bölmədə 3428 material var

Tarix: 24/02/14 “HP” “Windows” platforması ilə işləyən 64 bit “ElitePad 1000” planşetini təqdim edib

“Mobile World Congress 2014” mobil sərgisinin ilk iş günü çərçivəsində “Hewlett-Packard” (HP) şirkəti “Windows” platforması ilə işləyən 64 bit “ElitePad 1000” planşetini təqdim edib.

Tarix: 24/02/14 “Samsung” şirkəti ikinci nəsil "ağıllı” saatlarını təqdim edib

“Samsung” şirkəti Barselonada keçirilmiş mətbuat konfransında “Gear” "ağıllı” saatlarının ikinci nəslini təqdim edib: “Gear 2” və “Gear 2 Neo”. “Gear 2” smart saatı daxili iki meqapiksel təsvir ölçülü kamera ilə təchiz edilib, “Gear 2 Neo”nun çəkisi 55 qr, “Gear 2” isə 68 qr-dır.

Tarix: 24/02/14 “Huawei” yeni mobil həllərini təqdim edib

“Mobile World Congress 2014” sərgisinin ilk iş günü Çinin “Huawei” şirkəti yeni “Ascend G6”, “Mediapad M1” və “Mediapad X1 4G” qurğularını təqdim edib.

Tarix: 22/02/14 İki əməliyyat sistemini dəstəkləyən smartfonların satışına başlanılıb

İspaniyanın “Geeksphone” şirkəti “Android” və “Firefox OS” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən ilk “Revolution” smartfon modelinin satışlarına başlayıb.
 

Tarix: 22/02/14 “LTE” şəbəkəsini dəstəkləyən ilk planşet kompüter təqdim olunub

“Nvidia” şirkəti “LTE” şəbəkəsini dəstəkləyən ilk “Tegra NOTE 7” planşet kompüterini təqdim edib.  

Tarix: 21/02/14 Niderlandda elektron siqaret buraxılıb

Niderlandın "Supersmoker” şirkəti smartfona qoşulmaq üçün “Bluetooth” modulu ilə təchiz edilən dünyanın ilk elektron siqaretini təqdim edib.

Tarix: 21/02/14 ABŞ-da ilk “ağıllı” tapançalar satışa çıxarılıb

ABŞ-ın Kaliforniya ştatında Almaniyanın "Armatix” şirkətinin hazırladığı 22 kalibrli ilk “ağıllı” tapançaların satışına başlanılıb. "iP1” tapança modeli qara rəngli sukeçirməz saat ilə birlikdə işləyir.

Tarix: 21/02/14 “Procter & Gamble” şirkəti “Bluetooth” ilə təchiz edilmiş diş fırçası təqdim edib

“Procter & Gamble” şirkəti mobil qurğuya qoşulmaq üçün “Bluetooth” ilə təchiz edilmiş “Oral-B” brendi altında diş fırçasını təqdim edib.

Tarix: 21/02/14 “Google” şirkəti “3D” skanerlə təchiz edilmiş smartfon istehsal edib

“Google” şirkəti “Project Tango” kod adlı smartfon təqdim edib. Kompüter görmə texnologiyasından istifadə edən aparat onu əhatə edən məkanı qeyd edə və üçölçülü modelini yarada bilir.

Tarix: 20/02/14 Britaniya alimləri görmə sistemini 30 faiz yaxşılaşdıran kompüter proqramı hazırlayıblar

“BBC” saytının yaydığı məlumata əsasən, Britaniyadan olan alimlər qrupunun hazırladığı kompüter proqramı görmə sistemini 30 faiz yaxşılaşdırmağa kömək edir.

Tarix: 19/02/14 İtmiş əşyaları bu cihaz vasitəsi ilə tapmaq olacaq

 “Nokia” şirkəti itmiş qiymətli əşyaların axtarışı üçün “Treasure Tag” cihazı buraxıb. Bu haqda “Nokia”nın rəsmi saytında yazılıb. Qurğunun qiyməti 29,90 dollar təşkil edir.

Tarix: 19/02/14 Dünyanın ən nazik smartfonu təqdim edilib

Çinin “Gionee” şirkəti “Elife S5.5” smartfonunu təqdim edib və onu dünyanın ən nazik telefonu adlandırıb.

Tarix: 19/02/14 “Samsung” dəyişiklik edəcək

“Samsung” şirkəti tərəfindən buraxılan “Galaxy Gear” smart saatının növbəti nəsli “Tizen” əməliyyat sistemi ilə işləyəcək.

Tarix: 19/02/14 Smartfona qoşula bilən bijuteriya

Amerikanın “Cuff” şirkəti smartfona qoşula bilən bijuteriya xətti elan edib. Xəttə doqquz predmet daxildir.
Hər bir predmet “CuffLinc” adlı miniatür elektron qurğu ilə təchiz edilib.

Tarix: 18/02/14 Çin alimləri su ilə işləyən printer yaradıblar

Szilin Universitetinin kimyaçılar qrupu bu günlərdə su ilə işləyən printer yaratmaqla diqqəti özünə cəlb edib. Qrup rəhbəri professor Çjan Syaoanın sözlərinə görə, yeni qurğu adi printer kimi kağız üzərində çap edir, lakin burada mürəkkəbin əvəzinə sudan istifadə olunur.








19 Mart 2024

18 03 2024