çatışmazlığı hiss etməyəcək.

Tarix: 18/12/12 “Samsung” şirkəti “Galaxy Grand” smartfonunu təqdim edib

“Samsung” şirkəti “Galaxy Grand” smartfonunu təqdim edib. Cihaz 800×480 piksel təsvir ölçüsünə malik 5 düymlü ekranla, 1.2 QHs takt tezliyində işləyən ikinüvəli prosessor, 2 ədəd kamera (8 meqapikselli əsas və 2 meqapikselli ön) ilə təchiz edilib.

Tarix: 18/12/12 Kompüterlər tezliklə insan hisslərinə sahiblənəcək

Dünyanın ən böyük kompüter istehsalçılarından biri “IBM” korporasiyası yaxın 5 il ərzində insanların həyatını dəyişdirə biləcək 5 innovasiya haqqında məlumat verib.








19 Mart 2024

18 03 2024