bölmədə 3049 material var

Tarix: 10/01/14 “Nokia” smartfonlarının sahiblərinə qovluq yaratmağa icazə verilib

“Nokia” şirkəti “Windows Phone 8” ilə işləyən “Lumia” smartfonları üçün “Lumia Black” adlı yeniləmə çıxarıb. Onu quraşdırdıqdan sonra istifadəçilər aparatın iş masasında qovluq yaratmaq imkanına malik olacaqlar.

Tarix: 09/01/14 “Ağıllı” çarpayı təqdim olunub

“Sleep Number” şirkəti “CES 2014” sərgisində “x12” adlı yüksəktexnologiyalı çarpayı nümayiş etdirib. Çarpayı yuxu zamanı istifadəçinin vəziyyəti haqqında məlumatları toplayır və onları serverə yükləyir. Bundan sonra toplanılmış informasiya ilə tanış olaraq yuxunun mərhələləri və istirahət effektivliyi haqqında öyrənmək olar.

Tarix: 09/01/14 Konstruktor kompüter təqdim edilib

“Razer” şirkəti yanvarın 7-də Las-Veqas şəhərində keçirilən “CES” sərgisində “Project Christine” oyun kompüterini təqdim edib. Press-relizdə vurğulanıb ki, qurğunun əsas xüsusiyyəti modulyar arxitekturaya malik olmasıdır.

Tarix: 08/01/14 “LG” şirkəti “WebOS” platforması ilə işləyən smart televizorlarını nümayiş etdirib

Koreyanın “LG Electronics” şirkəti “2014 International CES” sərgisində “WebOS” əməliyyat sistemi ilə işləyən ilk smart televizorlarını nümayiş etdirib. Şirkətdən bildirilib ki, yeni proqram içliyi hesabına televizorları idarə etmək daha asandır və smart qurğular özləri isə müxtəlif məzmunu daha sürətli və aydın göstərir.

Tarix: 08/01/14 “Huawei” şirkəti yeni smartfonunu təqdim edib

“Huawei” şirkəti “CES 2014” sərgisində “LTE” şəbəkələrini dəstəkləyən “Ascend Mate 2” smartfonunu təqdim edib. Qurğu 1280x720 nöqtə (241 ppi) təsvir ölçülü 6,1 düymlük IPS ekran, 1.6 QHs takt tezlikli “Snapdragon 400” prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaşla (microSD kartının köməyi ilə 64 qiqabayta qədər artırmaq olar) təchiz edilib.

Tarix: 08/01/14 Fransız şirkəti sürücüsüz hərəkət edən avtomobil təqdim edib

2014 International CES” sərgisində Fransanın “Induct” şirkəti sürücüsüz hərəkət edən avtomobilin kommersiya modelini təqdim edib. 2014-cü ildə ABŞ və Avropada adı çəkilən maşının satışlarına başlanılacaq.

Tarix: 08/01/14 “Samsung” 12,2 düymlük “Galaxy Note Pro” planşetini təqdim edib

Cənubi Koreyanın “Samsung” şirkəti Las-Veqasda keçirilən “CES 2014” sərgisində 2560x1600 təsvir ölçüsünə malik 12,2 düym diaqonallı sensor displeylə təchiz edilən “Galaxy Note Pro” planşet kompüterini nümayiş edib. Bu, Cənubi Koreya istehsalçısının “TabPRO 12.2” modeli ilə birlikdə bu cür ekran ölçüsündə təqdim etdiyi ilk planşetlərindən biridir.   

Tarix: 07/01/14 Avtomobillər “Android” platforması ilə işləyəcək

“Google” şirkəti "Açıq avtomobil ittifaqı" təşkilatının yaradılmasını elan edib. “Android” əməliyyat sistemi əsasında işləyən avtomobil sistemlərinin yaradılması və populyarlaşmasına kömək etmək təşkilatın vəzifəsidir.

Tarix: 07/01/14 “Samsung” şirkəti “CES 2014” əyilən televizor modelini təqdim edib

Cənubi Koreyanın “Samsung” şirkəti “CES 2014” sərgisində yeni 85 düym (216 santimetr) diaqonallı elastik “Samsung Bendable TV” məhsulunu təqdim edib.

Tarix: 07/01/14 “Sharp” eynək tələb etməyən “8K” formatlı “3D”-televizor nümayiş etdirib

 “Sharp” şirkəti artıq uzun illərdir “8К” təsvir ölçüsünə malik (7680х4320 piksel) maye-kristal displeylər nümayiş etdirir. Məsələn, bu formatlı 85 düym diaqonallı panel “CES 2012” sərgisində nümayiş olunub.   
Bu dəfə isə “Sharp” Las-Veqasda keçirilən "CES 2014” sərgisində seyr etmək üçün eynək tələb etməyən üçölçülü təsvirə malik (3D) dünyanın ilk “8K” standartlı 85 düymlü displeyini təqdim edib.

Tarix: 07/01/14 “Samsung” şirkəti “CES 2014” əyilən televizor modelini təqdim edib

Cənubi Koreyanın “Samsung” şirkəti “CES 2014” sərgisində yeni 85 düym (216 santimetr) diaqonallı elastik “Samsung Bendable TV” məhsulunu təqdim edib.

Tarix: 07/01/14 Smartfon və planşetlər üçün antibakterial şüşə icad edilib

Mobil telefonların ekranları üçün qoruyucu örtü hazırlayan “Corning” şirkəti, “CES 2014” sərgisində mobil telefonlar üçün antibakterial qoruyucu şüşə təqdim edib.

Tarix: 07/01/14 “LG” şirkəti nəbzin ölçülməsi funksiyası ilə təchiz edilmiş qulaqlıq təqdim edib

“LG” şirkəti yanvarın 6-da mətbuat konfransında “Heart Rate Earphones” adlı qulaqcıq təqdim edib. Qurğuya nəbzölçən quraşdırılıb.

Tarix: 07/01/14 İkinci nəsil “Pebble” smart saatları nümayiş etdirilib

“Pebble Technology” şirkəti “CES” sərgisinin açılışı ərəfəsində mətbuat konfransında “Pebble” smart saatlarının ikinci nəslini təqdim edib. Qurğu “Pebble Steel” adlanır.

Tarix: 07/01/14 “Intel” şirkəti “SD” kartı ölçüsündə kompüter təqdim edib

Masaüstü kompüterlər üçün dünyanın nəhəng prosessor istehsalçısı “Intel” şirkəti ən miniatür həllərindən biri hesab edilən “Edison” kompüterini nümayiş etdirib. Kompüter “SD” kart yaddaşı ölçüsündə hazırlanmaqla ikinüvəli prosessordan ibarətdir.








20 Noyabr 2017

20/11/17
Bu planşet kompüterini təmir etmək mümkün deyil

Yeni “Microsoft Surface Book 2” planşet kompüterini, demək olar ki, təmir etmək mümkün deyil. “iFixit

20/11/17
“Facebook” istifadəçiləri yazıları silmək imkanından məhrum edib

“Facebook” sosial şəbəkəsi istifadəçiləri yazıları silmək imkanından məhrum edib. İndi sözügedən sosial şəbəkənin 

20/11/17
Enerjini insan bədənindən toplayan “ağıllı” “PowerWatch” saatları hazırlanıb

“Matrix Industries” şirkəti innovativ enerjidoldurma sistemi ilə təchiz edilən “ağıllı” “PowerWatch” saatlarının

20/11/17
Növbəti nəsil “iPhone” modelləri iki SİM kartla təchiz ediləcək

“KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuon 2018-ci ildə buraxılacaq “Apple” smartfonları ilə bağlı 

20/11/17
“YouTube”un mobil proqramında çoxdan gözlənilən funksiya istifadəyə veriləcək

“YouTube” servisinin mobil proqramının yeni versiyasının araşdırılması zamanı maraqlı detal ortalığa çıxıb

20/11/17
Smartfonların mobil şəbəkələrlə iş üçün sazlanması sadələşdiriləcək

“GSMA” Assosiasiyası operator sazlanmalarının smartfonların əməliyyat sistemləri ilə inteqrasiyası üçün açıq 

20/11/17
İnternetin yaradıcısı internetdəki reklam manipulyasiyalarından narahatdır

“URI”, “URL”, “HTTP”, “HTML” və “Ümumdünya Hörümçək Toru”nun ix

19 11 2017